Keyfiyyətin Təminatı Mərkəzi

Bu gün ölkəmizdə davamlı inkişafa nail olmaq üçün önəmli və vacib addımlar atılmaqdadır. Burada məqsəd Azərbaycan vətəndaşının sosial-iqtisadi həyatında baş verən müsbət dəyişikliklərə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün isə, insan kapitalının inkişafını, şəxslərin bilik və bacarıqlara yiyələnməsi üçün çalışılır. Eləcə də Qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşmaq, iqtisadiyyatı inkişaf etdirmək, əhalinin həyat səviyyəsini yüksəldilməsi prosesində təhsil sahəsində yaranan yeniliklərdən və innovasiyalardan istifadə vacib sayılır. Bu məsələlərin həlli üçün Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sarəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” yaradılıb.

“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən, insan kapitalının inkişafı iqtisadiyyatın qlobal sistemə uğurlu inteqrasiyası və ölkənin beynəlxalq rəqabətdən daha effektli faydalanması prosesində ən mühüm işlərdən olub, ölkənin təhsil sisteminin başlıca vəzifəsini özündə əks etdirir. Strategiyada təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblərdə təhsil sistemi anlayışına baxışı da yeniləmişdir. Ona görə də, insan fəaliyyətinin bütün sahələrində olduğu kimi təhsildə də keyfiyyət məsələsini yüksəltmək ön plana çıxır.

Keyfiyyət anlayışı isə özü-özlüyündə müxtəlif yanaşmaları əks etdirir. Yəni fəlsəfədə də deyildiyi kimi, əşyanı, hadisəni və ya prosesi, onun başqa şey deyil, məhz özü olduğunu müəyyənləşdirən xüsusiyyətə keyfiyyət deyilir. Bu mənada keyfiyyəti bir şeyin dəyərlilik, yararlılıq, ləyaqət dərəcəsi kimi anlaya bilərik. Lakin gündəlik həyatda, keyfiyyət, əşyalar, məhsullar və təcrübələri ən dəqiq təsvir edən və müəyyənləşdirən xüsusiyyətlərə aid edilir. Bir sözlə keyfiyyət yüksək standartlara malik olmaqdır, fərqli, istisna xüsusiyyətdir. Keyfiyyət bir prosesi ehtiva etdiyi üçün, bu baxımdan keyfiyyətin artırılması konsepsiyası keyfiyyətin təminatı və ya keyfiyyətə nəzarətdən daha vacibdir.

Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Keyfiyyətin Təminatı Mərkəzi Avropa Komissiyasının Erasmus+ KA2 proqramının Azərbaycan Universitetlərində Keyfiyyətə Nəzarət Mərkəzlərinin Yaradılması və İnkişafı (EQAC) layihəsi çərçivəsində yaradılmışdır.

Keyfiyyətin Təminatı Mərkəzinin yaradılmasının əsas məqsədi Gəncə Dövlət Universitetində qabaqcıl beynəlxalq təcrübə əsasında təhsilin pillələri və səviyyələri üzrə keyfiyyət standartları və göstəricilərinin hazırlanması, təhsilin keyfiyyətinin təminatı üzrə yeni sistemin yaradılması, keyfiyyətin yaxşılaşdırılması üçün stimullaşdırma mexanizmlərinin, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin yaradılması və tətbiqi, təhsil müəssisələrində keyfiyyətin monitorinqi (xarici va daxili) və qiymətləndirmə mexanizmlərinin yaradılmasından ibarətdir.


Keyfiyyətin Təminatı Mərkəzinin müdiri

Tarix üzrə fəlsəfə doktoru, baş müəllim

İsmayıl Akif oğlu İsmayılov

QISA BİOQRAFİK MƏLUMAT 

  • 15 yanvar 1981-ci ildə Yevlax rayonunun Tanrıqulular kəndində ziyalı ailəsində anadan olub. Ailəlidir, 2 övladı var. 2004-cü ildən YAP-ın üzvüdür.

TƏHSİLİ, ELMİ DƏRƏCƏSİ VƏ ELMİ ADLARI

  • 1998-ci ildə Gəncə şəhəri, Mirzə Ələkbər Sabir adına 5 saylı orta məktəbi bitirib.
  • 2002-ci ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin Tarix ixtisası üzrə bakalavr pilləsini bitirib.
  • 2004-cü ildə Gəncə Dövlət Universitetinin Magistaturasının “Azərbaycanın yeni və ən yeni tarixi” ixtisasını fərqlənmə ilə bitirib.
  • 2004-2007-cü illərdə Gəncə Dövlət Universitetində 07.00.02 “Vətən” tarixi ixtisası üzrə aspiranturanı bitirib.
  • 2017-ci ildə Tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

ƏMƏK FƏALİYYƏTİ

  • 2004-2007-cü illərdə Gəncə Dövlət Universiteti, aspirant.
  • 2009-2020-ci illərdə Gəncə Dövlət Universiteti, Ümumi tarix kafedrası müəllim.
  • 2010-2013-cü illərdə Gəncə Dövlət Universiteti, elmi pedaqoji kadrların hazırlanması üzrə inspektor, Doktorantura şöbəsinin müdiri.
  • 2013-2014-ci illərdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, baş təlimatçı.
  • 2014-2018-ci illərdə Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatı, Təşkilat şöbəsinin müdiri, Aparat rəhbəri.
  • 2014-2019-ci illərdə Gəncə şəhəri Nizami Bələdiyyəsi, üzv, Ekologiya bölməsinin rəhbəri.
  • 2020-2022-ci illərdə Gəncə Dövlət Universiteti, Ümumi tarix kafedrası, baş müəllim.
  • 2022-ci ildən Gəncə Dövlət Universiteti, Keyfiyyətin Təminatı Mərkəzi, müdir.

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • Azərbaycanşünaslığın aktual problemləri. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş II Beynəlxalq elmi konfransı. BSU., GDU, Bakı-Gəncə, 4-7 may, 2011.
  • International Symposium Folklore and Linguo-Culturologiya of the Caucasian Peoples. Tbilisi, 2012.
  • Azərbaycan xalqının Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90- illiyinə həsr edilmiş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı. Qafqaz Universiteti. Bakı, 25-26-Aprel 2013.
  • III Международная заочная конференция «Развитие науки в XXI веке». Харков, Украина, 13.06.2015-г.г..
  • “Qafqaz tarixinin aktual məsələləri”, Beynəlxalq Konfrans. GDU, Gəncə, Azərbaycan, 15-16 oktyabr 2015.
  •  İnternational scientific conference “Currnet issues and problems of sosial sciences”. Kielce: Holy Cross University, Republic of Poland. June 28-30/ 2016.
  • International Conference “Humanitarian and Socio Economic Sciences”. University of Barcelona, Humboldt University of Berlin and Open European Academy of Public Sciences. Barcelona, Spain. 14 june 2018.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • Азербайджан – Россия: международные связи (1991-2008 г.г.): политикоправовой аспект «Пробелы в российском законадательстве». Юридический журнал. № 3, Moсквa, 2009, с. 198 – 201.
  • Azerbaijan SSR and humanitarian connections between USA the 20 centurıes in 1980. Georgian foundation for development of scıences and socıety. İnternational scıentific journal, 2 (37). Tblisi, 2010, səh.58 – 60.
  • The international relations and the role of humanitarian potentials of Azerbaijan SSR in the protection of peace. Telavi State University. TRANSACTİONS # 1, 2010, s. 49-65.
  • Art of Azerbaijan in the 80 years of the twentieth century. Гилея (научной вестник), Национальный Педогогический Университет им. М.П. Драгоманова, Академия Наук Украйны, Киев, 2014, Выпуск 81 (№2), с.148-152.
  • “Creation of a human being and the history of its development period” «Sciences of Europe» (The European scientific community) VOL 2, No 1 (1) (2016). The journal is registered and published in Praha, Czech Repub. P, 102-105
  • “İslam dininin meydana çıxdığı Ərəb Yarımadasının tarixi coğrafi mövqeyi”, Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası №3, Gəncə, 2018, səh. 241-247
  • “İnsan və cəmiyyətin inkişaf tarixində dinin rolu”, Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası №3 Gəncə, 2019, səh. 129-137 
  • “SSRİ – Türkiyə münasibətlərinin yaranmasının ilk mərhələsi”, Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası №3, Gəncə, 2020, səh. 60-70.
  • “İkinci Dünya Müharibəsi dövründə SSRİ-Türkiyə münasibətləri”, Gəncə Dövlət Universiteti, Elmi Xəbərlər, Fundamental, humanitar və təbiət elmləri seriyası №2, Gəncə, 2021, səh. 71-82.