Fəxri Doktorlar

VAYRA VİKE-FREYBERQA


Latviyanın keçmiş prezidenti, VVF Consulting İdarə Heyətinin sədri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, GDU-nun Fəxri Doktoru
• 1937-ci il dekabrın 1-də Latviyanın paytaxtı Riqa şəhərində anadan olub.
• 1944-cü ildə ailəsi ilə Almaniyaya köçüb. İbtidai təhsilini Lüberkdəki (Almaniya) qaçqın düşərgəsində Latviya məktəbində almışdır.
• 1949-cu ildə ailəsi Mərakeşə köçdükdən sonra təhsilini Kasablankada (Mərakeş) fransız qızlar gimnaziyasında davam etdirmişdir.
• 1958-ci ildə Toronto Universitetində Viktoriya Kollecində bakalavr dərəcəsi almışdır.
• 1960-cı ildə Toronto Universitetində psixologiya üzrə magistr dərəcəsi almışdır.
• 1960-1961-ci illərdə Torontoda Psixiatriya Xəstəxanasında klinik psixoloq işləmişdir.
• 1965-ci ildə McGill Universitetində eksperimental psixologiya üzrə doktorluq dərəcəsi almışdır.
• 1965-1998-ci illərdə Monreal Universitetində çalışmışdır.
• 1998-1999-cu illərdə Latviya İnstitutuna rəhbərlik etmişdir.
• 1999-cu və 2003-cü illərdə iki dəfə Latviya Respublikasının prezidenti seçilmişdir.
• 2006-cı ildə BMT baş katibi vəzifəsinə rəsmi namizəd olmuşdur.
• 2007-ci ildə VVF Consulting İdarə Heyətinin sədri seçilmişdir.
• 2012-ci il 26 sentyabr tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.
• 2015-ci ildə Azərbaycan Respubliksaı Prezidenti tərəfindən “Dostluq” ordeninə və 2022-ci ildə “Azərbaycan Respubliksı Prezidentinin fəxri diplomu”na layiq
görülmüşdür.


ROZA OTUNBAYEVA


Qırğızıstanın keçmiş prezidenti, GDUnun Fəxri Doktoru
• 1950-ci ildə avqustun 23-də Qırğızıstanın Frunze şəhərində (Bişkek) anadan olmuşdur.
• 1972-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
• 1975-ci ildə fəlsəfə elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və alimlik dərəcəsi almışdır
• 1975-ci ildə Qırğızıstan Dövlət Universitetində Dialektik materializm kafedrasının müdiri vəzifəsində çalışmışdır.
• 1986-cı ildə Otunbayeva xarici işlər naziri – Qırğızıstan SSR Nazirlər Soveti sədrinin müavini təyin edilmişdir.
• 1989-1992-ci illərdə SSRİ Xarici İşlər Nazirliyində məsul katib, UNESCO üzrə SSRİ Komissiyasının sədri, SSRİ Xarici İşlər Nazirliyinin kollegiyasının üzvü vəzifələrində çalışmışdır.
• 1992-ci ildə Qırğızıstan Respublikasının baş nazirinin müavini, Xarici İşlər Naziri olmuşdur.
• 2009-2010-cu illərdə Qırğızıstan Sosial Demokrat Partiyasının fraksiyasının rəhbəri vəzifəsini icra etmişdir.
• 2010-2011-ci illərdə Qırğız Respublikasının Prezidenti olmuşdur.
• 2012-ci ildə Gəncə Dövlət Universitetinin Fəxri Doktoru seçilmişdir.


VALDİS ZATLERS

Latviyanın keçmiş prezidenti, Latviya Seyminin üzvü, GDU-nun Fəxri Doktoru
• 1955-ci ildə Latviyanın paytaxtı Riqa şəhərində anadan olmuşdur.
• 1979-cu ildə Riqa Tibb İnstitutunu bitirmişdir.
• 1985-ci ildə 2-ci Riqa Xəstəxanasında travmatologiya şöbəsinin rəhbəri olmuşdur.
• 1994-cü ildə Travmatologiya və Ortopediya üzrə Riqa Klinikasının baş həkimi olmuşdur.
• 2007-2011-ci illərdə Latviyanın prezidenti olmuşdur.
• 2011-ci il iyulun 23-də Zatlers İslahatlar Partiyasının Təsis Qurultayı keçirilmiş və onun rəhbəri seçilmişdir.
• 2013-cü il 5 may tarixdə Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.


İSMAYIL SERAGƏLDİN


İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, GDU-nun Fəxri Doktoru
• 1944-cü ildə Misir Ərəb Respublikasının Giza şəhərində anadan olmuşdur.
• 1972-ci ildə Harvard Universitetinin fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
• 1992-2000-ci illərdə Dünya Bankının vitseprezidenti olmuşdur.
• 1994-2000-ci illərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları üzrə məsləhətçi qrupunun sədri olmuşdur.
• 1995-2000-ci illərdə Parisin Fransa Kollecində Beynəlxalq Yoxsulluq Əleyhinə Bilik qurumunun professoru olmuşdur.
• Hollandiyanın Vageningen Universitetinin professorudur.
• 1996-2000-ci illərdə Qlobal Su Əməkdaşlığının Yoxsullara Yardım üzrə məsləhətçi qrupun təsisçisi və sabiq rəhbəri olmuşdur.
• 2006-cı ildən Afrika Birliyinin Biotexnologiya üzrə ali səviyyəli qruplarının həmsədridir.
• 2012-2013-cü illərdə Elm, Texnologiya və İnnovasiyalar üzrə Afrika Birliyinin həmsədridir.
• 2016-cı il 11 dekabr tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.
• Azərbaycan Respublikasının “Dostluq” ordeni ilə təltif edilmişdir.


BABANLI MƏHƏMMƏD BABA OĞLU


AMEA-nın müxbir üzvü, AMEA Kataliz və Qeyriüzvi Kimya İnstitutunun icraçı direktoru, GDU-unun Fəxri doktoru
• 1952-ci ildə Saatlı rayonunda müəllim ailəsində anadan olmuşdur.
• 1968-ci ildə Ağstafa şəhərində orta məktəbi medalla bitirmiş və Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olmuşdur.
• 1973-cü ildə Bakı Dövlət Universitetinin Kimya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.
• 1974-1977-ci illərdə BDU-nun Fiziki və kolloid kimya aspirantı olmuşdur.
• 1977-ci ildə Belarusiya Dövlət Universitetində “Tl2CVI-BIII2CVI3 (BIII-Ga, In; CVI-S, Se, Te) sistemlərinin faza tarazlıqları və termodinamik xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.
• 1986-ci ildə dosent elmi adı almışdır.
• 1988-ci ildə Moskva Dövlət Universitetində “Talliumun üçkomponentli xalkogenidlərinin alınmasının fiziki-kimyəvi əsasları və termodinamikası” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.
• 1990-cı ildə professor elmi adı almışdır.
• 1992-1994-cü illərdə Bakı Dövlət Universitetinin axşam və qiyabi təhsil üzrə prorektoru vəzifəsində çalışmışdır.
• 1994-2005-ci illərdə BDU-nun Ümumi və Qeyri-üzvi kimya kafedrasının müdiri vəzifəsində işləmişdir, hazırda həmin kafedranın professorudur.
• 2014-cü ildən AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutuna elmi işlər üzrə direktor müavini təyin olunmuşdur və həmin ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Hazırda AMEA Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun icraçı direktorudur.
• Məhəmməd Babanlının elmi rəhbərliyi ilə 4 kimya elmləri doktoru, 40- dan çox kimya üzrə fəlsəfə doktoru hazırlanıb.
• Alimin ən mühüm elmi nailiyyətləri mürəkkəb qeyri-üzvi sistemlərin faza tarazlığının və termodinamik xassələrinin kompleks tədqiqi üçün yeni rasional yanaşma təklif etməsi, onun nəzəri əsaslarını və metodoloji aspektlərini işləyib hazırlaması və geniş şəkildə reallaşdıraraq, funksional xassələrə malik çoxlu sayda yeni fazaların məqsədyönlü axtarışının, istiqamətli sintezinin elmi əsaslarını işləməsi ilə bağlıdır.
Professor M.Babanlı 4 monoqrafiya, 12 dərslik və dərs vəsaiti, 550-dən artıq məqalə və 5 patentin müəllifidir. Elmi məqalələrinin 300-dən çoxu “Web of Science” bazasında indekslənən yüksək impakt faktorlu beynəlxalq jurnallarda çap edilmişdir, onlara 5000-ə yaxın istinad olunmuşdur. O, 2016-cı ildə “Clarivate Analytics” beynəlxalq elmi-analitik informasiya şirkəti tərəfindən “Ən çox istinad olunan görkəmli elmi məqalə”yə görə diploma layiq görülmüş və Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən keçirilən “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur. 2011-ci ildə Rusiya Elmlər Akademiyasının (REA) jurnallarında çap olunmuş elmi əsərlər seriyasına görə REA Rəyasət Heyətinin mükafatı və diplomu ilə, 2015-ci ildə isə “Fiziki kimyəvi analizin inkişafında və yeni funksional materialların alınmasında böyük xidmətlərinə görə” REA-nın Kurnakov medalı və diplomu ilə təltif edilmişdir.
• 2017-ci il 6 fevral tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilib


BİLAL BİLALOV


AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyri-harmonik analiz şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, GDUnun Fəxri Doktoru
• 1963-cü il yanvar ayının 2-də Qazax rayonunun Fərəhli kəndində anadan olmuşdur.
• 1986-cı ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Tətbiqi riyaziyyat fakültəsini bitirmişdir.
• 1986–1989-cu illərdə MDU-nun əyani aspirant olmuşdur.
• 1989-cu ildə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsi almaq üçün MDU-də akademik Y. İ. Moiseyevin rəhbərliyi altında “Bəzi xüsusi sistemlərin tamlığı və bazisliyi” mövzusunda dissertasiyanı müdafiə etmişdir.
• 1990–1993-cü illərdə Azərbaycan Texnologiyaları İnstitutunda assistent vəzifəsində çalışmışdır.
• 1993–1996-cı illərdə MDU-da doktoranturaya qəbul olmuş və orada 1996-cı ildə “Üstlü sistemlərin bazislik xassələri və onların ümumiləşmələri” mövzusunda fizikariyaziyyat elmləri doktoru elmi dərəcəsini almaq üçün doktorluq dissertasiyasını
müdafiə etmişdir.
• 1996-cı ildən AMEA Riyaziyyat və Mexanika İnstitutunda böyük elmi işçi, baş elmi işçi işləmişdir.
• 2002-ci ildən indiyə kimi AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun Qeyriharmonik analiz” şöbəsinin müdiridir.
• 2009-cu ildən professor, 2014-cü ildən AMEA-nın müxbir üzvüdür.
• 2017-ci il 6 fevral tarixində Gəncə Dövlət Universitetinin Elmi Şurasının qərarı ilə “Fəxri Doktor“ diplomu təqdim edilmişdir.