KONFRANS ELANI

Moskva Dövlət Mədəniyyət İnstitutu, Belarus Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Gəncə Dövlət Universitetinin birgə təşəbbüsü ilə təşkil olunan “Pedaqogika və psixologiyanın aktual problemləri” adlı IX Beynəlxalq elmi-praktik konfransda sizi iştirak etməyə dəvət edir.

Qeyd edək ki, konfrans 15-16 aprel 2024-cü ildə Moskva Dövlət Mədəniyyət institutununda təşkil olunacaqdır. IX Beynəlxalq konfransın mövzusu “Ümumi pedaqoqika və psixologiyanın aktual problemlərinə” həsr olunmuşdur.

Konfransda iştirak etmək üçün aşağıdakı şəxslər dəvət olunur: universitet və kolleclərin professor-müəllim heyəti, elmi işçilər, aspirantlar, ali təhsil müəssisələrinin magistrantları və tələbələri.

Konfransın işçi dili rus dilidir.

Konfransa təqdim olunan məqalələr beynəlxalq standartlara uyğun olmaqla 5-6 çap səhifədən ibarət olmalıdır. Məqalələrin tezisləri kitabca  şəklində dərc olunaraq konfrans istirakçılarına təqdim olunacaq. Konfransın nəticələrinə əsasən RISC elibrary.ru saytında indeksləşdirilən elmi məqalələr toplusu nəşr olunacaq. Təqdim olunan bütün məqalələr antiplagiat olub-olmaması yoxlanılacaq. Məqalənin orijinallığı ən azı 70% olmalıdır (istinadlar siyahısı ilə birlikdə).

Əgər məqalə tələbə, magistrant və ya aspirant tərəfindən yazılıbsa, ərizə və məqalənin özündən əlavə elmi rəhbərin rəyi də göndərilməlidir.

Materialları dərc etmək üçün sizə aşağıdakılar lazımdır:

1. İştirak üçün ərizə doldurun

2. Məqaləni (nümunəyə bax) masante@mail.ru  elektron poçtu vasitəsilə 15 mart 2024-cü il tarixinədək göndərin.