GDU-da 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Gəncə Dövlət Universitetində (GDU) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

       Universitetin rektoru Yusif Yusibov ali təhsil ocağının xanım əməkdaşlarını və tələbələrini bayram münasibətilə təbrik edib, qadınların cəmiyyətdəki önəmli mövqeyindən danışıb. Rektor Yusif Yusibov bildirib ki, Ümummilli Lider Heydər Əliyev qadınlara daim yüksək dəyər verib, qadın hüquqlarının qoruması və ictimai fəallığının təşkili məsələsini diqqət mərkəzində saxlayıb. Bu gün həmin siyasət dövlət başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan qadınları dövlət qurumlarında, parlament və bələdiyyələrdə təmsil olunur, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni proseslərdə böyük töhfələr verirlər. Azərbaycan Respublikasının Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hərtərəfli fəaliyyəti və xeyirxah əməlləri ilə Azərbaycan qadının nüfuzunu daha da yüksəklərə qaldırır.

     Rektor Yusif Yusibov Gəncə Dövlət Universitetində mühüm nailiyyətlərin əldə edilməsində qadınların da böyük əməyinin olduğunu vurğulayıb, onların fəaliyyətini yüksək qiymətləndirib.

     Tədbirdə  Tədris məsələləri üzrə prorektor Şahin Xurşudov, rektorun baş müşaviri Asif Cavadov çıxış edərək qadınların elm, təhsil, mədəniyyət və incəsənət sahələrinin inkişafındakı rolundan bəhs ediblər. 

    Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva və GDU-nun Azad Həmkarlar İttifaqı Komitəsinin (AHİK) sədri Afaq Qasımova universitetdə qadın əməkdaşlara göstərilən diqqət və qayğıya görə rektora dərin minnətdarlıqlarını bildiriblər.

    Gəncə Dövlət Universitetinin inkişafında göstərdiyi xidmətlərə görə və  8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup qadın əməkdaşa Fəxri Fərman təqdim olunub, həmçinin universitet rektorluğunun və GDU AHİK-nin xətti ilə pul mükafatı verilib.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti