Ali Məktəb Pedaqogikası dərsi keçirilib
Mühazirəçi – Təhsilin pedaqogikası və metodikası kafedrasının dosenti, prdaqogika üzrə fəlsəsfə doktoru Z.V.Bayramova
Ölkəmizdə yürüdülən təhsil siyasətinin prioritetlərindən ən önəmlisi qloballaşma dövründə kreativ düşüncəli, dünyada rəqabətə dözümlü kadrların ali təhsil müəssisələrində yetişdirilməsidir. Şərq mentallığı və milli dəyərlərimizdən çıxış etməklə stereotipləri qıraraq, dünyanın yeni qurulmaqda olan siyasi, iqtisadi, mənəvi və kulturoloji müstəvisində Azərbaycanın layiq olduğu yeri tutmaq üçün mütrəqqi düşüncəli, XXI əsrin siyasi-iqtisadi məkanında sözünü deməyi bacaran, insanlığı və bəşəri sevən, dövlətçiliyimizi müqəddəslik səviyyəsində qəbul edən, daim yeniliklərə açıq olan gənc mütəxəssislərə ehtiyacımız vardır.
Bu gün Universitetimizdə bir çox sahələrdə yeni nəfəs və işıqlı perspektivlər özünü göstərməkdədir. Universitetdə magisrtatura səviyyəsində tədris prosesi fərqli və müasir tələblərə müvafiq qurulmaqdadır. I kurs tələbələri üçün “Ali məktəb pedaqogikası” fənninin tədrisi müasir dünyamızın çağırışları əsasında təşkil edilir. 21 oktyabr 2022-ci il tarixində keçirilən növbəti dərsdə tədris olunan fənn çərçivəsində maraqlı və müasirliklə səsləşən mövzu ətrafında polemika qurulmuşdur. “Pedaqogika və təhsilin fəlsəfəsi” mövzusunda olan mühazirə – formatına görə interaktiv şəkildə, canlı, elmi faktlar və konsepsiyalara münasibət bildirməklə, maraqlı məqamlar yaşatdı. Təhsil prosesində insanın mahiyyəti, onun təhsil fəlsəfəsi və təlim prosesində bunun əhəmiyyətini incələyən məqamlar şablon əzbərçilikdən çox uzaq idi. Dərs prosesində tələbələr öz sərbəst düşüncələrini təqdim etdilər, bununla yanaşı müasir elmi konsepsiyalarla tanış oldular, klassik elmi ideyaların retrospektiv analizini apardılar. Məşğələ maraqlı və tələbələrin ürəyincə, nəticəyönümlü oldu. Dos Z.Bayramova özünün yüksək pedaqoji ustalığını, metodiki kompetensiyalarını, özünü təqdimetmə və ünsiyyət bacarıqlarını nümayiş etdirməklə bir daha tələbələrin rəğbətini qazandı.