“YÜKSƏLİŞ” qəzetinin redaksiyası

2018-ci ildə 50 yaşı tamam olan “Yüksəliş” qəzetinin redaksiyası 1968-ci ildən fəaliyyətə başlamışdır. 1971-ci ildən redaksiyaya yazıçı-jurnalist Qərib Mehdi rəhbərlik edir.

Redaksiya keyfiyyətli kadr hazırlığı sahəsində rektorluğun ən yaxın köməkçilərindən biridir. Qəzet özünün professional səviyyəsinə görə seçilir. “Yüksəliş”də çap olunan formaca rəngarəng, məzmunca aktual yazılar geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Redaksiya əməkdaşları Universitetdə tədris, elm və ictimai həyatın bütün sahələrini yüksək səviyyədə işıqlandırdığına görə dəfələrlə rektorluğun Fəxri fərman, təşəkkür və mükafatlarına layiq görülmüşdür.

Ümbülbanu Əvəz qızı Hacıyeva  – qəzetin baş redaktoru

1962-ci ildə Gəncə şəhərində anadan olub. 1985-ci ildə Kirovabad Dövlət Pedaqoji İnstitutunu (indiki Gəncə Dövlət Universitetini) bitirib. 2011-ci ildən Gəncə Dövlət Universitetində çalışır. Tanınmış yazıçı-publisistdir. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Prezident mükafatçısı (2018-ci il), “Qızıl qələm” mükafatı laureatı, 10 kitabın müəllifidir. 50-dək elmi-bədii kitabın redaktorudur. Əsərləri müxtəlif xarici dillərə tərcümə edilib. 2026-cı il ilin mart ayından “Yüksəliş” qəzetinin baş redaktoru vəzifəsində çalışır.


Firəngiz İdris qızı İsmayılova – qəzetin müxbiri

1953-cü ildə Ağstafa rayonunda anadan olub. 1976-cı ildə Bakı Dövlət Universitetini bitirib. 1980-ci ildən universitetdə çalışır. Tənqidçi-publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. 1980-ci ildən “Yüksəliş” qəzeti redaksiyasında çalışır. Yerli və mərkəzi mətbuatda müasir ədəbi proseslə bağlı publisistik məqalələrlə müntəzəm çıxış edir. 30-dək bədii kitabın redaktorudur. “Yüksəliş” qəzetinin redaksiyası nəzdində təşkil olunmuş “Gəncliyin səsi” ədəbi birliyinin rəhbəri və birliyin üzvlərinin əsərlərindən ibarət “Gəncliyin səsi”almanaxının (4 sayı çap olunub) redaktorudur.


Coşqun Mehralı oğlu Əliyev – redaksiyanın fotoqrafı

1986-cı ildə Gəncə şəhərində anadan olub. 2015-ci ildən universitetdə çalışır. “Yüksəliş” qəzetinin redaksiyasında fotomüxbir kimi çalışmaqla yanaşı, universitetdə foto-şəkillə bağlı bütün işləri layiqincə yerinə yetirir.