Nəşriyyat şöbəsi

Nəşriyyat şöbəsi Elmi hissənin nəzdində 1995-ci ildə yaradılmışdır. Elmi-tədqiqat işlərinin informasiya təminatının təşkilində Nəşriyyat şöbəsinin böyük rolu vardır. Hər il universitetin  “Elmi xəbərlər”, “professor – müəllimlərin, aspirant və gənc tədqiqatçıların elmi tədqiqat və yaradıcılıq işləri”nin toplusu kimi jurnallar şöbənin xətti ilə çap olunur. Şöbə öz işini Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təlabat sistemində təlimatların  müddəaları əsasında qurmuşdur.

Nəşriyyat şöbəsi Gəncə Dövlət Universitetinin 25.09.2009-cu il tarixli 5/174 saylı əmrinə əsasən “Nəşriyyat və tipoqrafiya” şöbəsi kimi adlandırılmışdır. Şöbə yaradıldığı gündən etibarən müntəzəm surətdə fəaliyyətdədir. Universitetin digər şöbələri və tədris hissəsi üçün lazımi sənədləşmə işləri əlaqədar blankların çapı və çoxaldılmasını işini yerinə yetirir. Bundan başqa şöbə dissertant və gənc tədqiqatçıların elmi-tədqiqatlarının nəticələrinin xarici ölkələrdə nəşri işinə köməklik göstərir. Eləcə də respublikamızın digər elm ocaqlarından və xarici ölkələrdən gələn elmi-tədqiqat işlərinin yekunu olan elmi məqalələr Ali Attestasiya Komissiyası tərəfindən qəbul edilmiş “Elmi Xəbərlər” jurnalında dərc olunur.

Gülnara Tohid qızı Cəfərova – şöbə müdiri

1962-ci ildə Gəncə şəhərində anadan olub. 1985-ci ildə Politexnik İnstitutunu bitirib, 1999-cu ildən Gəncə Dövlət Universitetinin Nəşriyyat şöbəsində müdir vəzifəsində çalışır.

Şəlalə Mahir qızı Hüseynova – operator

1979-cu ildə Gəncə şəhərində anadan olub. 2009-cu ildə Gəncə Dövlət Universitetinin İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasını bitirib. 1997-ci ildən Gəncə Dövlət Universitetinin nəşriyyat şöbəsində operator vəzifəsində işləyir.

Nizami Həsən oğlu Nəbiyev – operator

1951-ci ildə Goranboy rayonunun Qaramusalı kəndində anadan olub. 1976-cı ildə Gəncə Politexnik Texnikumunun “Elektron hesablama maşınları və cihazları” ixtisasını bitirmişdir. 1992-ci ildən Gəncə Dövlət Universitetində operator vəzifəsində çalışır.

Sevinc Rafiq qızı Hüseynova -inspektor

1976-cı ildə Gəncə şəhərində anadan olub.  1997-ci ildə Bakı Dövlət Universitetinin  Beynəlxalq  jurnalistika  ixtisasını bitirib. 2001-ci ildə Gəncə Dövlət Universitetinin Beynəlxalq Əlaqələr şöbəsində Baş metodist vəzifəsində işə başlayıb. 2015-ci ildən isə həmin universitetin Nəşriyyat şöbəsində İnspektor vəzifəsində işləyir.

Hüseynov Fərid Bəylər oğlu – operator

1985-ci ildə Rusiya Federasiyasının Krasnoyarsk vilayətinin Narils şəhərində anadan olub. 2015-ci ildə Gəncə Texniki Kollecin Nəqliyyat üzrə Gömrük Ekspertizası  ixtisasını bitirmişdir. 2014-cü ildən Gəncə Dövlət Universitetində işləyir.