Departament 2017-ci ildən fəaliyyət göstərir. Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamentinin nəzdində 5 yeni şöbə yaradılmışdır. Bunlar İnnovasiya texnologiyalarının transferi və marketinqi, Strateji təhlil, qiymətləndirmə və monitorinq, İnformasiya resurslarının formalaşması, Layihələrin idarə edilməsi şöbəsi və Əqli mülkiyyət şöbəsidir. Bundan əlavə rektorun müvafiq əmrinə əsasən İnformasiya Kommunikasiya Texnologiyaları, Beynəlxalq əlaqələr və Nəşriyyat şöbəsi də İnnovasiyalar Departamentinin tərkibinə daxil edilmişdir.
“Engage” layihəsi çərçivəsində “Startaplarda Estoniya Təcrübəsi” adlı təlim təşkil olunub
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlim proqramı təşkil edilib. Təlimdə universitetin akademik və inzibati heyəti, həmçinin tələbələr iştirak edib. Tədbirin başlanğıcında iştirakçılara ENGAGE layihəsinin məqsədləri, əsas fəaliyyət istiqamətləri və layihə çərçivəsində nəzərdə tutulan […]
“Engage” layihəsi çərçivəsində “İnnovasiyada İspaniya Təcrübəsi” adlı təlim təşkil olunub
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə kordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində universitet əməkdaşları üçün növbəti təlim sessiyası təşkil olunub. Təlim zamanı iştirakçılara ENGAGE layihəsinin məqsədləri, əsas fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə ətraflı məlumat təqdim edilib. Layihənin ali təhsil müəssisələrində […]
İnnovasiya və sahibkarlıq mövzusunda təlim təşkil olunub
Təlimin əvvəlində GDU-nun İnnovasiyalar Departamentinin əməkdaşı Razim Əliyev qeyd edib ki, Gəncə Dövlət Universiteti Mingəçevir Dövlət Universitetinin kordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsinin iştirakçısıdır. O, iştirakçılara layihə çərçivəsində görülmüş işlər haqqında məlumat verib. Bundan sonra “Enterprise Azerbaijan” portalının rəhbəri İsa Qasımov “Akademik sahibkarlıq əsaslı startap və inkubasiya […]
“Engage” layihəsi çərçivəsində “Sahibkarlıqda Portuqaliya Təcrübəsi” adlı təlim təşkil olunub
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti maarifləndirici təlim təşkil olunub. Təlimdə universitetin akademik və inzibati heyəti, eləcə də tələbələr iştirak edib. İştirakçılara ENGAGE layihəsinin əsas məqsədləri, fəaliyyət istiqamətləri və gözlənilən nəticələri barədə ətraflı məlumat […]
Engage layihəsinin məlumatlandırma günü təşkil edilib
Gəncə Dövlət Universitetinin tərəfdaş qismində iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti məlumatlandırma günü təşkil edilib. Tədbirin başlanğıcında layihənin işçi qrupunun üzvü Vasif Həsənov çıxş edərək iştirakçılara ENGAGE layihəsinin məqsədləri, əsas fəaliyyət istiqamətləri və layihə çərçivəsində nəzərdə tutulan tədbirlər barədə […]
“Engage” layihəsi çərçivəsində “İnnovasiyada İsveç Təcrübəsi” adlı təlim təşkil olunub
Gəncə Dövlət Universitetinin tərəfdaş kimi iştirak etdiyi, Mingəçevir Dövlət Universitetinin isə koordinatorluğunu həyata keçirdiyi, Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan ali təhsil müəssisələrində davamlı sahibkarlıq ekosisteminin gücləndirilməsi” (ENGAGE) Erasmus+ layihəsi çərçivəsində növbəti təlim sessiyaları təşkil olunub. Təlimlərdə universitetin professor-müəllim heyəti, inzibati əməkdaşlar və tələbələr iştirak edib. Tədbirin əvvəlində iştirakçılara ENGAGE layihəsinin əsas məqsədləri, fəaliyyət planı və […]
A MEMORANDUM HAD BEEN SIGNED ON THE DEVELOPMENT OF COOPERATION IN THE FIELD OF MEDIATION
Yusif Yusibov, Rector of Ganja State University, met with Gasim Shaliyev, Director of Baku Mediation Organization No. 15. Administrative staff of the University Vice-Rector for Educational Affairs Shahin Khurshudov, Director of the Department of Innovations Vasif Hasanov, and Director of the Mediation Center of the University Ruslan Mammadov also attended to this meeting. Rector […]
Students who enrolled In the medIatIon course successfully completed the program
The course on mediation for the second intake offered within the framework of the Erasmus+ program of MEDIATS (Mediation: Training and Society Transformation) project has been finished. 6 out of 10 students who enrolled in the mediation course successfully completed the program. Participants first attended a 3-month intensive course which included subjects such as introduction […]
GANJA STATE UNIVERSITY ORGANIZED THE INTERNATIONAL HIGHLIGHT EVENT DUE TO EU FUNDED MEDIATS PROJECT
05-06 of November 2022 GSU Project team members organized the International Highlight Event in Ganja due to EU funded MEDIATS Project where the dissemination and promotion of mediation values and its transformation to the Society performed to the broader audience due to a hybrid seminar. Regarding the program activities the project partners Prof. Jan Van […]
GSU STAFF ATTENDED TO THE WORKSHOP ON HOW TO PREPARE FINAL REPORTS FOR EU FUNDED MEDIATS PROJECT
30-31 October 2022 due to the EU-funded Erasmus plus “MEDIATS” Mediation: Training and Society Transformation project, the staff of GSU: Vasif Hasanov, the Director of Department of Innovations and Ruslan Mammadov, Head of International Relations Office, Asif Hasanov, Head of ICT Office and Razim Aliyev, Head of Innovation Transfer Technology Office had been attended to […]
GSU STAFF ATTENDED THE INTERNATIONAL HIGHLIGHT EVENT DUE EU FUNDED MEDIATS PROJECT
26-28 October, 2022 due to the EU funded Erasmus plus MEDIATS Project International Highlight Event on dissemination and promotion of mediation values had been organized in Tbilisi, the Republic of Georgia. According to the ongoing work package of EU funded Erasmus plus MEDIATS project, 4 staff members of our University Vasif Hasanov, the Director of […]
GDU əməkdaşları MEDIATS Layihəsi çərçivəsində Dayanıqlılıq üzrə təlimdə və idarəetmə iclasında iştirak ediblər
20-23 oktyabr 2022-ci il tarixlərində Almaniyanın Berlin şəhərində Avropa İttifaqının “Eramus Plus“ proqramının MEDİATS: Təlimin və Cəmiyyətin transformasiyası” layihəsi çərçivəsində Dayanıqlılıq üzrə təlim və layihə idarəetmə görüşü təşkil olundu. “MEDİATS” layihəsinin davam edən iş paketinə uyğun olaraq beynəlxalq tədbirdə Universitetimizin 2 əməkdaşı, İnnovasiyalar departamentinin direktoru Vasif Həsənov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov iştirak […]
Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamenti elmi-tədqiqat işlərinə investisiyaların cəlb olunması, bu istiqamətdə sərmayə yatıran özəl sektora müəyyən güzəştlərin edilməsi və əlverişli mühitin yaradılması yolu ilə strateji hədəflərə nail olmaq üçün bilik iqtisadiyyatına öz töhfələrini verəcəkdir.
Elm və texnologiyaların inkişafı istənilən ölkə və ya cəmiyyətin tərəqqisinin əsasını təşkil edir. Azərbaycan elminin dünyada baş verən elmi-texnoloji proseslərdə öncül mövqe tutması üçün yüksək texnologiyalar və innovasiya siyasətinə diqqət yetirilməsi vacib məsələdir. Prioritet elmi istiqamətlərdə tədqiqatların aparılması üçün universitetin çoxillik zəngin təcrübəsi, alim və mütəxəssisləri, mühüm elmi nailiyyətləri var. Universitetində innovasiya fəaliyyətinin effektiv mexanizminin qurulması istiqamətində dünya təcrübəsi öyrənilir, elmi-tədqiqat işlərinin istehsalata transfer edilməsi üçün müvafiq islahatlar aparılır.
Rektorun müvafiq əmri ilə İnnovasiyalar Departamentinin yaradılması elmi ictimaiyyətdə çox önəmli bir strateji missiya kimi qəbul edilir. Departament iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini artırmaq məqsədini daşıyır. Departamentin nəzdində xarici və daxili infrastrukturun yaradılması və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsi nəzərdə tutulur. İnnovativ layihələrin icra edilməsi üçün sınaq-ekspertiza prototiplərinin hazırlanması, elmin kommersiyalaşdırılması fəaliyyətlərinin beynəlxalq əməkdaşlıq və qrant proqramları ilə əlaqələndirilməsi, o cümlədən potensial donorların cəlb edilməsi məsələləri xüsusi əhəmiyyət daşıyır.
İnnovasiyalar Departamentinin fəaliyyətinə Azərbaycan istehsalı olan ixrac potensiallı yüksək texnologiya məhsullarının hazırlanması məqsədi ilə ideya və layihə müəlliflərinin cəlb edilməsi və onların hazırladıqları layihələrin istehsalata tətbiq edilməsinə dəstək verəcək mexanizmlərin qurulması daxildir. Bundan sonra GDU özünün dövlət büdcəsindəki xərc yükünü azaltmaqla, ölkədən valyuta axınının qarşısının alınmasında, o cümlədən kiçik və orta sahibkarlığın inkişaf etdirilməsində və iqtisadiyyatın diversifikasiya edilməsində öz rolunu artıra biləcək. Beləliklə, Departament ən qısa zaman ərzində elm və yüksək texnologiyalar mərkəzinə çevriləcəkdir.
İnnovasiyalar Departamenti milli iqtisadiyyatın neftdən asılılığını azaltmaq, idxal əvəzləyici sektorları inkişaf etdirmək, ixrac bazarlarında rəqabət üstünlükləri əldə etmək və digər strateji hədəflərə nail olmaq üçün kifayət qədər geniş perspektivlərə malikdir. Belə ki, qeyri-neft sektorları üzrə ideya və biliklərin dəstəklənməsi ilə resurs asılılığının azaldılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi istiqamətində Departament startaplara və özəl şirkətlərə əlverişli mühit yaradacaq. Rəqabətədavamlı bazar subyektlərinin yaradılması və idxal əvəzləyici sektorların formalaşdırılması, özəl şirkətlərə stimullaşdırıcı şərait yaratmaqla ixracmeyilli sektorlar üçün rəqabət üstünlüklərinin qazandırılması, bu istiqamətdə beynəlxalq əməkdaşlıq imkanlarından istifadə üçün İnnovasiyalar Departamentində bütün lazımi infrastruktur şəraiti yaradılmaqdadır.
İnnovasiya siyasəti və strategiyasının hazırlanması üzrə fəaliyyət göstərən İnnovasiyalar Departamenti yalnız GDU-da deyil, ümumilikdə ölkədə işlənib hazırlanan və kommersiyalaşdırıla biləcək layihələrin tətbiqi üzrə işlər həyata keçirir. İnnovasiyalar Departamenti elm-sənaye əlaqələrinin qurulmasının ən mühüm həlqəsi kimi kommersiyalaşdırma və texnologiyaların transferi funksiyasını icra etməkdədir.
İnnovasiyalar Departamenti çox mühüm tapşırıqların icra olunması və elm-istehsalat-dövlət zəncirinin tam formalaşması üçün əlverişli zəmin yaradır. Nəzərdə tutulduğu kimi innovativ layihələrin dəstəklənməsi, elmin kommersiyalaşdırılması funksiyalarını həyata keçirəcək. İnnovasiyalar Departamentinin milli iqtisadiyyatda rolu günün tələblərinə cavab verdiyindən burada həm sahibkarların təklifləri əsasında elmi-tədqiqat, təcrübə-konstruktor və tədqiqat-inkişaf layihələri icra edilə bilər, həm də ideya müəlliflərinin öz təklifləri əsasında innovasiya yönümlü layihələr hazırlanaraq istehsalata transfer edilə bilər. Müasir infrastruktura malik İnnovasiyalar Departamentində icra ediləcək layihələr rəqabətqabiliyyətliliyi, ixrac potensiallı və idxal əvəzləyici funksiyaları ilə seçiləcək. Əminliklə demək olar ki, Gəncə Dövlət Universitetinin İnnovasiyalar Departamenti Azərbaycan elminin innovativ yüksək texnologiya məhsullarının hazırlanmasına əlverişli mühit formalaşdıracaq.
Telefon: (+99422) 256-01-56, e-mail: innovation@gdu.edu.az
Departamentin direktoru – Vasif İlkan oğlu Həsənov

1985-ci ildə Gəncə şəhərində anadan olub. 2005-ci ildə Gəncə Dövlət Universitetinin Riyaziyyat-informatika fakültəsinin riyaziyyat və informatika ixtisasını fərqlənmə diplomu ilə bitirib.
2002-ci ildə Cisco Networking Akademiyasının “IT Essentials I – Hardware and software” və “IT Essentials II – Network Operation Systrems” sertifikatlarını əldə edib.
2010-cu ildə Gəncə Dövlət Universitetinin Cəbr və həndəsə kafedrasına həndəsə ixtisasının magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib.
2012-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının İdarəetmə Sistemləri İnstitutunun 3338.01 – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktoranturaya qəbul olub, hazırda texnika üzrə fəlsəfə doktoru elmi dərəci almaq üçün dissertasiya işini müdafiəyə təqdim etmişdir.
Bir çox yerli və beynəlxalq konfransların iştirakçısı olub, 20-yə yaxın məqaləsi yerli və beynəlxalq nüfuzlu jurnallarda dərc edilib. 2 məqaləsi Web of Science bazasına daxil olan yüksək impakt faktorlu jurnalda dərc edilib.
2017-ci ildə Azad Həmkarlar Konfederasiyasının təşkil etdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibi olmuş, müvafiq fəxri fərman və döş nişanı ilə təltif edilmişdir.
2007-ci ildən Gəncə Dövlət Universitetində İnformatika kafedrasında müəllim işləyir, hal-hazırda həmin kafedranın baş müəllimidir. 2017-ci ildən İnnovasiyalar Departamentinin direktoru vəzifəsində çalışır.Text content
