Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti
2014-cü ildə yaradılan Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti ali təhsil müəssisəsinin elmdə, təhsildə və tədris prosesindəki nailiyyətlərinin, sosial-mədəni tədbirlərinin media resurslarında yayılmasını, universitetin fəaliyyətində kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulmasını, həmçinin ictimaiyyətin operativ, düzgün və dəqiq məlumatlandırılması işinin təşkilini və tənzimlənməsini həyata keçirir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti rektorluğun və digər strukturların (prorektor, dekanlıq, kafedra, departament, şöbə, bölmə və klub) planlaşdırdığı iclas, konfrans, simpoziumların təşkili, medianın fəaliyyətinin monitorinqinin və təhlilinin aparılması, hesabatların tərtibi, eləcə də universitetin fəaliyyəti ilə bağlı ictimaiyyətin suallarının cavablandırılması ilə məşğul olur.
Universitetin tanıdılmasında istifadə edilən kataloq, broşura, buklet və s. kimi çap materialları, eləcə də audio, video reklamlar, universitetdə təşkil olunan tədbirlərlə bağlı əməkdaşları və ictimaiyyəti məlumatlandırmaq məqsədilə bülletenlər hazırlayır və yaxud bu cür vasitələrin hazırlanmasında bilavasitə iştirak edir.
Universitetin fəaliyyətinin nüfuzlu yazılı, internet və elektron mediada, reytinqli agentliklərdə, sosial şəbəkələrdə işıqlandırılmasını təmin edir, elm, təhsil, tədris və idarəetmə prosesində şəffaflığın qorunması məqsədilə tətbiq edilən yeniliklər barədə ictimaiyyəti məlumatlandırır, fərdi jurnalist yazıları, press-relizlər, məlumat bülletenləri, bəyanatlar, müsahibələr, çıxışlar və s. hazırlayır.
Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti qlobal miqyasda ali təhsilin tendensiyalarını və dəyişən paradiqmalarını, eləcə də beynəlxalq aləmdə təhsildə yaranan trendləri və innovativ meyilləri öyrənərək, həmin yanaşma və yeniliklərin ali təhsil müəssisəsinin fəaliyyətində tətbiqinə və uğurlar qazanmasına dair yazılı qaydada tövsiyyələrini verir.
İctimaiyyətlə əlaqələr sahəsində normativ aktların və təşkilati sərəncamverici sənədlərin layihələrinin hazırlanmasında iştirak edir. Universitetin fəaliyyəti ilə bağlı KİV-də yayımlanan və həqiqətə uyğun olmayan məlumatlarla bağlı yazılı və şifahi qaydada açıqlama vermək, yayılmış informasiyanı təkzib etmək, zəruri hallarda isə cavab hazırlamaq və təhrif hallarının aradan qaldırılması üçün qanunvericiliyə uyğun tədbirlər görmək də xidmətin fəaliyyətinə daxildir.
Eyni zamanda Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti universitet tədbirlərində KİV-in və ictimaiyyət nümayəndələrinin iştirakını təşkil edir.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti jurnalların, reklamların, plakatların, informasiya vərəqələrinin, sorğu kitablarının nəşri və müxtəlif multimedia vasitələrinin hazırlanmasını, universitetin fəaliyyətinə dair çap, video və foto materialların arxivinin yığılmasını təşkil edir.
Fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasında iştirak edir.
ƏLİYEV SABİR YUNİS oğlu – Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri.

Əliyev Sabir Yunis oğlu 1951-ci il iyul ayının 3-də Gəncə şəhərində anadan olub. 1958-ci ildən 1968-ci ilədək Gəncə şəhəri 5 nömrəli orta məktəbdə təhsil alıb. 1968-ci ilin dekabr ayında Gəncə şəhər mərbəəsində əmək fəaliyyətinə başlayıb. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin qiyabi jurnalistika fakultəsinə daxil olub. 1971-ci ildə universitetin 3-cü kursunda təhsil alarkən “Kirovabad kommunisti” (indiki “Gəncənin səsi”) qəzeti redaksiysında yaradıcı fəaliyyətə başlayıb. 1973-cü ildən 1975-ci ilədək hərbi xidmətdə olub. 1981-ci ilin oktyabr ayından Xanlar (indiki Göygöl) rayonunda çıxan “Kommunist əməyi” (indiki “Göygöl”) qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1992-ci ilin feval ayından 2016-cı ilin yanvar ayınadək Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) çalışıb. 2016-cı ilin yanvar ayından isə Azərbaycan Respublika Milli Məclisinin orqanı olan “Azərbaycan” qəzetində respublikanın qərb bölgəsi üzrə zona müxbiri vəzifəsində çalışır. Əliyev Sabir Yunis oğlu işlədiyi müddətdə bir çox mükafatlara layiq görülüb. O, 1987-ci ildə “Qızıl Qələm”, 1990-cı ildə Azərbycan Respublikası Ali Sovetinin qərarı ilə Respublikanın “Əmədar jurnalisti” fəxri adına layiq görülüb. 2010-cu ildə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Evlidir, iki övladı var.