“Multiple İntelligence” mövzusunda açıq dərs keçirilib
25 aprel 2022-ci il tarixində “Qrammatika və ingilis dilinin tədrisi “ kafedrasının baş müəllimi Qəhrəmanova Zülfiyyə Sabir qızının Magistratura şöbəsinin Dilşünaslıq (İngilis dili) I kurs ixtisasında açıq dərsi təşkil olunmuşdur. Açıq dərs “Multiple İntelligence” mövzusunda keçirilmişdir. Dərs prosessində Magistratura şöbəsinin müdiri və “Qrammatika və ingilis dilinin tədrisi” kafedrasının müdiri və müəllim heyəti iştirak etmişdir. Açıq dərsin təşkili zamanı müasir təlim texnologiyalarından istifadə edilmişdir. Mövzu ətrafında müəllim və magistrantlar arasında fikir mübadiləsi aparılmışdır.