CƏFƏROVA SAMIRƏ QAÇAY qızı – şöbə müdirinin müavini

QISA BİOQRAFİK MƏLUMAT

Cəfərova Samirə Qaçay qızı 1980-ci il aprel ayının 2-də Azərbaycan Respublikasının Goranboy rayonunun Safıkürd kəndində anadan olmuşdur. 1985-ci ildə Safıkürd kənd orta məktəbinin birinci sinfinə daxil olub, 1996-cı  ildə həmin məktəbin on birinci sinfini bitirmişdir. 1996-2002-ci illərdə Gəncə Dövlət Universitetində təhsil almışdır. 2002-ci ildən həmin Universitetdə çalışır.

Ailəlidir, 2 övladı var.

TƏHSİLİ

1996 – 2000 – Gəncə Dövlət Universiteti, Fizika, bakalavriat

2000 – 2002 – Gəncə Dövlət Universiteti, Yarımkeçiricilər Fizikası, magistratura

2011 – 2015 – AMEA-nın H.M.Abdullayev adına Fizika İnstitutu, doktorantura

 2220.01 “Yarımkeçiricilər fizikası”

İŞ TƏCRÜBƏSİ

2002-ci ildə Gəncə Dövlət universitetinin magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirdiyinə görə təyinat komissiyasının və rektorluğun razılığı əsasında Universitetdə saxlanılmış və Fizika kafedrasında  laborant kimi əmək fəaliyyətinə başlamışdır. 2002-2004-cü illərdə Gəncə Dövlət Universitetinin Fizika kafedrasında laborant, 2004-2011-ci illərdə müəllim, 2011-ci ildən hal hazıradək baş müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildən Gəncə Dövlət Universitetinin Magistratura şöbəsində müdir müavini vəzifəsində çalışır. Elmi-pedaqoji sahədə və ictimai fəaliyyətdə əldə etdiyi uğurlara görə Universitet rəhbərliyi tərəfindən dəfələrlə fəxri fərman və təşəkkürnamə ilə təltif edilmişdir.

Elmi fəaliyyəti

2011-ci ildə AMEA-nın H.M.Abdullayev adına Fizika İnstitutunun doktoranturasına 2220.01 “Yarımkeçiricilər fizikası” ixtisası üzrə dissertant kimi qəbul olunmuşdur. Bu dövrdən keçən müddət ərzində fəlsəfə doktoru proqramı üzrə minimum imtahanlarını müvəffəqiyyətlə vermiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının tövsiyyə etdiyi yerli və xarici elmi nəşrlərdə 41, o cümlədən Thomson Reuters bazasına daxil olanlarda 2 elmi məqaləsi dərc olunmuşdur. Beynəlxalq və Respublika səviyyəli elmi konfranslarda məruzələrlə çıxış etmiş, həmin məruzələrin tezisləri konfrans materiallarında öz əksini tapmışdır.

   Onun fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün (TlGaS2)1-x(TlInSe2)x (0≤x≤0,5) monokristallarının elektrik, fotoelektrik və optik xassələri mövzusunda” yerinə yetridiyi dissertasiya işi AMEA-nın H.M.Abdullayev adına 3.7 Kristallofizika laboratoriyasında müzakirə edilmişdir. 10 sentyabr 2020-ci il tarixində  bu iş Azərbaycan AMEA Fizika İnstitutu Fənlərarası sektorun laboratoriyasının təşkil etdiyi  birgə elmi seminarında, 11 iyun 2021-ci ildə AMEA Fizika İnstitutu “Yarımkeçiricilər fizikası” laboratoriyalararası   sektorun  təşkil etdiyi elmi seminarında müzakirə edilmişdir və sənədləri AMEA Fizika İnstitutu nəzdində elmlər doktoru və fəlsəfə doktoru dissertasiyalarının müdafiəsi üzrə ED 1.14 Dissertasiya Şurasına təqdim edilmişdir. 29 sentyabr 2021-ci ildə AMEA Fizika İnstitutunun nəzdindəki ED 1.14 Dissertasiya Şurasında “(TlGaS2)1-x(TlInSe2)x (0≤x≤0,5) monokristallarının elektrik, fotoelektrik və optik xassələri mövzusunda” dissertasiya işini müvəffəqiyyətlə müdafiə etmiş və şuranın yekdil qərarı ilə ona fizika üzrə (2220.01 “Yarımkeçiricilər fizikası”) fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiya­sı­ qarşısında vəsatət qaldırmışdır.

Seçilmiş əsərləri

  1. Abdullayev, A.M., Kərimova, E.M., Cəfərova, S.Q. [və b.] TlInS2 kristalında istilik tutumu və faza keçidi. // Fizika, 2012, cild XVIII, №2, section: Az. s.25–29.
  2. Kərimova, E.M., Mustafayeva, S.N., Həsənov, N.Z., Cəfərova, S.Q. [və b.] (TlGaS2)1–x(TlInSe2)x bərk məhlulların fotoelektrik, dielektrik və optik xassələri. // Fizika, 2013, c.XIX, No 2, Section: Az. s.19–22.
  3. Керимова, Э.М., Гасанов, Н.З., Исмаилзаде, Л.А. [и др.] Фотоэлектрические и оптические свойства монокристаллов твердых растворов (TlGaS2)1–x(TlInSe2)x . // Известия НАН Азербайджана, серия физ.–техн. и мат. наук, 2009, № 5, с.137–141.
  4. Mustafaeva, S.N., Jafarova, S.G., Kerimova, E.M. [et al.] Influence of the Composition of Tl(GaS2)1–x(InSe2)x. //alloys on Their Physical Properties // Mechanics, Materials Science Engineering, December 2016, №7, p.33-38.
  5. Керимова, Э.М., Мустафаева, С.Н., Гасанов, Н.З., Гасанов, А.И., Рустамов, В.Д., Джафарова, С.Г. [и др.] Диэлектрические, оптические и магнитные характеристики кристаллов TlYbSe2, TlInS2<Yb> и TlInSe2<Yb>. //Müasir təbiət və iqtisad elmlərinin aktual problemləri” mövzusunda Beynəlxalq Konfransın materialları, 04–05 may 2018–ci il, Gəncə, Azərbaycan, V hissə, s.77–81.
  6. Гуртовой, В.Г., Шелег, А.У., Мустафаева, С.Н., Керимова, Э.М., Джафарова, С.Г. Электропроводность и диэлектрические характеристики твердых растворов Tl(GaS2)1–x(InSe2)x . // Физика Твердого Тела, 2017, т.59, вып. 8, с.1479–1483.
  7. Mustafaeva, S.N., Jafarova, S.G., Kerimova, E.M. [et al.]Influence of the composition of (TlGaS2)1–x(TlInSe2)x.// Semiconductor Physics, Quantum Elektronics and Optoelektronics, 2017, v.20, N 1, pp.74–78.
  8. Гуртовой, В.Г., Шелег, А.У., Мустафаева, С.Н., Керимова, Э.М., Джафарова, С.Г. Диэлектрические характеристики твердых растворов (TlGaS2)0,1(InSe2)0,9-TlInSe2.//XII Всероссийская конференция по физике сегнетоэлектриков (ВКС-ХХI). Сборник трудов 25-30 июня 2017 года Казань, Россия. с. 129.
  9. Керимова, Э.М., Абдуллаев, А.М., Алджанов, М.А., Наджафзаде М.Д., Заманова, А.К., Гасанов, А.И., Джафарова, С.Г. Низкотемпературная теплоемкость, температура Дебая и энтропия в кристаллах TlCoS2, TlCrS2, и TlFeSe2. // Проблемы энергетики, 2016, №2, с.40–45.
  10. Kərimova, E.M., Mustafayeva, S.N., Cəfərova, S.Q. [və b.] (TlGaS2)1–x(TlInSe2)x bərk məhlulun tərkibinin, onlarin fotoelektrik, optik və dielektrik xassələrinə təsiri.//Metallar fizikasının müasir problemləri” mövzusunda V Beynəlxalq elmi–praktik konfransın materialları, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı, Azərbaycan, 10–11 iyun 2016–cı il, s.162–165.
  11. Сеидов, Ф.М., Керимова, Э.М., Гасанов, Н.З., Исмайлова П.Г., Джафарова С.Г. [и др.] Исследование диаграммы состояния системы TlSe–HoSe, электрические и тепловые свойства кристалла TlHoSe2. // Milli Aviasiya Akademiyası, Elmi Məcmuələr, 2016. C.18, №3, s.26–29.
  12. Mustafaeva, S.N., Kerimova, E.M., Abdinbekov, S.S., Alieva, L.N., Hasanov A.I., Jafarova S.G.Electrophysicsof (TlInSe2)0.1(TlGaTe2)0.9. // Proceedings of 8th International Conference on “Technical and Physical Problems of Power Engineering. Ostfold University College, Fredrikstad, Norway. 5–7 September 2012. Number 68.pp.332–333.
  13. Tağıyeva, M.C., Cəfərova, S.Q. n–tip InSb kristalında elektrik parametrlərinin temperatur asılılığı. // BDU–nun Fizika Problemləri İnstitutunun yaradılmasının 10 illiyinə həsr olunmuş Opto, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası” mövzusunda Beynəlxalq Konfransın materialları, 25–26 dekabr 2015–ci il, Bakı, Azərbaycan, s.571–573.
  14. Kərimova, E.M., İsmayılov, Ə.Ə., Seyidov, F.İ., İsmayılova P.H., Vəlibəyov X.Ş., Cəfərova S.Q. [və b.] GaSe və InSe monokristalların kompensasiya dərəcəsinə g şualanmasının təsiri. // Материалы 7–ой межд. научно–техн. kонф., Микроэлектронные преобразователи и приборы на их основе, Баку–Сумгаит 27–29 ноябpь, 2013, s.124–126.
  15. Mustafayeva, S.N., Kərimova, E.M., Cabbarov, A.İ., Cəfərova,S.Q. [və b.] (TlInSe2 )1–x(TlGaTe2)x (x =0.4; 0.6) tərkibli bərk məhlulların elektrik və termoelektrik xassələri. //Fizikanın Müasir Problemləri. VI Resp. Konf. Materialları “Opto, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası”. Bakı. Azərbaycan. 14–15 dekabr, 2012, s.163–165.
  16. Kərimova, E.M., Mustafayeva, S.N., Kərimov, R.N., Cəfərova, S.Q. TlInS2, TlGaS2, TlGaSe2 kristallarının dielektrik nüfuzluğuna və elektrik keçiriciliyinə elektron şüalanmasının təsiri. //Radiasiya tədqiqatlari və onlarin praktiki aspektləri – 8–ci Konfransın Tezisləri, 20–21 Noyabr 2013, Bakı, Azərbaycan.
  17. Керимова, Э.М., Мустафаева, С.Н., Джафарова, С.Г. [и др.] Рентгенодатчики на основе монокристаллов. // “Nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi perspektivləri” mövzusunda Beynəlxalq Konfransın tezisləri, 23–25 noyabr 2011–ci il, AMEA Radiasiya Problemləri İnstitutu, Bakı, Azərbaycan.
  18. Мустафаева, С.Н., Керимова, Э.М., Алджанов, М.А., Джафарова, С.Г. [и др.] Электрические и диэлектрические свойства монокристалловTlInSe2, TlGaTe2 и твердых растворов на их основе. // Fizikanın müasir problemləri IV Respublika Konfransının materialları, 24–25 dekabr 2010–cu il, Bakı, Azərbaycan, s.213–215.
  19. Zeynalov, Z.M., Musayev, S.X., Məmmədova, S.O., Cəfərova S.Q. Yarımkeçirici termoelementlərin hazırlanma texnologiyasının tədqiqi. // Gəncə Regional Elmi Mərkəzinin “Xəbərlər Məcmuəsi”, 2010, N 39, s.130–132.
  20. Mustafayeva, S.N., Kərimova, E.M., Cəfərova, S.Q. [və b.] (TlInSe2)1–x(TlGaTe2)x monokristallarının elektrik və termoelektrik xassələri. // Fizikanın Müasir Problemləri. III Resp. Konf. Materialları Bakı. Azərbaycan. 2009, s.165–167.
  21. Тагиева, М.Дж., Зейналов, З.М., Джафарова, С.Г. Режим кристаллизации и его влияние на прочностные свойства полипропилена. // BDU–nun 95 illik yubileyinə həsr olunmuş VIII “Opto, nanoelektronika, kondensə olunmuş mühit və yüksək enerjilər fizikası” mövzusunda Beynəlxalq Konfransın materialları, 24–25 dekabr 2014–cü il, Bakı, Azərbaycan, s.206–208.
  22. Yakut, Ş, Ulutaş, K., Bozoğlu, D., Kerimova, E.M., Mustafaeva S.N., Jafarova, S.G. [et al.] Comparison of AC conductivity for bulk and thin film TlGaS2 samples. // Abstracts of the Turkish Physical Society 33rd İnternational Physics Congress, Bodrum, Turkey, September 6–10, 2017, p.154
  23. Kərimova, E.M., Mustafayeva, S.N., Cəfərova, S.Q. [və b.] TlGaS2-TlInSe2 sisteminin T-x faza diaqramı və bərk məhlullarının tərkib-kristalloqrafik parametrlər asılılıqları. // Azerbaijan Journal of Physics Fizika, İyul, 2017, s.20-23.
  • Ulutaş, K., Bozoğlu, D., Yakut, Ş., Kerimova, E.M., Mustafaeva, S.N., Ceferova, S.Q. [et al.] Behaviour of AC conductivity TlGaS2 bulk and thin films. // Abstracts of the Turkish Physical Society 33rd İnternational Physics Congress, Bodrum, Turkey, September 6–10, 2017, p.156
  • Deger, D., Özükanar, D., Ulutaş, K., Yakut, Ş., Bozoğlu, D., Demir E., Yavuzarslan, C., Kerimova, E.M., Mustafaeva, S.N., Jafarova S.G., Dielectric properties of thallium–gallium sulfide (TlGaS2) material. // Abstracts of the Turkish Physical Society 33rd İnternational Physics Congress, Bodrum, Turkey, September 6–10, 2017, p.162.
  • Ulutaş, K., Bozoğlu, D., Yakut, Ş., Kerimova, E.M., Mustafaeva S.N., Jafarova S.G. [et al.] Capasitive behaviour of TlGaS2 thin film samples. // Abstracts of the Turkish Physical Society 33rd İnternational Physics Congress, Bodrum, Turkey, September 6–10, 2017, p.504.
  • Kuşkonmaz, B., Deger, D., Yakut, Ş., Bozoğlu, D., Kerimova, E.M., Mustafaeva S.N., Jafarova S.G. Dielectric relaxation in TlGaS2 thin films. // Abstracts of the Turkish Physical Society 33rd İnternational Physics Congress, Bodrum, Turkey, September 6–10, 2017, p.505.
  • Гасанов, Н.З., Сеидов, Ф.М., Асадов, Ю.Г., Гусейнова, К.М., Джафарова, С.Г.Рентгенографический анализ и край оптического поглощения твердых растворов TlIn1–xErxS2 (x=0–0,01). // AMEA–nın Xəbərləri, 2015, N 2, s.77–81.
  • Мустафаева, С.Н., Джаббаров, А.И.,Джафарова, С.Г.[и др.] Параматры локализованных состояний в твердом растворе (TlInSe2)0,1(TlGaTe2)0,9. // Fizikanın müasir problemləri üzrə “ Opto–, nanoelektronika və kondense olunmuş mühüt fizikası” mövzusunda V Respublika Elmikonfransının tezisləri, 16–17 dekabr 2011–ci il, Bakı, Azərbaycan.
  • Mustafaeva, S.N., Ismailzade, L.A., Jafarova, S.G. [et al.] Roentgenampere and photoelectric parameters of TlIn1–xSbxSe2 single crystals. // Abstracts of V International Conference «Perspectives of Peaceful Use of Nuclear Energy» Baku. Azerbaijan. November 19–21, 2012.
  • Аbdullayev, A.M., Cafarova, S.G., Kazımova, S.B. [и др.] Низкотемпературная теплоемкость в кристаллах InS. // Milli Aviasiya Akademiyasinin Elmi Əsərləri, № 2, 2014,s. 110–115.
  • Mustafaeva, S.N., Dzhabbarov, A.I., Jafarova, S.Q. Variable–range hopping conductivity in the TlFe0.975Ga0.025S2 solid solution. // Abstracts of the 7th International Conference on Materials Science and Condensed Matter Physics, dedicated to the 50th anniversary of the Institute of Applied Physics. Chisinau. Moldova. 16–19 September 2014. ABM 8P. P.101
  • Mustafaeva, S.N., Jafarova, S.G., Abdinbekov, S.S. Preparation of Tl(GaS2)1–x(InSe2)x Solid Solutions for Photoresistors and Roendtgendetektors Application. // V International Advances in applied physics and material science Congress, APMAS 16–19 April 2015, Fethie–Mugla, Turkey.
  • Seyidov, F.M., Məhərrəmov, A.B., Cəfərova, S.Q. [və b.] TlSe birləşməsinin YbSe–ə qarşılıqlı təsiri və TlYbSe2 kristalının istilik xassəsi. // Energetikanın Müasir Elmi–Texniki və Tətbiqi Problemləri Beynəlxalq Elmi Konfransının Materialları. Sumqayıt. 27–28 Oktyabr, 2015. S. 1–3.
  • Абдуллаев, А.М., Алджанов, М.А., Наджафзаде, М.Д., Шарифов, Г.М., Джафaрова, С.Г. Низкотемпературная теплоемкость, температура Дебая и энтропия в кристаллах TlFeSe2. // Сборник трудов XI Международного семинара «Магнитные фазовые переходы», Махачкала. 19–21 ноября 2015. С. 217–220.
  • Мустафаева, С.Н., Гасанов, Н.З., Гусейнова, К.М., Ализаде Ш.Д., Джафарова, С.Г. Фотоэлектрические, диэлектрические и оптические свойства кристаллов системы TlGaS2–TlSbS2. // Труды конференции XXIV Международной научно–технической конференции и школы по фотоэлектронике и приборам ночного видения. Москва, Россия. 24–27 мая 2016. С. 519–521.
  • Əliyev, V.Ə., Kərimova, E.M., Cəfərova,S.Q.            Tl(GaS2)1–x(InSe2)x bərk məhlullarında kombinasion səpilmə. // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş, “Müasir təbiət və iqtisadi elmlərin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları, 03–04 may 2019–cu il, Gəncə, Azərbaycan, IV hissə, səh.15–18.
  • Cəfərova, S.Q., Əliyev V.Ə., Kərimova, E.M. [və b.] Üçqat kristallarda bərk məhlulların proqnozlaşdırılması. // Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96–cı ildönümünə həsr olunmuş, “Müasir təbiət və iqtisadi elmlərin aktual problemləri” mövzusunda Beynəlxalq elmi konfransın materialları, 03–04 may 2019–cu il, Gəncə, Azərbaycan, IV hissə, səh.49–51.
  • Cəfərova, S.Q. Tl(GaS2)1–x(InSe2)x bərk monokristallarında işığın kombinasion səpilməsi. Azerbaijan Journal of Physics, 2019, No3, p.54–57.
  • Джафарова, С.Г. Краевой экситон в твердых растворах Tl(GaS2)1–x(InSe2)x. // AMEA-nın xəbərləri. Fizika–texnika və riyaziyyat elmləri seriyası, fizika və astronomiya. 2019, № 5, səh. 177–179.

Həsənova Elgün Elbəy qızı – tyutor

Həsənova Elgün Elbəy qızı 3 otyabr 1994-cü ildə Gürcüstan Respublikasının Qardabani rayonunda anadan olmuşdur. 2002-ci ildə Qardabani rayonundakı 3 saylı məktəbin 1-ci sinifinə qəbul olunmuşdur. 2005-ci ildən etibarən təhsilini  Azərbaycan Respublikasının Tovuz rayonunda, Çobansıxnaq kənd orta məktəbində davam etdirmişdir. 2013-cü ildə həmin məktəbi bitirmiş və elə həmin il Gəncə Dövlət Universitetinin Fizika və Texniki fənlər fakultəsinin “Texnologiya müəllimliyi” ixtisasına qəbul olunmuşdur. 2013-ci ildə Gəncə Dövlət Universitetinin Texnologiya  müəllimliyi ixtisasına qəbul olmuş və 2017 – ci ildə həmin ixtisas üzrə bakalavriat pilləsini bitirmişdir. 2017-cü ildə GDU-nun magistratura şöbəsinin “Texnologiya fənnin tədrisi metodikası və metodologiyası” ixtisasına  daxil olmuşdur. 2019 – cu ildə magistratura təhsil pilləsini fərqlənmə ilə bitirmişdir. Əmək fəaliyyətinə 2019-cu ildə ÜTF və  texnologiya kafedrasında başlamışdır.  2019-cu ildən 2020-ci il kimi tədris ustası, 2020 – ci ildən isə həmin kafedrada müəllim vəzifəsində çalışır. 2020 – ci ildən magistratura şöbəsində tyütor kimi fəaliyyət göstərir. İki elmi məqalənin müəllifi və iki fənn proqramının həmmüəllifidir. 2013 – cü ildən YAP-ın üzvüdür. Ailəlidir, bir övladı var.


Verdiyeva Aidə Çingiz qızı – tyutor

Verdiyeva Aidə Çingiz qızı 27 iyun 1978-ci ildə Gəncə şəhərində anadan olub. 1984-cü ildə Gəncə şəhəri 30 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub, 1995-ci ildə həmin məktəbi bitirib. 1999-cu ildə Gürcüstan Respublikasının Gürcüstan Dövlət Aqrar Universitetinin Dövlət İdarəetmə İnstitutunun Tarix fakültəsinin Tarix müəllimliyi ixtisasına qəbul olub, 2004-cü ildə Tarix müəllimliyi ixtisası üzrə bakalavriat təhsil səviyyəsini bitirmişdir. 2015-2016-cı illərdə Gəncə Dövlət Universitetinin Ümumi Tarix kafedrasında laborant, magistratura şöbəsində operator, 2016-ci ildən hal-hazıradək Universitetinin Tədris Departamentində operator vəzifəsində çalışır. 2021-ci ildən Magistratura şöbəsinin tyutorudur. 2018-ci ildən Yeni Azərbaycan Partiyasına üzvdür. 2020-ci ildə Naxçıvan Dövlət Universitetinin  Pedaqogika nəzəriyyəsi və tarixi  ixtisası üzrə magistratura təhsil səviyyəsinə qəbul olub. İki elmi məqalənin müəllifidir. Subaydır.


Qurbanova Nuranə Vaqif qızı – metodist

Qurbanova Nuranə Vaqif qızı 6 dekabr 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1987-cü ildə  Gəncə şəhəri Mirzə Ələkbər Sabir adına 5 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub,1988-ci ildə həmin məktəbi bitirib.1998-ci ildə Gəncə Aqrar Ekologiya İnistitutunun İbtidai təhsilin pedaqogikası və metodikası ixtisasına qəbul olub, 2000-ci ildə Gəncə Müəllimlər İnstitutuna köçürülmüşdür. 2002-ci ildə İbtidai təhsilin pedaoqogikası və metodikası ixtisası üzrə bakalavriat təhsil səviyyəsini bitirmişdir. 2020-ci ildə Gəncə Dövlət Universitetinin Əlavə təhsil fakültəsində, 2021- ci  ildən Magistratura şöbəsində metodist vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.


Kazımova Ofelya Səməd qızı – operator

Kazımova Ofelya Səməd qızı 6 noyabr 1949-cu ildə Gəncə şəhərində anadan olub. 1956-cı ildə orta məktəbin 1-ci sinifinə daxil olub, 1966-cı ildə Gəncə şəhəri 41 saylı orta məktəbi bitirib. 1972-ci ildə Kirovabad Dövlət Pedaqoji İnistitutunun Biologiya-riyaziyyat fakültəsinin  Riyaziyyat xtisasına qəbul olub, 1977-ci ildə həmin ixtisası bitirmişdir. 2003-cü  ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.  1970-ci ildə Gəncə Dövlət Universitetinin Biologiya fakültəsində əmək fəaliyyətinə başlayıb. 2000-ci ildən  Fizika və Texniki fənlər fakültəsində, 2011-ci ildən magistratura şöbəsində operator vəzifəsində çalışır. Ailəlidir, 3 övladı var.