Kitabxana

Kitabxana 1938-ildən fəaliyyət göstərir. 1953-1954-cü tədris ilində kitabxana kitab, dövrü mətbuat və oxucuların dinamikası  ilə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun nəzdində geniş formada fəaliyyətə başlayıb.Kitabxananın fondu 655170 nüsxədir.

Gəncə Dövlət Universitetinin Elmi Kitabxanası zəngin elmi kitabxanalardandır.Elmi kitabxana öz fəaliyyətini Azərbaycan Respublikasının “Kitabxana işi haqqında” qanundan irəli gələn vəzifələrə, universitet nizamnaməsinə, universitet rəhbərliyinin əmr və göstərişlərinə uyğun şəkildə qurur.Elmi Kitabxana Əsaslı kitabxanadan 3 şöbə, 1 filial və 2 qiraət zalından ibarətdir.Kitabxananın fəaliyyəti dəfələrlə universitetin rəhbərliyi tərəfindən “Fəxri Fərman”larla “Təşəkkür”lərlə qiymətləndirilmişdir.Artıq bu ildən etibarən GDU-nun Elmi Kitabxanasında elektron kataloqun, elektron formulyarın yaradılmasına başlanılmışdır.Hal-hazırda Elmi Kitabxanada elektron kitabxana yaradılır.Oxuculara xidmət tək ənənəvi formada deyil,müasir formada- elektron xidmətdə göstərilir. 5ci tədris korpusumda yaradılan “Nuru Paşa adına olan Kitabxana” Filologiya və Xarici dillər fakultələrinin profilinə uyğun bütün ədəbiyyatları komplektləşdirilib və əsaslı kitabxananın filialı kimi fəaliyyət göstərir.Kitabxana müasir standartlara uyğun əsaslı təmir edilmiş, yeni rahat mebel avadanlıqları ilə təmin olunmuşdur.Kitabxana 30 kompyuterlə təchiz olunmuş dərs vəsaitlərinin elektron versiyaları lokal şəbəkədə istifadəsi təmin edilmişdir,həmcinin orada olan bütün ədəbiyyatlar elektron kataloqlar və formulyarlar yazılmış oxucuların ixtiyarına verilmişdir.Elektron kitabxana oxuculara informasiya xidmətinin kompyuterləşməsinin nəticəsi olub, yalnız bir xidmət növüdür. O, uzaq məsafədən oxuculara daha dolğun informasiya xidməti göstərərək, bu xidmətin zaman və məkandan asılılığına son qoyur .Elə bu səbəbdən də oxucuların sorğularının operativ və səmərəli ödəmək məqsədilə gdu-kitabxana@mail.ru email adresi açılmışdır.Bu email vasitəsi ilə oxucu sorğularını kitabxanaya gəlmədən cavab almaq imkanı olur.

Kitabxanaın 3 şöbəsi biri olan Komplekləşdirmə şöbəsi ali kitabxanalarda istifadə olunan Universal Onluq Təsnifatının ən son təkmilləşmiş versiyasıdan istifadə olunur, Şöbə kitabxanaya daxil olan yeni ədəbiyyatların davamlı və ardıcıl işlənməsini, alınan yeni ədəbiyyatın qoşma sənədlə üzləşdirilməsini, bütün nüsxələrin ştamplaşdırılmasını, texniki işlənməsini, təsnifləşdirilməsini, hər adda nəşrin məlumat kataloqunun tərtib edilməsini, inventar nömrələrinin verilməsini, yeni ədəbiyyatın filial və qiraət zalları arasında bölünməsi işini həyata keçirir. Silinən ədəbiyyatın inventar kitabından, əlifba və sistemli kataloqdan çıxarılmasını təşkil edir.

Xidmət şöbəsi yeni gələn oxucuya kitabxanadan istifadə qaydaları, kitabxanaya yazılma, kitabdan istifadə,saxlanılma, qaytarılma müddəti və s. məlumat verilir.Oxucuya anket açılır və kitabxananın üzvü sayılır.Xidmət şöbəsi  müxtəlif oxucu kateqoriyalarına bütün nəşr növləri ilə xidmət göstərir.Xidmət şöbəsi hər bir oxucuya fərdi yanaşır, onların sorğularını dinləyir və onlara yüksək səviyyədə xidmət göstərir.

Biblioqrafiya şöbəsi oxucuları kitabxanaya cəlb etmək və onların asudə vaxtının səmərəli təşkil etmək üçün şöbə müxtəlif mövzuları əhatə edən kitab sərgiləri, söhbət-mühazirələr keçirir. Biblioqrafik vəsaitlərin oxuculara xidmət işində əhəmiyyətini nəzərə alaraq əlamətdar və tarixi günlər, aktual mövzular, görkəmli dövlət xadimləri, tarixi şəxsiyyətlər, şair və yazıçıların yubileyləri ilə əlaqədar biblioqrafik vəsaitlər, tövsiyə ədəbiyyat siyahıları, məlumat bülletenləri hazırlanıb oxucuların istifadəsinə verilir. Eyni zamanda kitabxanaya daxil olan dövrü nəşrlərin filial-kitabxanalara bölüşdürülməsini təşkil edir. Daha geniş auditoriyanı əhatə etmək məqsədilə həmin vəsaitlər oxuculara və kafedralara verilir.GDU-nun kitabxanasının fonduna 36 adda qəzet (33-ü azərbaycan, 2-si rus, 1-i ingilis dilində) və  25 adda jurnal (15-i azərbaycan, 10-u rus dilində) daxil olur.Abunə yolu ilə alınan  dövri mətbuatı, biblioqraflar əsaslı kitabxanada bir nüsxə saxlamaqla, filiala, qiraət zallarına və universitetin bütün kafedralarına, şöbələrinə paylayır.Gündəlik qəzetləri  bölüşdürməkdə başlıca məqsəd professor-müəllim heyətinin gündəlik informasiyalardan xəbərdar etməkdir.

Məlumdur ki, oxucuların intellektual tələbatının ödənilməsi üçün mütaliənin sosial zərurətə çevrilməsi əsas amillərdən biridir. Məhz mütaliənin sosial zərurətə çevrilməsində, milli və dünya ədəbiyyatının təbliğində, oxucunun asudə vaxt problemlərinin həllində əlbəttə ki, kütləvi tədbirlər ən önəmli rola malikdir. Çünki, kütləvi tədbirlər kitabxana işinin effektiv formalarından biri hesab olunur. Kitabxananın bu məqsədlə il ərzində kitab sərgiləri, elmi-praktik konfranslar, ədəbi-bədii gecələr, kitab təqdimatları, yaradıcılıq gecələri, dəyirmi masaların təşkili, mövzuları əhatə edən biblioqrafik siyahıların təqdim olunması istiqamətində fəaliyyət göstərir. Çünki, bütün bunların hamısı oxucunun intellektual səviyyəsinin yüksəlməsində, həmçinin, ədəbiyyatı sevməsi və qiraət etməsində əhəmiyyətli rola malikdir.

Qiraət zalları: 2 qiraət zalı mövcuddur. 1 № qiraət zalı universitetin 2-ci tədris korpusunda, 2 № qiraət zalı isə universitetin qızlar yataxasında yerləşir. Universitetin əsaslı kitabxanası qiraət zallarını fonda daxil olan bütün ədəbiyyatlardan 5 nüsxə və gündəlik gələn dövri mətbuatla təmin edir.Verilən ədəbiyyatlar yalnız qiraət zallarında istifadə etmək üçündür.professor-müəllim və tələbə heyətini lazımi ədəbiyyatla və dövri mətbuatla təmin edir Fonda daxil olan bütün ədəbiyyatlardan 5 nüsxə və gündəlik gələn dövri mətbuatla təmin olunur.

Rəhbərliyin əmri ilə GDU-nun pofessor-müəllim heyətinin çapdan çıxmış dərsliklərindən beş nüsxə kitabxanaya hədiyyə verilir.Kitabxanadan ən çox mütaliə edən tələbələri stimul olaraq universitetin rəhbərliyi tərəfindən qiymətləndirilir,hər il dərs ilinin sonunda Fəxri fərmanlarla təltif olunur.Kitabxanada rəhbərliyə təqdim olunan plana uyğun olaraq  tədbirlər, təlimlər, viktorinlar keçirilir.Keçirilən tədbirlərdə məqsəd tələbələrin mütaliə maraqlarını artırmaq,maarifləndirməkdir.Kitabxanamızın  müdiri Ayşən Məhəmməd qızı Əhmədova Bakı Dövlət Universitetinin Kitabxanaşunaslıq və İnformasiya ixtisasını bitirmişdir.Gənc kadrın iş devizi hər bir tələbənin sorğularını gülərüz, dolğun əhatəli ödəməkdir.Kitabxanada müasir texnologiyalarının tətbiqinə xüsusi önəm verilir, lokal komputer şəbəkəsi yaradılıb, internetə çıxışı təmin edilib.Kitabxananın ümumi xərcləri  universitetin ümumi smetası ilə ödənilir. Kitabxana xidmətinin əsas vəzifəsi kitabxana sərvətlərinin, dünya ədəbiyyatı nümunələrinin etibarlı şəkildə toplanması, qorunması və gələcək nəsillərə çatdırılmasından, onların əhali arasında geniş təbliğindən, bəşəri dəyərlərə yiyələnmək, müstəqil və yaradıcı düşünən vətəndaş yetişdirilməsinə fəal yardım etməkdir.

Universitet rəhbərinin kitabxanaya olan yüksək qayğı və diqqəti sayəsində  kitabxana fondu zənginləşdirilir, müasir texnologiya avadanlıqları ilə təmin olunur.

Universitetin Elmi kitabxanası tələbələrin və professor-müəllim heyətinin mədəni və mənəvi mərkəzidir.Ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi: “Kitabxana xalq, millət üçün, cəmiyyət üçün müqəddəs yer, mənəviyyat, bilik, zəka mənbəyidir. Ona görə də kitabxanalara daimi hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir”.

Kitabxana müdiri

Əhmədova Ayşən Məhəmməd qızı 21 dekabr 1990 ci ildə Samuxda anadan olmuşdur.1996-2008-cı illərdə Gəncə Şəhər 37 saylı orta məktəbdə təhsil almışdır.2008-2013 illərdə Bakı Dövlət Universitetinin Kitabxançılıqlıq və İnformasiya fakultəsinin  Kitabxanaşunaslıq və Biblioqrafiya ixtisasını bitirmişdir.2014 –cü ildə Gəncə Şəhər Mərkəzləşdirilmiş  Kitabxana Sistemində  İnformasiya-Resurs şöbəsinin müdiri vəzifəsində işləmişdir.2018-ci il iyun ayından Gəncə Dövlət Universitetinin Kitabxana müdiridir.