VƏTƏN MÜHARİBƏSİ İŞTİRAKÇISI OLAN TƏLƏBƏMİZ GƏNCƏ REGİONAL DEBAT FORMUNDA “ƏN YAXŞI HAKİM” VƏ “ƏN YAXŞI TƏLİMÇİ” ADLARINA LAYİQ GÖRÜLMÜŞDÜR

Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin  Otelçilik ixtisası üzrə I kurs tələbəsi Pənahov Natiq Namiq oğlu Vətən Müharibəsində torpaqlarımızın alınması uğrunda gedən döyüşlərdə iştirak etmişdir. O, 30 sentyabr 2020 ci il tarixində döyüşlərə yollanmış, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasında yaxından iştirak etmişdir. Döyüşlərdə göstərdiyi şücaətə görə korpus komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdir.

Natiq Pənahov həmçinin debatçıdır. O Gəncə Regional Debat Mərkəzində təlimçi və hakimi kimi 2017 ci ildən bəri fəaliyyət göstərir. 2017 ci il payız formunda universitetimizi təmsil edərək öz komandası ilə birlikdə qalib olmuş və dəfələrlə regionun ən yaxşı 10 Natiqindən biri seçilmişdir. Gəncə Regional Debat Mərkəzinin sonuncu payız formunda “ən yaxşı hakim” və 17 may 2022 ci il tarixində sonuncu yaz sesiyasında isə “ən yaxşı təlimçi” statusuna layiq görülmüşdür.