Fəxri Professorlar

Əliqulu Umud Oğlu Quliyev

  • Fizika-riyaziyyat elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Quliyev Əliqulu Umud oğlu 1939-cu ildə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuşdur. 1959-1964-cü illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (hazırkı Gəncə Dövlət Universitetinin) Fizika-riyaziyyat fakültəsində təhsil almışdır. 1964-cü ildə Xaldan orta məktəbində əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə müsabiqədən keçərək bitirdiyi İnstitutda müəllim kimi fəaliyyətini davam etdirmişdir.
  • Ə.Quliyev 1966-cı ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunun aspiranturasına daxil olmuş, 1974-cü ildə «Məxsusiyyəti olan polinomial əmsallı adi diferensial tənliklərin ümumiləşmiş funksiyalar fəzasında həlli» mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • Ə.Quliyev uzun müddət Gəncə Dövlət Universitetinin Riyazi analiz kafedrasının müdiri və Riyaziyyat-informatika fakültəsinin dekanı vəzifəsində fəaliyyət göstərmişdir.
  • Azərbaycanda və xarici ölkələrdə 100-dən çox elmi əsər çap etdirmişdir. O, 10 dərs vəsaitinin müəllifidir.
  • Azərbaycan Respublikası Prezidentinin 22 aprel 2009-cu il tarixli fərmanı ilə respublika üçün müəllim kadrları hazırlanmasında fəaliyyətinə görə «Tərəqqi» medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 dekabr 2014-cü il əmri ilə “Qabacıl təhsil işçisi” döş nişanı ilə, Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2018-ci il tarixli sərəncamı ilə “Əməkdar müəllim” adına layiq görülmüşdür.
  • 2013-cü ildə Gəncə Dövlət Universitetinin Fəxri professoru adına layiq görülmüşdür.
  • 19.10.2022-ci ildə vəfat edib.

Oqtay Qulam Oğlu Məmmədli

  • İqtisad elmləri namizədi, dosent GDU–nun Fəxri professoru Məmmədli Oqtay Qulam oğlu Gəncə şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Univerisitetinin (indiki Bakı Dövlət Universittei) İqtisadiyyat fakültəsini bitirmişdir.
  • Əmək fəaliyyətinə S.Ağamalı oğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda (indiki Azərbaycan Dövlət Aqrar Univerisiteti) müəllim kimi fəaliyyətə başlamış, çox gənc yaşlarında dissertasiya müdafiə edərək alimlik dərəcəsi almış və bundan sonra taleyini H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutuna (indiki Gəncə Dövlət Univerisiteti) bağlamışdır. 1977-1981-ci illərdə İnstitut Həmkarlar İttifaqı Komitəsinin sədri, 1981-1990-cı illərdə Siyasi iqtisad kafedrasının müdiri, 1988-1989 və 1989-1990-cı illər üçün İnstitutda Tələbə Qəbulu Komissiyasının məsul katibi, Azərbaycan Dövlət Aqrar Univerisitetinin nəzdində yaradılmış iqtisad elmləri üzrə birləşmiş Dissertasiya Şurasının üzvü olmuşdur.
  • O.Q.Məmmədli çoxsaylı elmi əsərlərin müəllifidir. ”Kənd Təsərrüfatında elmi-texniki tərəqqi”, “Əmək məhsuldarlığının yüksəldirilməsi yolları” adlı kitabçalar, ”Ümummilli məhsul və milli gəlir”, “Orta kəmiyyətlər və variasiya göstəriciləri”, “Statistikanın predmeti və metodu”, ”Statistik müşahidə“, “Statistik məlumatların yekunlaşdırılması və qruplaşdırılması”, “Statistika cədvəlləri” adlı tədris vəsaitləri, “İqtisadi nəzəriyyənin predmeti və metodu”, “İqtisadi nəzəriyyənin əsasları”, ”İqtisadi təlimlər tarixi”, ”Marketinqin əsasları”, “İqtisadi nəzəriyyə“,”Bazar iqtisadiyyatının dövlət tərəfindən tənzimlənməsi”, “Milli iqtisadiyyatın tənzimlənməsi”, ”Statistika nəzəriyyəsi”, ”Sosial-İqtisadi statistika“ adlı iri həcmli dərs vəsaitləri, 250-dən çox elmi məqalənin müəllifidir. O, indiyədək onlarla iqtisad elmləri üzrə fəlsəfə doktoru və magistirlik dissertasiyalarına rəhbərlik etmişdir.
  • 2015-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 23.01.2017-ci ildə vəfat edib.

ELDAR HAQVERDİ oğlu MÖVSÜMOV

  • Texnika elmləri namizədi, dosent GDU–nun Fəxri professoru Mövsümov Eldar Haqverdi oğlu 1937-ci ildə Xanlar rayonunun (indiki Göygöl) Dozular kəndində anadan olmuşdur.
  • 1957-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat fakültəsinə daxil olmuş, 1962-ci ildə həmin fakültəni Fizika-riyaziyyat ixtisası üzrə bitirmişdir. 1967-1970-ci illərdə AMEA-nın Fizika Institutunda aspirant olmuş, 1970-ci ildə texnika elmlər namizədi alimlik dərəcəsi, 1983-cü ildə dosent elmi adını almışdır.
  • 1965-1970-ci illərdə AMEA-nın Fizika İnstitutunda kiçik elmi işçi, 1970-ci ildən Gəncə Dövlət Universitetində Fizika və onun tədrisi metodikası kafedrasında müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
  • 1988-1990-cı illərdə ÜTF və texnologiya kafedrasının müdiri, 1990-1992-ci illərdə Fizika və texniki fənlər fakültəsinin dekanı vəzifəsində işləmişdir.
  • 2015-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 23.12.2019-cu ildə vəfat edib.

NƏZAKƏT USUB qızı ƏLİYEVA

  • Filologiya elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Nəzakət Usub qızı Əliyeva 12 fevral 1946–cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1952-1963-cü illərdə M.Qorki adına 1 saylı orta məktəbdə təhsil almışdır.
  • 1964-1968-ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitutunun Tarix-filologiya fakültəsində ali təhsil almış və fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1968-ci ildə İnstitut Elmi Şurasının qərarı ilə Azərbaycan ədəbiyyatı və onun tədrisi metodikası kafedrasında müəllim kimi çalışmışdır. 1980-ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda “Nigar Rəfibəylinin lirikası” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1980-ci ildə filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • 1980-1982-ci illərdə Gəncə şəhər Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
  • 1981-ci ildə dosent elmi adını almış, 1980-82–ci illərdə Tarix-filologiya fakültəsində dekan əvəzi vəzifəsini icra etmiş və 2001-2011-ci illərdə Filologiya fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
  • 2012-2017-ci illərdə Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır.
  • “M.Ş.Vazeh: araşdırmalarım və oxuduqlarım” və “Nigar Rəfibəylinin lirikası” adlı monoqrafiyaların, “Ədəbiyyatşünaslığın əsasları” adlı dərs vəsaitinin müəllifidir.
  • Nəzakət Əliyeva Əmək Veteranı medalı ilə təltif olunmuşdur.
  • 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdir.
  • 2015-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 07.07.2017-ci ildə vəfat edib.


RASİM ƏLİ oğlu ADİLOV

  • Filologiya elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Adilov Rasim Əli oğlu 1944-cü ildə Tovuz rayonunun İbrahim Hacılı kəndində anadan olmuşdur.
  • 1962-1967 M.F.Axundov adına Xarici Dillər İnstitutunda ali təhsil almışdır.
  • 1967-1970-ci illərdə Kirovabad Dövlət Pedaqoji İnstitunun (indiki Gəncə Dövlət Universitetinin) Xarici dillər kafedrasında müəllim vəzifəsində çalışmışdır.
  • 1970-1973-cü illərdə Misir Ərəb Respublikasının keçmiş SSRİ səfirliyində tərcüməçi işləmişdir.
  • 1973-1979-cu illərdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Xarici dillər kafedrasında müəllim, 1979-1989-cu illərdə Azərbaycan dilinin tədrisi və metodikası kafedrasında baş müəllim, sonralar dosent vəzifəsində çalışmışdır.
  • 1998-2006-cı ilə kimi Gəncə Dövlət Universitetinin Xarici dillər fakültəsinin şöbə müdiri, eyni zamanda ingilis dilinin qrammatikası kafedrasının müdiri vəzifələrində çalışmışdır. 2007-ci ildən “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının dosent vəzifəsində çalışır.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.

RƏŞAD MƏMMƏD oğlu NURİYEV

  • Biologiya elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Nuriyev Rəşad Məmməd oğlu 1941-ci il oktyabrın 24-də Gürcüstan Respublikasının Marneuli rayonu, Qırxılı kəndində anadan olmuşdur. 1960-cı ildə Qırxılı orta məktəbi bitirmiş, 1968-ci ildə Bakı Dövlət Universitetinin Coğrafiya-Biologiya ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir.1974-cü ildə Nəbatat İnstitutunda aspiranturaya daxil olmuş, 1979-cu ildə «Naxçıvan MR dağ bozqırlarının flora və bitkiliyi» mövzusunda dissertasiya müdafiə etmiş, biologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • 1984-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) laboratoriya müdiri, 1986-cı ildən dosent, 1993-cü ildən Gəncə Dövlət Universitetində dosent kimi fəaliyyət göstərmişdir.
  • Uzun müddət Azərbaycanın qış və yay otlaqlarında geobotaniki tədqiqat işləri apararaq bir sıra səmərəli təkliflər vermişdir. Azərbaycanda nadir və məhv olmaqda olan növlərin və aşkar edilməsi və onların mühafizəsi üçün müəyyən işlər görmüşdür.
  • R.M.Nuriyev 100-ə yaxın elmi və tədris-metodiki əsərin, o cümlədən 5 dərs vəsaiti və metodiki göstərişin, 9 fənn proqramının müəllifidir.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.


ZAHİD HÜMBƏT oğlu ABBASOV

  • Riyaziyyat elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru AbbasovZahid Hümbət oğlu 30 iyun 1936–cı il Qərbi Azərbaycanda anadan olmuşdur. 1954-cü ildə orta məktəbi qızıl medalla bitirmiş və həmin ildə Bakı Dövlət Universitetinin Riyaziyyat-İnformatika fakültəsinin Riyaziyyat ixtisasına qəbul olmuş, 1959-cu ildə fərqlənmə diplomu ilə həmin ixtisası bitirmişdir.
  • 1984-cü ildə riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi, 1986-cı ildə dosent elmi adını almışdır.
  • 1959-1964-cü illərdə Bakı şəhərində neft qurğularında (Neft daşları) mühəndis, daha sonra baş mühəndis vəzifəsində çalışmışdır. 1964-cü ildən Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki GDU) Riyaziyyat – İnformatika fakültəsinin Riyazi analiz kafedrasında müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir. 2004-2014-cü illərdə universitetin Riyaziyyat-İnformatika fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
  • 80-dən çox məqalə, proqram, dərs vəsaiti və dərsliyin müəllifi olmuşdur.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 11.12.2021-ci ildə vəfat edib.

QULU BABA oğlu QURBANOV

  • Kimya elmlərinamizədi, dosent, GDU –nun Fəxri professoru Qurbanov Qulu Baba oğlu 2 may 1945-ci ildə Gürcüstan Respublikası Marneuli rayonunun Araplı kəndində, kolxozçu ailəsində anadan olmuşdur. Yeddillik təhsili dogma kəndində, 11 illiktəhsiliisə Marneuli şəhər 1 saylı Azərbaycan tam orta məktəbində almış və məktəbi qızıl medalla bitirmişdir.
  • 1965-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuş və 1970-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1971-1974-cü illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsi “Üzvi kimya” kafedrasının məqsədli əyani aspirantı olmuşdur.1976-cı ildə BDU-nun İxtisaslaşdırılmış Elmi Şurasında “Aromatik sırası tiollarının sintezi, çevrilmələri və onların metalların korroziyasında inhibitor kimi tədqiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • 1970-1971-ci illərdə təyinatla H.Zərdabi adina KDPİ-də (indiki Gəncə Dövlət Universiteti) müəllim, 1970-ci ildən H.Zərdabi adına KDPİ-nin (indiki Gəncə Dövlət Universiteti) Kimya və kimya texnologiyası kafedrasında müəllim, 1980-2003-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında müəllim, 2004-cü ildən isə Gəncə Dövlət Universitetinin Kimya kafedrasında dosent vəzifələrində çalışmışdır.
  • 2011-2017-ci illərdə Gəncə Dövlət Universitetinin Kimya kafedrasının müdiri vəzifəsində işləmişdir.
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqcıl Təhsil İşçisi” döş nişanı, “Tərəqqi medalı”, Fəxri fərmanı ilə təltif olunmuş və “Əmək veteranı” adına layiq görülmüşdür.
  • Əsas tədqiqat sahəsi “Aromatik sırası tiollarının sintezi, çevrilmələri və onların metalların korroziyasında inhibitor kimi tədqiqi” olmuş və 4 ədəd Müəlliflik şəhadətnaməsi, 3 ədəd Patent ixtiraya layiq görülmüşdür.
  • 35-ə qədər dərs vəsaiti və metodik göstəriş, 300 elmi əsər, xeyli sayda fənn proqramları çap olunmuşdur.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.

NÜYVƏR LOĞMAN oğlu NƏSRULLAYEV

  • Fizika-riyaziyyat elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Nəsrullayev Nüyvər Loğman oğlu 8 mart 1939-cu ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. 1946-1956-cı illərdə Oxud kənd orta məktəbində təhsil almışdır.
  • 1958-1962-ci illərdə KDPİ-nun Fizika-Riyaziyyat fakültəsində təhsil almış və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1969-1972-ci illərdə BDU-nun Həndəsə kafedrasında aspirant olmuşdur. 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə “К вопросу о дифференцальной геометрии псевдоевклидова пространства” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
  • 1962-1964-cü illərdə Şəki rayonu Cəyirli kənd məktəbində, 1964-1966–cı illərdə Şəki şəhəri 2 saylı məktəbdə fizika və riyaziyyat müəllimi işləmişdir.
  • 1973-cü ildən GDU-da çalışır. 1973-1975-ci illərdə müəllim, 1975-1978-ci illərdə baş müəllim kimi fəaliyyət göstərmiş, 2011-2017-ci ildən Həndəsə və Cəbr kafedrasının dosentidir.
  • 1977-1985-ci və 2000-2011-ci illərdə Həndəsə və Cəbr kafedrasının müdiri olmuşdur.
  • 1985-1998-ci illərdə Riyaziyyat-informatika fakültəsinin dekanı vəzifəsində çalışmışdır.
  • Respublika Prezidenti İlham Əliyevin 23 aprel 2009-cu il tarixli sərəncamı ilə ona “Əməkdar müəllim” adı verilmişdir.
  • «Həndəsə əsasları», «Qraflar», «Həndəsə məsələləri», «Qurmalar həndəsəsinin əsasları» adlı dərs vəsaitlərinin müəllifidir.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.

HEYDƏR NƏSİB oğlu KƏRİMOV

  • Kimya üzrə elmlər namizədi, dosent, GDU –nun Fəxri professoru Kərimov Heydər Nəsib oğlu1947-ci il martın 10-da Gəncə şəhərində anadan olub. 1970-ci ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişdir.
  • 1984-cü ildə də Tbilisi Dövlət Universitetində “Mo(VI)-nin azo-pirokatexinlərlə komplekslərinin alınması və onların analizlərdə tətbiqi” mövzusunda dissertasiya müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini almışdır.
  • 1990-cı ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona dosent elmi adı verilmişdir.
  • 1992-cı ilin fevral – mart aylarında Təhsil Nazirliyində aparıcı inspektor vəzifəsində çalışmışdır.
  • Heydər Nəsib oğlu Kərimovun elmi-tədqiqatlarının nəticəsi olaraq molibdenli poladlarda və suxurlarda Mo(VI)-nın azo-pirokatexinlərlə təyini üsulu 1984-cü ildə sənayedə – metallurgiyada geniş istifadə edilmişdir.
  • 1972– 1992-ci illərdə Gəncə şəhərində Texnologiya Universitetinin Kimya kafedrasında saat hesabı ilə müəllim, assistent, baş müəllim və dosent vəzifələrində çalışmışdır. 2001-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Kimya kafedrasında dosent kimi fəaliyyət göstərmişdir. 250-dən çox elmi və tədris-metodiki əsərin müəllifidir.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 13.08.2023-cü ildə vəfat edib.

ZAKİR MİKAYIL oğlu ZEYNALOV

  • Fizika-riyaziyyat elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru ZeynalovZakirMikayıl oğlu 1948-ci ildə Gədəbəy rayonunun Samanlıq kəndində anadan olmuşdur. Ali təhsilini 1965-70-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika fakültəsində almışdır. 1981-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək fizika –riyaziyyat elmləri namizədi, 1989-cu ildə isə dosent elmi adı almışdır. 1972-ci ildən 1998-ci ilədək Azərbaycan Texnologiya İnstitutunda baş laborant, müəllim və fakültə dekanı vəzifələrində çalışmışdır. 1998-ci ildən Gəncə Dövlət Universitetində işləyir. Ümumi fizika kafedrasının müdiri, Əlavə təhsil fakultəsinin dekanı vəzifələrində çalışmışdır. 100-dən çox elmi məqalənin, proqramların və 5 dərs vəsaitinin müəllifidir.
  • Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 oktyabr tarixli 634 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 2023-cü il16 noyabr tarixli 3-29/3-1-1420K/2023 nömrəli əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. Gəncə şəhər Ağsaqqallar Şurasının üzvü, GDU-nun Ağsaqqallar şurasının sədridir.
  • 2016-cı ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.

MAYIL MİSİR oğlu MUSTAFAYEV

  • Fizika-riyaziyyat elmləri namizədi, dosenti GDU –nun Fəxri professoru Mustafayev Mayıl Misir oğlu 1946-cı ildə Samux şəhərində anadan olmuşdur. 1953-1963-cü illərdə orta məktəbdə, 1964-1968-ci ildə Kirovobat Dövlət Pedaqoji İnsitutunun (indiki GDU) Riyaziyyat fakültəsində təhsil almışdır.
  • 1979-ci ildə “Разрешимость краевых задач для дифференциальное – операторных уравнений с операторами в краевых условиях” adlı dissertasiya mövzusunu müdafiə edərək elmlər namizədi, alimlik dərəcəsi almışdır.
  • 1968-ci ildən 2020-ci ilədək Gəncə Dövlət Universitetinin ümumi riyaziyyat kafedrasında müəllim, baş müəllim, dosent və kafedra müdiri vəzifələrində çalışmışdır.
  • 67 elmi əsərin və 1 dərs vəsaitinin müəllifidir.
  • 2016-cı ildən Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 25.11.2021-ci ildə vəfat etmişdir.

MƏMMƏD MUSTAFA oğlu SADIQOV

  • Fizika-riyaziyyat elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Sadıqov Məmməd Mustafa oğlu 1935-ci ildə Tovuz rayonunun Əsrik Cırdaxan kəndindəanadan olmuşdur. 1954-cü ildə A.S.Puşkin adına Tovuz şəhəri orta məktəbi bitirmişdir. 1954-1957-ci illərdə keçmiş H.Zərdabi adına Kirovabad Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) Fizika və riyaziyyat fakültəsinin fizika-riyaziyyat ixtisasında “J.V.Stalin adına təqaüd” ilə təhsil almışdır. 1963-1968-ci illərdə “Diferensial və inteqral tənliklər” ixtisası üzrə Azərbaycan SSRİ Elmlər Akademiyasının Mexanika və Riyaziyyat İnstitutu aspiranturasının əyani şöbəsində təhsil almışdır.1971-ci ildə “Gecikən arqumentli bir sinif ekstremal diferensial tənliklərin araşdırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmiş, 1973-cü ildə fizika-riyaziyyat üzrə elmlər namizədi dərəcəsini almışdır.
  • 1957-1963-cü illərdə Tovuz rayonunun Bayramlı və Əsrik Cırdaxan kənd orta məktəblərində riyaziyyat müəllimi işləmişdir. 1963-cü ildən ADU-nin (indiki BDU) nəzdindəki Hesablama mərkəzində laborant vəzifəsində çalışmışdır. Aspiranturada oxuduğu dövrdə riyaziyyat təmayüllü Bakı şəhəri 132 saylı orta məktəbdə ali riyaziyyatdan dərs demiş və eyni zamanda ADU-nun Riyaziyyat mexanika fakültəsinin axşam şöbəsində “Adi diferensial tənliklər” fənnindən seminar məşğələsi aparmışdır. 1968-ci ildən keçmiş H.B.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) Riyazi analiz və ali cəbr kafedrasında müəllim vəzifəsinə başlamış və 1980-ci ildən Riyazi analiz kafedrasında dosent vəzifəsində işləmişdir.
  • Aspiranturada oxuduğu və müəllim işlədiyi dövrlərdə 20-dən artıq elmi məqalənin, “Riyazi analizin strukturları” adlı metodik vəsaitin (Gəncə 1997), “Çoxluqlar nəzəriyyəsi və Lebeq inteqralı” (Bakı, 2007) və həmmüəlliflə “Xətti inteqral tənliklər kursu” (Bakı, 2014) adlı dərs vəsaitlərinin müəllifidir.
  • 2017-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 27.03.2019-cu ildə vəfat etmişdir.

AYDIN MƏMMƏD oğlu NAĞDALIYEV

  • Filologiyaelmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Nağdalıyev Aydın Məmməd oğlu 27 oktyabr 1944-cü ildə Qazax rayonunun Qaymaqlı kəndində anadan olmuşdur.
  • 1969-cu ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Azərbaycan dili və ədəbiyyatı fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
  • 1980-ci ildə Nəsimi adına Dilçilik İnstitutunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi elmi dərəcəsi, 1988-ci ildə Azərbaycan dili kafedrasının dosenti elmi adını almışdır.
  • 1969-1970-ci illərdə Azərbaycan dili kafedrasında laborant, baş laborant, 1970-ci ildən Gəncə Dövlət Universitetinin Azərbaycan dili kafedrasında müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərmişdir.
  • 50-yə yaxın məqalə, 2 dərsliyin, dərs vəsaitinin və fənn proqramlarının müəllifidir.
  • 2018-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 05.12.2020-ci ildə vəfat etmişdir.

KƏMALƏ HƏBİB qızı HACIYEVA

  • Pedaqoji elmlər namizədi, dosent GDU –nun Fəxri professoru Hacıyeva Kəmalə Həbib qızı 1941-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ali təhsilini 1961-1965-ci illərdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) “Biologiya və kənd təsərrüfatının əsasları” fakültəsində alıb.
  • 1978-ci ildə “Şagirdlərdə təlimə məsuliyyətli münasibət tərbiyəsi prosesinin əsasları (yeniyetməlik yaş dövründə)” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
  • 1966-1971-ci illərdə Gəncə şəhər 1 №-li məktəbdə biologiya müəllimi, 1972-ci ildən H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun Pedaqogika kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. Kəmalə Hacıyeva Gəncə Dövlət Universitetinin Ümumi pedaqogika kafedrasında müəllim, baş müəllim, dosent, dekan müavini vəzifələrində çalışmışdır.
  • 3 kitab, 1 metodik tövsiyyə və 30-a qədər elmi məqalənin müəllifidir.
  • 2017-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 18.12.2018-ci ildə vəfat etmişdir.

VAQİF CƏBRAYIL oğlu RÜSTƏMOV

  • Fizika riyaziyyat elmləri namizədi, GDU –nun Fəxri professoru Rüstəmov Vaqif Cəbrayıl oğlu 15 iyun 1949 –cu ildə Daşkəsən rayonunun Dəstəfur kəndində ziyalı ailəsində anadan olmuşdur. 1966-cı ildə Gəncə şəhər 11 saylı orta məktəbini, 1972-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Fizika ixtisasını bitirmişdir.
  • 1982-ci ildə AMEA-nın Fizika İnstitutunun aspiranturasında təhsil alaraq 1982-ci ildə “TlInSe2 monokristalının pyezofotorezistiv xassələrinin tədqiqi” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş və fizika –riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1989 – cü ildə Gəncə Dövlət Universitetinin Fizika və onun tədrisi metodikası kafedrasının dosenti elmi adını almışdır.
  • 1970-ci ildən Gəncə Dövlət Universitetinin Fizika və onun tədrisi metodikası kafedrasında tədris ustası, müəllim, baş müəllim, dosent kimi fəaliyyət göstərmişdir.
  • 1 metodik göstərişin, 3 dərs vəsaitinin, 10 Patent ixtiranın, xeyli sayda elmi məqalənin müəllifidir.
  • “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur.
  • 2020-ci ildəGəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.


RİZVAN ADİL oğlu HƏSƏNOV

  • Texnika üzrə fəlsəfə doktoru, dosent, GDU –nun Fəxri professoru Həsənov Rizvan Adil oğlu 16 iyun 1941 ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olmuşdur. 1948-1954-cü illərdə Gəncə şəhər 21 saylı orta məktəbdə təhsil almışdır. 1954-1959-cu illərdə Gəncə İnşaat Texnikumunda oxumuş, daha sonra Rostov – Don Dəmiryol Mühəndislik İnstitutuna qəbul olunmuşdur və 1971-ci ildə həmin institutun İnşaat – mühəndislik ixtisasını üzrə bitirmişdir.1988-ci il Moskva Beton və Dəmirbeton Elmi Tədqiqat İnstitutunda İnşaat materialları və detalları üzrə “Azerit materialından yüngül polimerbeton” mövzusunda dissertasiya işi işləmiş və texnika elmləri namizədi alimlik dərəcəsi almışdır.ÜTF və texnologiya kafedrasında dosent vəzifəsində uzun müddət çalışmışdır.
  • 1975 – ci ildən 1989- cu ilə qədər Gəncə İnşaat Texnikumunda müəllim, tədris işlər üzrə direktor müavini və direktor vəzifələrində işləmişdir.
  • 1994- cü ildən Gəncə Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlamışdır.
  • 40-dan artıq elmi məqalənin, 4 fənn proqramının, 2 dərs vəsaitinin və 1 dərsliyin müəllifidir.
  • 2021-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 03.10.2023-cü ildə vəfat etmişdir.

MAQBET MÜTÜLÜ oğlu ƏHMƏDOV

  • Filologiya elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru ƏhmədovMaqbet Mütülü oğlu 1952-ci il yanvar ayının 6-da Daşkəsən rayonunun Dəstəfur kəndində anadan olmuşdur. 1957-67-ci illərdə Dəstəfur kənd orta məktəbində orta təhsil almışdır. 1968-1975-ci illərdə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunda (indiki Gəncə Dövlət Universitetində) ali təhsilini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə başa vurmuşdur. 1975-1979-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuş, 1983-cü ildə dissertasiyasını müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır.
  • 1968-ci ildən 1983-cü ilə qədər orta məktəbdə müəllim, 1983-1989-cu illərdə Azərbaycan EA Gəncə Elm Mərkəzində (indiki AMEA Gəncə Bölməsi) elmi işçi kimi çalışmışdır. 1989-2006-cı illərdə Azərbaycan Texnologiya İnstitutunda laborant, müəllim, baş müəllim, dosent və Dillər kafedrasının müdiri vəzifələrində işləmişdir.
  • 2006-cı ildən Gəncə Dövlət Universitetində Azərbaycan və dünya ədəbiyyatı kafedrasının dosenti, 2018-ci ildən həmin kafedranın müdiri olmuşdur.
  • 1988-ci ildə “Azərbaycan mifoloji mətnləri” adlı kitabı işıq üzü görmüşdür. Maqbet Əhmədov “M.R.Məmmədəliyev” adlı biblioqrafiyanın, “Aşıq Pəri məclisi” adlı toplunun, “Əsli və Kərəm: məhəbbət, yoxsa nifrət” adlı monoqrafiyanın müəllifidir.
  • 2021-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.
  • 23.04.2023-cü ildə vəfat etmişdir.

ELXAN FİRAT OĞLU CƏFƏROV

  • Kimya üzrəelmlərnamizədi, dosent, GDU –nun Fəxri professoru Cəfərov Elxan Firat oğlu 2 yanvar 1945-ci ildə Cəbrayıl rayonunda ziyalı ailəsində anadan olmuşdur.1969-cu ildə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinin Kimya ixtisasını bitirmişdir.
  • 1992-ci ildə “Doymamış karbo funksional Germanium (Qalay) üzvi birləşmələrin sintezi və xassələri” adlı mövzuda dissertasiya işini müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsi almışdır.
  • 1973-cü ildən Gəncə Dövlət Universitetinin Kimya kafedrasında laborant, laboratoriya müdiri, müəllim, baş müəllim, dosent, kafedra müdiri və zifəsində işləmişdir. 2015-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və 2018-ci ildə GDU-nun 85 illik yubileyi münasibətilə Fəxri fərmanla təltif edilmişdir.
  • Elmi istiqaməti «Ge-N, Ge-O, Ge-S, Sn-N, Sn-S əlaqəli üzvi birləşmələrin sintezi, xassələri və tətbiqi sahələri»nin tədqiqinə həsr edilmişdir. 35 elmi məqalənin, “Bəzi kimyəvi birləşmələrin canlı aləmə və ətraf mühitə təsiri” və “Üzvi birləşmələrin sintezi və tədqiqi” adlı kitabların müəllifidir.
  • 2022-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layiq görülmüşdür.

CƏFƏR HÜSEYN oğlu İBRAHİMOV

  • Pedaqogika üzrə fəlsəfə doktoru, dosent GDU –nun Fəxri professoru İbrahimov Cəfər Hüseyn oğlu 1951-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olmuşdur. 1976-cı ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetini, 1990-cı ildə isə Moskva Dövlət Mədəniyyət Universitetinin aspiranturasını bitirərək pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdır. 2003-cü ildə psixologiya kafedrasının dosenti elmi adını almışdır.
  • “Psixologiyadan mühazirə konspektləri”; “Psixologiyanın tədrisi metodikası” adlı dərs vəsaitinin, “Abbasqulu Ağa Bakıxanovun əsərlərində tərbiyənin psixoloji məsələləri”; “İmadəddin Nəsimi yaradıcılığında humanizm və insanpərvərlik ideyalarının psixoloji təcəssümü” adlı monoqrafiyanın, “Psixologiya” fənni üzrə seminar məşğələlərinə aid metodik göstərişlər”; “Uşaqların psixi inkişafında senzitiv dövrün əhəmiyyəti” “Yeniyetməlik yaşı dövründə təlimin optimallaşdırılması” adlı metodik vəsaitin ; psixologiyanın müxtəlif sahələrinə aid 31 fənn proqramının və 103 elmi əsərin müəllifidir.
  • 2010-cu və 2014-cü illərdə GDU rəhbərliyi, 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Fəxri fərman, 2018-ci ildə isə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
  • 1997-ci ilin aprel ayından YAP –ın üzvüdür.
  • 2022-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layıq görülmüşdür.

MİRZƏ İSMAYIL OĞLU HƏSƏNOV

  • Biologiya elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Həsənov Mirzə İsmayıl oğlu 1941-ci ildə Göygöl rayonunda anadan olmuşdur. 1948-1959-cu illərdə adı çəkilən rayonun Qırıxlı kənd orta məktəbində təhsil almış, 1959-1962-ci illərdə S.M.Kirov adına Kirovabad (indiki Gəncə) Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur.
  • 1965-ci ildə H.Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Biologiya və Kənd təsərrüfatı əsasları fakültəsinə qəbul olunmuş və 1969-cu ildə “Lenin təqaüdü” ilə bitirmişdir. Təyinat komissiyasının qərarı ilə institutda saxlanılmış və Botanika kafedrasında laborant kimi əmək fəaliyyətinə başlamışdır. S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universitetinə) məqsədli aspiranturaya göndərilmiş, 1971-cü ildən 1974-cü ilə kimi bitki fiziologiyasi kafedrasının aspirantı olmuşdur. “Mikroelementlər və hibberellinin üzüm bitkisində gedən fizioloji-biokimyəvi proseslərə təsiri” mövzusunda dissertasiya üzərində işləmiş, 1975-ci ildə müdafiə edərək biologiya üzrə elmlər namizədi alimlik dərəcəsi almışdır.
  • 1976-ci ildən Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universiteti) Botanika kafedrasında baş müəllim və dosent kimi fəaliyyət göstərmiş, 1991-1995-ci illərdə Botanika kafedrasının müdiri , 2004-cü ildən “Biologiya-Kimya” fakültəsində (indiki Kimya-Biologiya fakültəsi) tədris işləri üzrə dekan müavini vəzifəsində işləyir.
  • 120-yə qədər elmi-metodik əsəri vardır. Bunlardan ikisi dərs vəsaiti, biri monoqrafiya, üçü metodik göstəriş və doqquzu fənn proqramıdır. “Ekoloji fiziologiya”, “Bitki ehtiyati” (seçmə fənn) dərs vəsaitlərinin, “Azərbaycanın qərb bölgəsində süfrə üzüm sortlarının mineral qidalanmasının alınan məhsulun keyfiyyət göstəricilərinə təsiri” adlı monoqrafiyanın müəllifidir.
  • 2022-ci ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layıq görülmüşdür.

Hüseynov Abbas Müzəffər oğlu

  • Fizika-riyaziyyat elmləri namizədi, dosent, GDU –nun Fəxri professoru Hüseynov Abbas Müzəffər oğlu 01.01.1948-ci ildə Qazax rayonunun (Yeni kənd) kəndində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-Riyaziyyat fakültəsinə daxil olaraq 1970-ci ildə hesablama riyaziyyatı ixtisalı üzrə həmin universiteti bitirmişdir.
  • 1974-1977-ci illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) “Hesablama riyaziyyatı” ixtisası üzrə əyani aspirant olmuş, Azərbaycan SSR EA-sı Kibernetika İnstitututunun Müdafiə Şurasında dissertasiya müdafiə edərək fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi, 1993-cü ildə dosent elmi adını almışdır.
  • 1970-ci ildən KDPİ-də (indiki GDU) müəllim, 1995-ci ildən GDU-nun Qazax filialında kafedra müdiri, 1999-cu ildən fakültə dekanı, 2004-2012-ci illərdə AMİ-nin Qazax filialında dekan vəzifəsində çalışmışdır. 2012-2018-ci illərdə GDU-nun riyazi analiz kafedrasında dosent, 2018-2023-cü illərdə kafedra müdiri kimi fəaliyyət göstərmişdir. Hazırda həmin kafedranın dosentidir.
  • Işlədiyi müddətdə 30-dan çox elmi məqalənin (həmçinin, beynəlxalq əlaqələndirmə sistemlərinə daxil olan nüfuzlu jurnallarda), bir metodik vəsaitin, dörd dərs vəsaitinin müəllifidir.
  • 2023-cü ildə Gəncə Dövlət Universitetinin “Fəxri professoru” adına layıq görülmüşdür.