Kollektiv adından təbrik

Bu gün Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif  Yusibovun ad günüdür! Azərbaycanda elm və təhsilin inkişafı, respublikamızda yüksək ixtisaslı pedaqoji kadrların hazırlanması,  ən əsası isə Vətənə sədaqət və xidmətin ən gözəl nümunəsini yaratmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyalarının gənc nəslə çatdırılması, gənclərin hərtərfli şəxsiyyət kimi formalaşması işində göstərmiş olduğu xidmətlərinə görə  Gəncə Dövlət Universitetinin […]

Davamı

Gələcəyin iqtisadçıları üçün seminar: həm fəal iştirak etdilər, həm də seçildilər

Gəncə Dövlət Universitetində “ Kapiatal bazarları vasitəsilə maliyyələşmə və listinq” mövzusunda maarifləndirici seminar keçirilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının Təlim və Maarifləndirmə Mərkəzinin təşəbbüsü ilə keçirilən tədbirdə Palatanın aparıcı analitiki Arif Cəlilov və Bakı Fond Birjasının mütəxəssisi Əli Orucov, həmçinin  iqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri iştirak ediblər. Tədbiri açan universitetin Humanitar məsələlər üzrə prorektoru dosent Gülsüm […]

Davamı

Tələbə və şagirdlər arasından qaliblər mükafatlandırılıb

Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan rayon məktəbliləri arasında keçirilən fənn olimpiadalarının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə həmçinin universitetin ictimai həyatında yaxından iştirak edən, eyni zamanda çoxsaylı yerli və beynəlxalq əhəmiyyətli mədəni-kütləvi, idman tədbirlərində öz xüsusi bacarıqları ilə seçilən müəllim və tələbələr də mükafatlandırılıb. Tədbirdə universitetinin […]

Davamı

Açıq dərs: Bayramlar və festivallar müasir mədəniyyətin ayrılmaz hissəsi kimi…

Bu gün yurdumuz Azərbaycan beynəlxalq tədbirlər məkanıdır. Ölkəmizin siyasi-iqtisadi qüdrəti artıqca həm beynəlxalq tədbirlərin, həm də müxtəlif  bayram və festivalların sayı da artır. Sovet totalitar rejimi dövründə özünün milli bayramlarını belə keçirməkdə müxtəlif qadağalarla üzləşən xalqımız bu gün həmin bayramları bir neçə gün olmaqla, həm də dövlət səviyyəsində böyük təntənə ilə qeyd edir. Bununla yanaşı […]

Davamı

Üç fakültə arasında keçirilən intellektual yarışın qalibləri müəyyən olub

Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə intellektual fərdi yarış keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, ali-təhsil müəssisəsində mütəmadi olaraq keçirilən bu cür yarışların ümumi məqsədi gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, bu sahədə bilikli tələbələri aşkarlayıb onların fərdi inkişafına köməklik göstərməkdir. Fərdi sual-cavab formasında keçirilən yarışda universitetin iqtisadiyyat və […]

Davamı

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda dəyirmi masa təşkil olunub

Gəncə Dövlət Universitetində Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” mövzusunda dəyirmi masa təşkil olunub. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti bildirir ki, tədbirin keçirilməsində məqsəd Azərbaycanın dövlətçilik tarixi haqqında daha ətraflı biliyə yiyələnmək və bu sahədəki tarixi-siyasi dünyagörüşlərini artırmaqdır. Tədbir Dövlət Himninin səslənməsi ilə açıq elan edilib. Sonra AXC-nin tarixinə aid video çarx […]

Davamı

Gəncə Dövlət Universitetinin əsas binasında yaradılan seçki məntəqəsində seçici fəallığı müşahidə olunur

Gəncə şəhər 38 saylı Nizami II seçki dairəsinin 13 saylı seçki məntəqəsində secici fəallığı müşahidə olunur. Bu barədə məntəqənin sədri Cabbar Qarayev universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinə məlumat verib. Bildirilib ki, artıq seçki məntəqəsində qeydiyyatda olan 1388 nəfərdən 500 nəfəri seçkilərdə iştirak edib. “Gəncə Dövlət Universitetinin əsas binasında təşkil olunan məntəqədə seçicilər üçün yüksək […]

Davamı

Elmi şuranın iclasında kafedraların hesabatı dinlənilib

Aprelin 5-də Gəncə Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun sədrliyi ilə Elmi şuranın növbəti iclası keçirilib. Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti xəbər verir ki, tədbiri açan rektor Yusif Yusibov 2017-2018-ci tədris ilində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr barəsində danışıb. Əvvəlcə universitetin Elm və innovasiyalar üzrə prorektoru, Milli Məclisin deputatı Pərvin Kərimzadənin “Doktorantura […]

Davamı

Gəncə Dövlət Universitetində 2017-2018-ci tədris ilinin sonunadək görüləcək işlərin hesabatı dinlənilib

Aprelin 3-də Gəncə Dövlət Universitetində tədris prosesinin vəziyyəti və 2017-2018-ci tədris ilinin sonunadək ali təhsil müəssisəsinin kollektivi qarşısında duran vəzifələrə dair rektorun iclası keçirilib. Əvvəlcə tədris korpusları üzrə tədrisin keyfiyyətinə nəzarət qrupu rəhbərlərinin və müvafiq monitorinq komissiyalarının hesabatı dinlənilib. Sonra komissiyalar tərəfindən açıq dərsləri dinlənilən gənc müəllimlərin ümumi qəymətləndirilməsi diqqətə çatdırılıb. Bildirilib ki, tərkibi fənlər […]

Davamı

Universitetin əməkdaşları Bakı II Beynəlxalq Elmi Konfransında

Gəncə Dövlət  Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının əməkdaşları  Bakı II Beynəlxalq Elmi Konfransında iştirak ediblər. Kafedra müdiri əvəzi dosent Afaq Yusifli, filologiya üzrə fəlsəfə doktoru Səba Namazova, baş müəllimlər Yeganə Hüseynova, Aygün Əhmədova və Aytən Muşkiyeva konfransda məruzə ilə çıxış ediblər. Müzakirələrdə iştirak edən məruzəçilərə sonda sertifikatlar tədim olunub.

Davamı