Əməkdar incəsənət xadimi, professor Ziyadxan Əliyev Gəncə Dövlət Universitetində ustad dərsi keçib

          Əməkdar incəsənət xadimi, Azərbaycan Rəssamlar İttifaqının “Tənqid və sənətşünaslıq” bölməsinin sədri, “Sənətşünaslığın təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ziyadxan Əliyev Gəncə Dövlət Universitetində ustad dərsi keçib.

     Fizika və texniki fənlər fakültəsinin dekanı Muğan Quliyev çıxış edərək bu cür ustad dərslərinin tələbələrin dünyagörüşünün formalaşmasında, həm də gələcəkdə yaradıcılıq işlərində mühüm rol oyanayacağını vurğulayıb. Onu da bildirib ki, çağdaş sənətşünaslığımızın inkişafında müstəsna xidmətləri olan Ziyadxan Əliyev 40 ildən çoxdur ki, təsviri sənətimizin müxtəlif sahələrini, onun inkişaf tendensiyalarını, ayrı-ayrı sənətkarların yaradıcılığını ardıcıl araşdırmaları ilə yerli və xarici ölkələrdə təbliğ etməkdədir. Sənətşünas Ziyadxan Əliyev həm də təsviri sənətimizin müxtəlif sahələrinə aid çoxsaylı elmi və publisistik məqalələrin müəllifidir. 

     Çıxışlardan sonra ustad dərsində professor Ziyadxan Əliyev “Şuşa təsviri sənətdə” mövzusunda rəssamlıq metodlarının sirlərini bölüşüb və bu sahədə yeni üsul praktikadan istifadə qaydalarından bəhs edib.

     Sonda mövzu ərtafında tələbələrin sualları cavablandırılıb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti