XƏBƏRLƏR
GDU-da “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib
Gəncə Dövlət Universitetinin Tarix-coğrafiya fakültəsində “COP29: Azərbaycanın dünyaya töhfəsi” mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “COP 29: Məqsədyönlü siyasətin növbəti uğurlu mərhələsi” adlı məruzə ilə çıxış edib. Bildirib ki, Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 həm əhəmiyyətinə, […]
Noyabrın 20-si Ağdam Şəhəri Günüdür
20 Noyabr – Ağdam Şəhəri Günüdür. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Ağdam şəhərinin işğaldan azad edildiyi 20 Noyabr tarixi Ağdam Şəhəri Günü kimi qeyd olunur. 2020-ci il sentyabrın 27-də erməni quldur birləşmələrinin hücumuna qarşı başlanan əks-hücum əməliyyatı zamanı Azərbaycan Ordusunun əsgər və zabitləri böyük igidlik və qəhrəmanlıq nümunəsi […]
Kimya üzrə fəlsəfə doktoru, dosent Vəliyev Murad Turab oğlu vəfat etmişdir
Gəncə Dövlət Universitetinin kollektivinə ağır itki üz vermişdir. Universitetin Kimya kafedrasının dosenti Murad Vəliyev 16 noyabr 2024-cü il tarixdə vəfat etmişdir. Kimya üzrə fəlsəfə doktoru, dosent Vəliyev Murad Turab oğlu 1948-ci ildə Goranboy rayonunun Nizami kəndində ziyalı ailəsində anadan olmuşdur. 1971-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Kimya ixtisasını […]
17 noyabr Azərbaycanda Milli Dirçəliş Günüdür
Xalqımızın azadlıq mübarizəsinin əsas mərhələlərindən birini təşkil edən 17 Noyabr – Milli Dirçəliş Günü Azərbaycanın müstəqilliyinin bərpa edilməsində tarixi rol oynayıb. Mənəvi əsaslarını və başlanğıcını 1960-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter aldı, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoydu. Ötən əsrin axırlarında […]
COP29 başladığı gün ilk uğuruna imza atıb
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) başladığı gün ilk uğura imza atıb. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb. Bakıda açılan COP29-un 1-ci günü ilk razılaşma ilə başa çatıb. Dünya ölkələri karbon krediti bazarı üçün BMT-nin yeni qaydalarını qəbul ediblər. Bu, ölkələrə iqlimlə bağlı öhdəliklərini yerinə yetirməyə kömək […]
Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimi keçirilib
Noyabrın 12-də Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və BMT-nin Baş katibi Antonio Quterreş Sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşıladılar. Qarşılanma mərasimindən sonra birgə foto çəkdirildi. Azərbaycan Prezidenti İlham Əliyev Liderlər Sammitinin açılış mərasimində […]
Azərbaycanın COP29-a ev sahibliyi etməsi ekoloji dayanıqlılıq mövzusunda nümunəvi addımlar atdığını bir daha təsdiqləyir
Müasir dünyanın ən miqyaslı və mötəbər beynəlxalq tədbirlərindən olan COP29-un Bakıda keçirilməsi beynəlxalq birliyin ölkəmizə verdiyi önəm və Azərbaycanın bir dövlət olaraq siyasi nüfuzunun göstəricisidir. COP (Conference of the Parties) kimi nüfuzlu və bəşəriyyət üçün taleyüklü mövzuları müzakirə edən qlobal tədbirin Azərbaycanda keçirilməsi region və bütün postsovet məkanı üçün əlamətdar hadisədir. Belə bir möhtəşəm tədbirin […]
12 NOYABR – AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA GÜNÜDÜR
Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 28 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. 1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin […]
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günüdür
Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatından 86 il ötür. 57 illik həyatında millətinin və vətəninin istiqlaliyyəti uğrunda apardığı hər bir mübarizəni zəfərlə taclandıran Atatürkün adı Türkiyə və dünya tarixinə qızıl hərflərlə yazılıb. Atatürk 1881-ci ildə Selanikdə anadan olub. Təhsil aldığı Selanik Hərbi Liseyində riyaziyyat müəllimi olan Mustafa Əfəndi Atatürkü sinifdəki digər Mustafadan fərqləndirmək üçün […]
9 NOYABR-AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT BAYRAĞI GÜNÜDÜR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, […]
“Müasir dövrdə mədəni nitqə verilən tələblər” mövzusunda ustad dərsi
Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasının baş müəllimi Günay Hüseynova Gəncə şəhər Nəriman Nərimanov adına 25 nömrəli tam orta məktəbdə “Müasir dövrdə mədəni nitqə verilən tələblər” mövzusunda ustad dərsi keçib. Dərsdə universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, 25 nömrəli tam orta məktəbin direktoru Alik Əliyev, müəllimlər və yuxarı sinif şagirdləri iştirak […]
8 Noyabr Zəfər Günü – Haqqın, ədalətin və bütövlüyümüzün qələbəsidir
8 Noyabr xalqımızın çoxəsrlik tariximizə qızıl hərflərlə yazılan şanlı gündür. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi ilə 30 illik işğala 44 gündə son qoydu, ərazi bütövlüyümüz bərpa olundu. Azərbaycan qalib ölkəyə, Azərbaycan xalqı qalib xalqa çevrildi. Bu möhtəşəm Qələbə, eyni zamanda, Azərbaycanın hərbi və iqtisadi gücünü dünyaya nümayiş etdirdi. Xalqımız […]
ELANLAR
Gəncə Dövlət Universiteti vakansiya elan edir
Gəncə Dövlət Universitetində “Tyutor xidməti”nə tyutor (akademik məsləhətçi) vəzifəsi üzrə vakansiya elan edilir. Gəncə Dövlət Universitetinin tədris-köməkçi, inzibati işçiləri və magistraturada təhsil alan 1-ci kurs tələbələri müraciət edə bilərlər.
Müraciət etmək istəyən şəxslər CV və ərizələrini (Ərizələr əl yazma formasında pdf və ya JPG tipində olmalı) matbuat@gdu.edu.az elekton poçtuna göndərə bilərlər.
Müraciət üçün son tarix 25.09.2024-ci ildir.
Tələbələrin nəzərinə: Maria-Skladovska- Küri təqaüd proqramına müraciət qəbul olunur
Atrom Enerjisi üzrə Beynəlxalq Agentlikdən (AEBA) daxil olmuş məlumata əsasən 2024/2025 və 2025/2026 akademik illəri üçün Maria-Skladovska- Küri təqaüd proqramına müraciət qəbul olunur.
Təqaüd proqramı çərçivəsində nüvə elmi sahəsində magistr təhsili almaq istəyən gənc qadınlar üçün təqaüdün verilməsi (20 min avroya qədər təhsil haqqı və 20 min avroya qədər yaşayış xərcləri) və AEBA nəzdində 12 aya qədər təcrübə proqramında iştirak fürsəti təklif olunur.
Təqaüd proqramı və müraciətlə bağlı tələblər barədə əlavə məlumat www.iaea.org/MSCFP elektron ünvanından əldə edilə bilər.
GDU vakansiya elan edir!
Gəncə Dövlət Universiteti (GDU) 2024/2025-ci tədris ili üzrə aşağıdakı müəllim vakansiyalarını təqdim edir:
-“İqtisadiyyat” ixtisası üzrə 1 vakansiya
– “Menecment” ixtisası üzrə 1 vakansiya
– “Turizm işinin təşkili” ixtisası üzrə 1 vakansiya
– “Biznesin idarə edilməsi” ixtisası üzrə 1 vakansiya
– “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə 1 vakansiya
-“Pedaqogika” ixtisası üzrə 1 vakansiya
-“Ekologiya və ətraf mühitin mühafizəsi” ixtisası üzrə 1 vakansiya
-“İngilis dili (Praktik Xarici Dillər)” ixtisası üzrə 2 vakansiya
NAMİZƏDƏ TƏLƏBLƏR:
– Əlaqədar sahəyə aid magistr və daha yüksək elmi dərəcəsinin olması;
– Müvafiq ixtisas və fənn üzrə yüksək bilik səviyyəsinə malik olması
Vakansiyalara müraciət etmək üçün tələblərə cavab verən namizədlər öz CV-lərini matbuat@gdu.edu.az e-mail ünvanına göndərməildir.
Vakansiyalar üzrə son müraciət tarixi 12 sentyabr 2024-cü ilədəkdir.
REKTORLUQ
Chevening Təqaüdü – Chevening Təqaüdü ilə İngiltərədə pulsuz magistratura təhsil al
İngiltərə ABŞ-dan sonra dünyada ən çox beynəlxalq tələbə qəbul edən ölkədir. Möhtəşəm tarixi, kral sarayları, təbiət gözəllikləri, beynəlxalq səviyyədə tanınan ali təhsil müəssisələri, multikural quruluşu, ingilis dilinin vətəni olması və karyera imkanları ilə İngiltərə keçmişdən bu günə qədər ən populyar təhsil məkanı olmağa davam edir. Yüksək təhsil və həyat standartları tələbələrin büdcəsinə yük yaratsa da, ölkədə həm bakalavr, həm də magistratura proqramları üçün çoxlu maliyyə dəstəyi var, məsələn, hökumət və universitetlər tərəfindən xarici tələbə verilən Chevening Təqaüd proqramı.
Chevening Təqaüdü Nədir?
Chevening Təqaüdü nədir sualına ən aydın şəkildə cavab verilsə bu proqram, dünyanın ən prestijli təqaüd proqramıdır və ilk 1983-cü ildə xarici işlər nazirinin rəsmi iqamətgahı olan şəhərin Chevening House-un adını daşıyır. Böyük Britaniya hökuməti tərəfindən maliyyələşdirilən Chevening proqramı Şimali İrlandiya, Uels, Şotlandiya və İngiltərə daxil olmaqla ölkələrdə magistratura təhsili almaq istəyən beynəlxalq tələbələrə təklif olunur. Chevening Təqaüd proqramı 30 ildən artıqdır ki, dünyanın müxtəlif ölkələrindən universitetlər, hökumətlər və özəl sektor təşkilatları ilə əməkdaşlıqda 160-dan çox ölkədə həyata keçirilir.
Chevening təqaüdü nələri əhatə edir?
Chevening təqaüd proqramı çərçivəsində təhsil ala biləcəyiniz ən məşhur təhsil müəssisələri arasında Oksford Universiteti, Kembric Universiteti, Kardiff Universiteti, London Brunel Universiteti və Suonsi Universiteti var. Chevening təqaüdü bir illik müddət ərzində tələbələrin aşağıdakı ehtiyaclarını qarşılayır:
- Universitet ödənişi
- Yaşam və qida xərcləri
- Viza haqqı
- Gediş-dönüş aviabiletləri
- Magistraturaya tezisli abituriyentlər üçün tezis xərcləri
- İELTS imtahan haqqı British Council tərəfindən ödənilir.
Chevening təqaüd tələbləri nələrdir?
- Azərbyacan Respublikası vətəndaşı olmaq və Təhsilini başa vurub 2 il qaldıqdan sonra Azərbaycana qayıdan bu şərti pozanlar müddətində aldıqları pulun hamısını geri qaytarmağa borcludurlar.
- Ən azı 2 il iş təcrübəsi olmalıdır və Tələbələr Böyük Britaniyada təhsil alarkən ödənişli işdə işləyə bilməzlər.
- Böyük Britaniyada magistr proqramına müraciət etmək hüququ əldə etmək üçün ekvivalent bakalavr dərəcəsini bitirmək.
- Təqaüd üçün son tarixə qədər Böyük Britaniyadakı ən azı 3 proqrama müraciət edə bilərsiniz.
- İngilis dili tələbinə cavab vermək – ingilis dili testləri üçün minimum; İELTS 6.5, TOEFL 79 və Cambridge English Advanced 176 orta ballarından birinə sahib olmaq tələb olunur.
- Böyük Britaniya vətəndaşı olan və ya ikili vətəndaşlığı olan şəxslər Böyük Britaniya hökuməti tərəfindən verilən əvvəlki təqaüdlə təhsil almış şəxslər
- Daha əvvəl Chevening təqaüdü ilə təhsil almış şəxslər
- Böyük Britaniya səfirlikləri də daxil olmaqla dövlət qurumlarının əməkdaşları isə Chevening təqaüd proqramına müraciət etmək hüququna malik deyillər.
Chevening təqaüdü üçün hansı sənədlər tələb olunur?
Son 6 ay ərzində çəkilmiş 3 pasport şəkli, şəxsiyyət vəsiqəsinin surəti, ingilis dilinə tərcümə edilmiş ən azı 2 istinad məktubu, təhsil aldığınız universitetdən transkript, diplomlar və sertifikatlar və əgər varsa onlayn ərizənin 2 nüsxəsi tələb olunur.
Chevening təqaüd proqramına necə müraciət etmək olar?
İngiltərədə təhsil almaq istəyən tələbələr üçün ən çox tətbiq olunan proqram olan Chevening bir illik magistr təqaüdü təklif edir və Böyük Britaniyada təqaüdlü magistr proqramları olan təhsil müəssisələrindən birini seçən tələbələr qəbul sənədlərini aldıqdan sonra Chevening təqaüdünün rəsmi internet səhifəsi vasitəsilə onlayn müraciət edə bilərlər. Chevening təqaüdü üçün müraciət hər il avqust və noyabr aylarında edilir və bu il 6 avqust 2024-cü ildə açılan təqaüd ərizəsi üçün son tarix 2 noyabr 2024-cü ildə Böyük Britaniya vaxtı ilə saat 12:00-da başa çatır.
Chevening təqaüdü tələblərini yerinə yetirən namizədlər ərizə zamanı formanı bir anda doldurulmalı olduğunuzu düşünməsinlər, çünki formanı tam doldurmadan öncə qənaət edib növbəti dəfə yenidən daxil olmaq şansınız var. Eyni zamanda müraciə üçün tələb olunan sənədləri PDF formatında yükləməyiniz tövsiyə olunur.
Proqrama dair bütün sualların cavabıvə onlayn sənədləşməni bu keçid vasitəsi ilə edə bilərsiniz: https://www.chevening.org/
Birbaşa müraciət üçün keçid: https://asams.chevening.org/apply
Proqramda vacib tarixlər: https://www.chevening.org/scholarships/application-timeline/
Ən çox soruğulan suallar: https://www.chevening.org/faqs/?chevening_topic=&chevening_type=&chevening_audience=applicants
Gələcək karyeranınza uğurlar arzu edirik!
Gəncə Dövlət Universitetinə qəbul olan abituriyentlərin nəzərinə!
Gəncə Dövlət Universitetinə (GDU) qəbul olan abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!
Abituriyentlər 28 avqust – 6 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Qeydiyyat mərhələsində universitetə gəlməyə ehtiyac yoxdur.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Aşağıda qeyd olunan sənədlər dərslər başlayanda GDU-ya təqdim edilməlidir.
1. Attestatın əsli (kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom və ya arayış)
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Rəsmi sənədlər üçün çəkilmiş 3×4 ölçüdə rəngli fotoşəkil (2 ədəd)
Qaynar xətt: 022-266-19-85, 022-266-76-07
Təhsil haqqını ödəmə üsulları
Təhsil haqqının “Milli Ön” ödəmə terminalı vasitəsilə ödənilməsi qaydası:
1. Əsas pəncərədən TƏHSİL bölməsini seçin;
2. Açılan pəncərədə Gəncə Dövlət Universiteti (GDU) seçin;
3. Ad, soyad, ata adı / FİN kod – Bu bölməyə tələbənin məlumatlarını doldurun- fakültə və qrup bölməsinə də tələbənin FİN kodunu yazıb İRƏLİ vurun;
4. Açılan pəncərədə TƏHSİL HAQQI bölməsi yaşıl olmaqla irəli vurun;
5. Açılan pəncərədə Ad soyad məlumatlarınız və universitetin adının düz olmasını yoxlayın;
6. Ödəyəcəyiniz məbləği daxil edin və irəli vurun.
Qəbzi portala yükləyin və mütləq əslini özünüzdə saxlayın!
Kapital Bank filiallarındakı terminal vasitəsilə ödənilmə qaydası Ödəmə ardıcıllığı:
1. Kapital Bank – bank xidmətini seçin;
2. Cari hesabın artırılması;
3. Hüquqi şəxslər;
4. FİN kod və universitet VÖEN-i daxil edin;
5. Gəncə filialı;
6. Hesab nömrəsi-(AZ73AIIB33070019442711898127) AZN;
7. Digər əsas;
8. Təyinat: Tələbənin FİN kodu;
9. Nağd ödəniş.
Qəbzi portala yükləyin və mütləq əslini özünüzdə saxlayın!
Gəncə Dövlət Universitetinə (GDU) qəbul olan abituriyentləri təbrik edir, onlara gələcək təhsillərində müvəffəqiyyətlər arzulayırıq!
Abituriyentlər 28 avqust – 6 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Abituriyentlər qeydiyyat prosesi ilə bağlı məsələləri portal vasitəsilə dəqiqləşdirə bilərlər. Qeydiyyat mərhələsində universitetə gəlməyə ehtiyac yoxdur.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.
Aşağıda qeyd olunan sənədlər dərslər başlayanda GDU-ya təqdim edilməlidir.
1. Attestatın əsli (kollec və ya ali təhsil müəssisəsinin məzunları üçün həmin təhsil müəssisəsini bitirmələri haqqında diplom və ya arayış)
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Rəsmi sənədlər üçün çəkilmiş 3×4 ölçüdə rəngli fotoşəkil (2 ədəd)
Qaynar xətt: 022-266-19-85, 022-266-76-07
Təhsil haqqını ödəmə üsulları
Təhsil haqqının “Milli Ön” ödəmə terminalı vasitəsilə ödənilməsi qaydası:
1. Əsas pəncərədən TƏHSİL bölməsini seçin;
2. Açılan pəncərədə Gəncə Dövlət Universiteti (GDU) seçin;
3. Ad, soyad, ata adı / FİN kod – Bu bölməyə tələbənin məlumatlarını doldurun- fakültə və qrup bölməsinə də tələbənin FİN kodunu yazıb İRƏLİ vurun;
4. Açılan pəncərədə TƏHSİL HAQQI bölməsi yaşıl olmaqla irəli vurun;
5. Açılan pəncərədə Ad soyad məlumatlarınız və universitetin adının düz olmasını yoxlayın;
6. Ödəyəcəyiniz məbləği daxil edin və irəli vurun.
Qəbzi portala yükləyin və mütləq əslini özünüzdə saxlayın!
Kapital Bank filiallarındakı terminal vasitəsilə ödənilmə qaydası Ödəmə ardıcıllığı:
1. Kapital Bank – bank xidmətini seçin;
2. Cari hesabın artırılması;
3. Hüquqi şəxslər;
4. FİN kod və universitet VÖEN-i daxil edin;
5. Gəncə filialı;
6. Hesab nömrəsi-(AZ73AIIB33070019442711898127) AZN;
7. Digər əsas;
8. Təyinat: Tələbənin FİN kodu;
9. Nağd ödəniş.
Qəbzi portala yükləyin və mütləq əslini özünüzdə saxlayın!
RUMINİYANIN “DUNAREA DE JOS” GALATİ UNİVERSİTETİNDƏ (2024/2025-ci illər) MÜBADİLƏDƏ İŞTİRAK ETMƏK ÜÇÜN QƏBUL ELAN EDİLİR
Hörmətli müəllim və doktorantlar,
Gəncə Dövlət Universiteti Erasmus+ KA1 Beynəlxalq Kredit Mobilliyi Proqramı vasitəsilə Rumıniyanın “Dunarea de Jos” Galati Universitetində 2024/2025-ci tədris ili üzrə elmi tədqiqat və tədris mübadiləsinə müraciətlərin qəbulu elan olunur.
Proqrama kimlər müraciət edə bilər:
Gəncə Dövlət Universitetinin Təsviri incəsənət, Tarix və arxeologiya, Xarici dillər (İngilis və Fransız), İqtisadiyyat, Biznes və idarəetmə, İnformasiya və Kommunikasiya Texnologiyaları sahələrində tədris edən və elm fəaliyyətdə olan müəllim və doktorantlar üçün nəzərdə tutulub.
Proqrama necə müraciət etməli və tələb olunan sənədlər hansılardır:
– Ərizə anket forması
– Təhsil protokolu
– “Dunarea de Jos” Galati Universitetində çalışan akademik rəhbər/kafedra/şöbə müdiri tərəfindən imzalanmış, ərizəçiyə mentorluq edəcəyini ehtiva edən məktub. Bu namizədlər haqqında məlumat əldə etmək üçün dan.scarpete@ugal.ro və ya luminita.iosif@ugal.ro email ünvanlarına (CV və tədqiqat planı göndərməklə) müraciət edilməli;
– CV – Fərdi fəaliyyətlər (kurslar, seminarlar, konfranslar, nəşr olunmuş tədqiqatlar və s.) və ixtisasla əlaqəli peşəkar təcrübəni əks etdirən ingilis dilində hazırlanmış CV (maksimum 2 səhifə). Zəhmət olmasa, linkdəki “Europass CV” şablonundan istifadə edin: https://europa.eu/europass/eportfolio/screen/profile-wizard?lang=en
– Bitmiş və ya cari təhsil dövrü üçün universitet qiymətlərini göstərən qeydlərin transkriptlərinin surəti, elmi işi haqqında plan;
Maraqlananlar bütün məlumatları aşağıdakı keçid vasitəsi ilə əldə edə bilərlər:
- Ümumi məlumat: https://www.en.ugal.ro/studies/erasmus-programme
- Elanda qeyd olunan ərizə anket və təhsil protokolu sənədlərini əldə etmək üçün bu keçiddən istifadə edin: https://www.en.ugal.ro/studies/erasmus-programme/erasmus-icm-ka107/2019-2022/ka107-erasmus-student-mobility-for-studies
Mübadilə müddəti: 5 gün
Heyət üçün hər nəfərə: 700 avro (günlük 140 avro) + 275 avro səyahət xərci
Ərizənin göndərilməsi üçün son tarix 20 avqust 2024-cü ildir.
Əlavə məlumat almaq üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərsiniz:
Şöbə müdiri: Ruslan Məmmədov
E-mail: international.projects@gdu.edu.az