MƏRKƏZLƏŞDİRİLMİŞ TƏHSİL İDARƏETMƏ SİSTEMİ – EDUMAN
Biliklərə əsaslanmış iqtisadiyyatın təşəkkül tapdığı şəraitdə informasiya və kommunikasiya texnologiyalarının (İKT) inkişafı ölkənin intellektual və elmi potensialının vacib göstəricilərindən biridir. İKT-nin təhsildə tətbiqi və inteqrasiyası Azərbaycan vətəndaşlarının müasir biliklərə və bacarıqlara malik olan yeni nəslinin formalaşmasına birbaşa təsir edən yüksək mahiyyətli məsələdir.
“Mərkəzləşdirilmiş Təhsil İdarəetmə (bundan sonra Eduman) Sistemi”ndə təhsil müəssisəsinin strukturu, müəssisədə təhsil alan tələbə, məzun və işləyən işçi heyəti, qruplar və fənlər, universitetdə mövcud olan tədris planları, dərs cədvəli və təqvim planları haqqında bütün məlumatlar saxlanılır. Burada müəssisə inzibatçıları sistemdə olan bu məlumatları idarə edə bilər. Sistemin əsas məqsədi – ali təhsil müəssisəsində olan bütün məlumatları və müəssisə daxilində olan bir çox idarəetmə proseslərini vahid bir bazada saxlamaqdır.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi məqsədi ilə Gəncə Dövlət Universiteti ilə “Ultra Technologies” MMC arasında bağlanmış müqavilə əsasında universitetdə EDUMAN proqram təminatının tətbiqinə başlanmışdır. Bunun üçün zəruri texniki məsələlər həllini tapmışdır.
EDUMAN Sistemi, veb əsaslı texnologiyalar əsasında qurulduğu üçün istənilən kompüterdən həm daxili şəbəkə vasitəsi ilə, həm də internet şəbəkəsi vasitəsi ilə məlumatların ötürülməsi, dərs cədvəllərinin qurulması, müəllimlərə aid olan planların hazırlanması, təşkilati strukturda aparılan düzəlişlərin əlavə edilməsi, müxtəlif ölçüdə hesabatların hazırlanması kimi üstün imkanlara malikdir.
EDUMAN proqram təminatının tətbiqi ilə əlaqədar sistemə məlumatlar modullara uyğun olaraq daxil edilir.
EDUMAN proqram təminatının universitetdə tətbiqinin üstünlükləri
- Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi
- Elektron təhsil (e-Learning) resursları bazasının yaradılması və tədris prosesinə inteqrasiyası
- Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması
- Tələbələrin məlumat əldə etməsini asanlaşdırmaq məqsədi ilə elektron vasitələrin imkanlarından istifadə etmək
- Tələbələrin attestasiyasına dair elektron məlumat bazasını yaratmaq, yeniləmək və ondan səmərəli istifadə etmək
- Universitetdə tədris planlarının, tədris materiallarının, təqvim planlarının (sillabusların), dərs cədvəllərinin elektronlaşdırılması professor-müəllim heyyətinin və tələbələrin elektron qaydada məlumatlandırılması
EDUMAN sistemində mövcud olan Modullar
- Tələbələr modulu
- Arxiv modulu
- Əməkdaşlar modulu
- Təşkilati struktur
- Fənn üzrə qrup modulu
- Fənn üzrə yarımqrup modulu
- Akademik qrup modulu
- Fənn kataloqu modulu
- Akademik təqvim modulu
- Təqvim planı modulu
- Tədris planı modulu
- Dərs cədvəli modulu
- Elektron jurnal modulu
- İstifadəçilər modulu
- Soraqça modulu
- Axtarış modulu
- Hesabat modulu
- Qaydalar modulu
- Xəbərlər modulu
- Elanlar
- Sənəd şablonları modulu
- Müəllim və tələbə kabineti
EDUMAN sisteminin funksionalliğina nəzarət
Sistemin fəaliyyətinə ümumi nəzarət İnformasiya resurslarının formalaşması şöbəsi tərəfindən həyata keçirilir. Şöbənin müdiri dos. Aynur Ramazan qızı Qasımova universitet üzrə Sistem Administratoru funksiyalarını icra edir və aşağıdakı vəzifələri yerinə yetirir:
- Universitet üzrə vahid informasiya sisteminin ( elektron jurnal, akademik idarəetmə sistemi və digər platformalar) qurulması, konfiqurasiyası və mərkəzləşdirilmiş idarə olunmasının təmin edilməsi;
- İstifadəçi rollarının və səlahiyyət səviyyələrinin ümumi struktur üzrə tənzimlənməsi və nəzarətdə saxlanılması;
- Məlumat təhlükəsizliyi siyasətinin hazırlanması, məlumatların qorunması, ehtiyat nüsxələrinin çıxarılması və fövqəladə hallarda bərpa mexanizmlərinin təşkili;
- Tədrisin elektron idarə olunması üzrə məlumat bazasının yaradılması və idarə edilməsi.
- Elektron tədris sisteminin (elektron jurnal, elektron sənəd dövriyyəsi və akademik idarəetmə platforması) fasiləsiz işinin təmin edilməsi və texniki müşayiəti;
- Elektron məlumat bazasında saxlanılan tədris məlumatlarının strukturlaşdırılması, yenilənməsi, arxivləşdirilməsi və ehtiyat nüsxələrinin mütəmadi çıxarılması;
- Elektron idarəetmə mexanizmlərinə dair funksional modulların tətbiqi, inteqrasiyası və optimallaşdırılması (fənn qeydiyyatı, davamiyyət, qiymətləndirmə, imtahan prosesləri və s.);
- Tədris prosesinin elektronlaşdırılması ilə bağlı məlumat axınlarının idarə olunması, istifadəçi səviyyələrinin (admin, müəllim, tələbə) səlahiyyətləndirilməsi və təhlükəsizlik nəzarəti;
- Universitetdə əməkdaşları və müəllimlər üçün elektron sistemlərdən istifadə qaydalarına dair təlimatların hazırlanması və təlimlərin təşkili.
- Fakültə administratorlarının fəaliyyətinin əlaqələndirilməsi və metodiki-texniki dəstəyin göstərilməsi;
- Elektron idarəetmə sistemləri üzrə normativ sənədlərin və texniki təlimatların hazırlanması.
Fakültələr üzrə sistem administratorlari (adminlər)
Sistemin fakültələr üzrə idarə olunması müvafiq fakültə Sistem Administratorları tərəfindən həyata keçirilir. Fakültə Sistem Administratoru fakültə səviyyəsində rəqəmsal tədrisin təşkili, emalı və təhlükəsiz idarə edilməsinə görə məsul şəxsdir və bu istiqamətdə aşağıdakı funksional vəzifələri yerinə yetirir:
- Fakültə üzrə tələbə, müəllim heyəti, tədris planları, akademik qruplar, fənn kataloqları, dərs yükü, qiymətləndirmə nəticələri və digər tədris məlumatlarının daxil edildiyi elektron məlumat bazasının yaradılması;
- Fakültədə Elektron tədris sisteminin fasiləsiz işinin təmin edilməsi və texniki müşayiəti;
- Fakültədə Elektron məlumat bazasında saxlanılan tədris məlumatlarının, yenilənməsi, arxivləşdirilməsi;
- Fakültə əməkdaşları və müəllimlər üçün elektron sistemlərdən istifadə qaydalarına dair təlimlərin təşkili.
- Elektron sistemlər üzrə yaranan texniki problemlərin ilkin diaqnostikası və zərurət olduqda Ümumi Administratora yönləndirilməsi;
- Fakültə əməkdaşları və müəllimlər üçün sistemdən istifadə üzrə praktiki dəstəyin göstərilməsi.
Məsul şəxslər
- Vəliyeva Validə Xası – Pedaqoji fakültə
- Abbasov Rafiq Rövşən – Tarix və coğrafiya fakültəsi
- Abbasova Fəridə Rüfət – Filologiya və Xarici dillər fakültəsi
- Ələkbərova Ülviyyə İsrafil – Filologiya və Xarici dillər fakültəsi
- Adıgözəlova Səbinə Dilqəm – İqtisadiyyat və idarəetmə fakültəsi
- Bağırova Məlahət Həbib – Tədris departamenti
- Bayramova Aytac Qənimət – Kimya və biologiya fakültəsi
- Quliyeva Reyhan Vilayət – Riyaziyyat və informatika fakültəsi
- İsgəndərova Əntiqə Həssən – Fizika və texniki fənlər fakültəsi
- Mehdiyeva Rübabə Fizuli – Tədris departamenti
- Məmmədova Gülmira Əlistan – Qiyabi şöbə
- Qurbanova Nuranə Vaqif – Magistratura şöbəsi
- Ramazanova Günel Rza – İnsan resursları şöbəsi
Texniki dəstək
Sistemin texniki dəstəyi Universitetin İKT şöbəsi tərəfindən həyata keçirilir. İKT şöbəsi sistemin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması, texniki nasazlıqların aradan qaldırılması, server və şəbəkə infrastrukturunun müşayiəti, eləcə də informasiya təhlükəsizliyi tədbirlərinin icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirir.
Zərurət yarandıqda və sistemin proqram təminatı ilə bağlı ixtisaslaşmış müdaxilə tələb olunduqda, texniki dəstək xidmətlərinə Ultra şirkəti cəlb edilir. Bu halda şirkət tərəfindən proqram təminatının təkmilləşdirilməsi, yenilənməsi, funksional modulların optimallaşdırılması və mürəkkəb texniki problemlərin aradan qaldırılması üzrə müvafiq işlər görülür.
ELEKTRON İMTAHAN SİSTEMİ
Gəncə Dövlət Universitetində test imtahanları Elektron İmtahan Sistemi ilə təşkil edilir.
“Elektron İmtahan Sistemi” proqram təminatında universitetin imtahan prosesində istifadə olunacaq sual bazası, test bazası, keçiriləcək imtahanların cədvəli və keçirilmiş imtahan üzrə bütün məlumatlar saxlanılır. Sistem administratoru sistemdə olan bu məlumatları idarə edə bilir.
Sistem bir neçə moduldan ibarətdir:
- Sual bankı modulu
- Test bankı modulu
- Təsdiqlənən testlər
- İmtahanlar
- Tələbə imtahan kabineti
Sual Bankı menyusunda fənlər üzrə bütün sualların bazası əks olunur. Bu menyuda olan məlumata baxmaq, yeni məlumat əlavə etmək, mövcud olan məlumatı redaktə etmək, sualları sistemə import etmək və silmək mümkündür.
Test Bankı menyusunda fənlər üzrə bütün test toplusu əks olunmalıdır. Bu menyuda olan məlumata baxmaq, yeni məlumat əlavə etmək, mövcud olan məlumatı redaktə etmək və silmək mümkündür.
Təsdiqlənən Testlər menyusunda təsdiqlənmiş bütün test toplusu əks olunmalıdır. Bu menyuda olan məlumata baxmaq və təsdiq edilmiş testləri geri qaytarmaq mümkündür.
İmtahanlar modulunda universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra – 24 saat ərzində avtomatik olaraq əks edilir.
Fənn üzrə qrupun imtahanı keçirildikdən sonra sistem istifadəçisi siyahıdan ona lazım olan qrupu seçib bir düymə ilə onun imtahan vərəqəsini avtomatik şəkildə generasiya etmək imkanına malikdir.
Sistemdə əks olunan Hesabatlar bölməsi vasitəsilə istifadəçi sistemdə mövcud olan məlumatların hesabatını çıxarmaq imkanına malik olmalıdır.
Tələbə imtahana ona təqdim edilmiş istifadəçi adı və şifrə ilə daxil olur. Tələbəyə təqdim ediləcək istifadəçi adı və şifrə birdəfəlikdir. İmtahan kabinetinə giriş yalnız imtahan tarixində və imtahan saatında mümkündür.
Proqramın üstünlüyü bir də ondan ibarətdir ki, tələbə semestr ərzində imtahana qədər topladığı balla birgə həmin fənn üzrə yekun qiymətləndirməni də öz şəxsi kabinetində görə bilir. Tələbə kabinetinin İmtahan cədvəli menyusunda tələbənin imtahan cədvəli və imtahan sualları menyusunda isə tələbəyə göndərilmiş imtahan sualları əks olunur. Sistemdə universitetdə keçirilmiş hər bir imtahan və onun nəticələri imtahan keçirildikdən sonra qısa vaxt ərzində avtomatik olaraq İmtahanlar bölməsinə düşür.
Sənədlər
- Elektron_Universitet – GDU
- Adminlərin funksional vəzifələri
- Eduman sistemində müəllim kabinetinə giriş
- Elektron_Universitet_Təlimat-1_GDU_müəllim
- Elektron_Universitet_Təlimat-2_GDU_tələbə
- Elektron_Universitet_Təlimat-3_GDU_E-jurnal
- İmtahanlara dair ümumi TƏLİMAT – 2025 – 2026
