MAGİSTRATURA ŞÖBƏSİ
Universitetin magistratura üzrə təhsilində əsas rol oynayan strukturdur. Şöbə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.02.1997-ci il tarixli 15 saylı qərarı ilə təsdiq olunmuş “Magistr hazırlığı haqqında” əsasnaməyə, Azərbaycan Respublikası Prezidentinin 15 iyun 1999-cu il, 168 saylı Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Təhsil Sahəsində İslahat Proqramı”-na, Azərbaycan Respublikasının Təhsil Qanununa, ali məktəblər haqqında Əsasnaməyə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli, 129 nömrəli qərarının icrasına müvafiq, ali məktəbin Nizamnaməsinə uyğun olaraq formalaşdırılırmışdır. Universitetin magistratura səviyyəsində 24 proqram üzrə, 58 ixtisasda magistr hazırlığı aparılır. Tədris prosesinə universitetin 27 kafedrası cəlb olunmuşdur.
Ünvan: Gəncə şəhəri, Cavadbəy Rəfibəyli küçəsi 57, AZ 2000
E-mail: gdumagistratura@mail.ru
Facebook: GDU Magistratura
Emin Kərim oğlu Yaqubov – şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent
1966-cı ildə Gəncə şəhərində anadan olmuşdur. 1989-cu ildə Gürcüstan Politexnik İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı ildən Gəncə Dövlət Universitetində çalışır. 2000-ci ildə texnika elmləri namizədi alimlik dərəcəsi almışdır. Hazırda Ümumi texniki fənlər və texnologiya kafedrasının dosenti və magistratura şöbəsinin müdiri vəzifəsində çalışır. 2017-ci ildə ARTN-nin əmri ilə “Qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
Samirə Qaçay qızı Cəfərova – şöbə müdirinin müavini, baş müəllim
1980-ci ildə Goranboy rayonunun Safıkürd kəndində anadan olmuşdur. 2000-ci ildə GDU-nun Fizika ixtisası üzrə bakalavriat, 2002-ci ildə magistratura səviyyəsini bitirmişdir. 2002-ci ildən Fizika kafedrasında böyük laborant, 2004-cü ildən müəllim, 2012-ci ildən isə həmin kafedrada baş müəllim vəzifəsində çalışır.
Ofelya Səməd qızı Kazımova – operator
1949-cu ildə Gəncə şəhərində anadan olub. 1977-ci ildə Kirovabad Dövlət Pedaqoji İnistitutunun Biologiya-riyaziyyat fakültəsinin Riyaziyyat ixtisasını bitirmişdir.
Şöbəyə aid ixtisaslar
Riyaziyyat: Riyazi analiz; Differensial tənliklər; Cəbr və topologiya; Həndəsə; Hesablama riyaziyyatı.
Riyaziyyat müəllimliyi: Riyaziyyatın tədrisi və metodologiyası
Kompüter elmləri: İnformatika
Fizika müəllimliyi: Fizika fənninin tədrisi metodologiyası və metodikası
Fizika: Yarımkeçiricilər fizikası; Yarımkeçirici cihazlar və mikroelektronika; İstilik fizikası və molekulyar fizika
Kimya: Qeyri-üzvi kimya; Üzvi kimya; Analitik kimya; Yüksəkmolekullu birləşmələr kimyası
Kimya müəllimliyi: Kimya fənninin tədrisi metodikası və metodologiyası
Biologiya: Botanika; Mikologiya; Genetika; İnsan və heyvan fiziologiyası; Onurğalılar zoologiyası; Bitki fiziologiyası; Biokimya
Coğrafiya: Azərbaycanın fiziki coğrafiyası
Coğrafiya müəllimliyi: Coğrafiya fənninin tədrisi metodikası və metodologiyası
Ekologiya: Ətraf mühitin mühafizə metodları və bərpası
Ekologiya mühəndisliyi: Ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması
Filologiya: Dilşünaslıq (Müqayisəli dilçilik); Azərbaycan dili; Azərbaycan ədəbiyyatı; Dilşünaslıq (İngilis dili)
Xarici dil müəllimliyi: Xarici dilin tədrisi metodikası və metodologiyası (İngilis dili); Xarici dilin tədrisi metodikası və metodologiyası (Rus dili); Xarici dilin tədrisi metodikası və metodologiyası (Fransız dili); Xarici dilin tədrisi metodikası və metodologiyası Alman dili)
Tərcümə: Tərcümə (İngilis dili üzrə)
Azərbaycan dili və ədəbiyyatı müəllimliyi: Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası və metodologiyası
Pedoqogika: Pedoqogika nəzəriyyəsi və tarixi; Sosial pedaqogika
İbtidai sinif müəllimliyi: İbtidai sinifdə tədrisin metodika və metodologiyası
Psixologiya: Uşaq və yaş psixologiyası; Pedaqoji psixologiya
Tarix: Türk dünyası tarixi; Azərbaycanın yeni və ən yeni tarixi; Avropa və Amerikanın yeni və ən yeni tarixi; Azərbaycanın qədim və orta əsrlər tarixi
Sosial iş: Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş; Gənclərlə iş
İqdisadiyyat: İqtisadiyyatın hüquqi tənzimlənməsi; Turizmin iqtisadiyyatı
Mühasibat uçotu və audit: İstehsal sferasında mühasibat uçotu və audit
Dövlət və bələdiyyə idarəetməsi: Dövlət qulluğunun təşkili və idarə edilməsi
Menecment: Menecment (sahələr üzrə)
Biznesin idarəedilməsi: Biznesin təşkili və idarə edilməsi
Turizm və otelçilik: Beynəlxalq turizm və ölkəşünaslıq; Otelçilik
Texnologiya müəllimliyi: Texnologiya fənninin tədrisi metodikası və metodologiyası
Bədən tərbiyəsi və idman: Fiziki tərbiyə nəzəriyyəsi və metodikası
Musiqişünaslıq: Musiqi fənninin tədrisi metodikası və metodologiyası