Tələbələrin orta ümumtəhsil məktəblərində sınaq dərsləri davam edir

           2023/2024-cü tədris ilində Gəncə Dövlət  Universitetinin buraxılış kurs tələbələri təhsil aldığı ixtisasa uyğun olaraq 16.02.2024-cü il tarixdən etibarən orta ümumtəhsil məktəblərində sınaq dərslərində iştirak edirlər.

       Gəncə Dövlət Universiteti ilə Gəncə şəhərində yerləşən müəssisələr arasında bağlanmış ikitərəfli əməkdaşlıq müqaviləsi əsasında buraxılış kurs tələbələri təhsil aldıqları dövrdə əldə etdikləri bilik və bacarıqlardan faydalanmaqla sınaq dərsləri aparır, təlim-tədris prosesi ilə bağlı məsələləri həvəslə öyrənirlər.

     Kimya-biologiya fakültəsinin Kimya və biologiya müəllimliyi ixtisasının V kurs tələbəsi Anar Həsənov Gəncə şəhəri Nəriman Nərimanov  adına 25 nömrəli tam orta məktəbdə, Tarix-coğrafiya fakültəsinin V kurs tələbəsi Aysel İsgəndərli Vüqar Veysəlov adına 30  nömrəli  tam orta məktəbdə, Riyaziyyat-informatika fakültəsinin IV kurs tələbəsi Əfsanə Abbasova Nəriman Nərimanov  adına 25 nömrəli tam orta məktəbdə, Xarici dillər fakültəsinin Alman dili müəllimliyi ixtisasının IV kurs tələbəsi Elcan Qasımov 31  nömrəli tam orta məktəbdə, Riyaziyyat-informatika fakültəsinin İnformatika müəllimliyi ixtisasnın IV kurs tələbəsi Günay Əliyeva Nizami Gəncəvi adına 11 nömrəli tam orta məktəbdə sınaq dərsləri keçirlər.

     Sınaq dərslərində rəhbər müəllimlər tərəfindən təcrübəçi tələbələrə köməklik məqsədilə metodiki xarakterli məsləhətlər verilir.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti