Koreya Respublikası 2023-2024-cü tədris ili üzrə təqaüd proqramı elan edir

Ümumi məlumat

Ölkə:                          Koreya Respublikası

Təhsil səviyyəsi:    magistratura, doktorantura və tədqiqat sahəsi

Yaş həddi:                magistratura və doktorantura 40 yaşa qədər,

tədqiqat sahəsi üzrə 45 yaşa qədər

Müddəti                     doktorantura (1+3 il),

magistratura (1+2 il), tədqiqat sahəsi (6 ay/1 il)

Kvota:                       6 nəfər

Maliyyələşmə:         aylıq təqaüd, təhsil haqqı, dil kursu (koreya dili), yol xərci, yataqxana xərci, tibbi sığorta, tədqiqat xərcləri

Dil bilikləri:               koreya və ya ingilis (TOPIK/TOEFL/ IELTS)

Son tarix:                 07.03.2023

Təqaüd proqramı haqqında müvafiq keçiddən və qeyd olunan linkdən (https://www.studyinkorea.go.kr/) məlumat əldə edə bilərsiniz.

Namizədlər sənədlərini Koreya Respublikasının Azərbaycandakı səfirliyinə təqdim etməli, suallar olduğu təqdirdə aidiyyəti üzrə ünvanlaya bilərlər.

Əlaqə vasitələri: azeremb@mofa.go.kr / +99412 596 79 01