GDU-nun tələbələri Şəki şəhərinin tarixi məkanlarına ekskursiya ediblər

               Gəncə Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının (TGT) tөşkilatçılığı ilə Filologiya fakültəsinin bir qrup tələbəsi və müəllim Vüsal İsgəndərov Şəki şəhərinin bir  neçə tarixi məkanına ekskursiya ediblər. Azərbaycan memarlığının nadir incilərindən olan Şəki Xan Sarayı ilə tanışlıq tələbələrdə böyük maraq doğurub. Bələdçilər tərəfindən tarixi bina haqqında ətraflı məlumat verilib.

     Şəki şəhərinə ekskursiya çərçivəsində tələbələr görkəmli dramaturq Mirzə Fətəli Axundov və xalq şairi Bəxtiyar Vahabzadənin ev muzeyləri ilə də yaxından tanış olublar.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti