GDU-nun komandası “Startap day” müsabiqəsində uğur qazanıb

     Gəncə şəhərində “Startap day” müsabiqəsi keçirilib. “Startap Day” layihəsi Asiya İnkişaf Bankı və Kapital Bankın maliyyə dəstəyi, Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, Gənclər İnkişaf Naminə İctimai Birliyinin təşkilati dəstəyi ilə həyata keçirilib. Layihənin məqsədi regionda yeni ideya sahiblərini və startapçıları kəşf etmək, innovasiya və startap ekosisteminin formalaşmasına tövhə vermək olub. 

    Müsabiqədə 11 komanda iştirak edib. Gəncə Dövlət Universitetinin təqdim etdiyi layihə -“Məhdud İnsanların İnnovativ Təhsil Sistemi” layihəsi 3-cü yerə layiq görülüb.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti