Müəllif Arxivləri: Admin

İELTS TEST İMTAHANI KEÇİRİLƏCƏKDİR

14 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov GBRS şirkətinin rəhbəri Bəhram Qurbanovun başçılıq etdiyi   nümayəndə heyətini  qəbul etmişdir. Professor Yusif Yusibov GDU-nun İELTS mərkəzinin qərb bölgəsi üzrə yeganə test-imtahan bölməsi kimi müəyyən edildiyini təsdiqləyən sənədlə tanış olmuşdur. Görüşdən sonra Əsas binanın iclas  zalında universitetin bir qrup professor müəllim heyəti və […]

Davamı

ƏMƏKDAŞLARIMIZ FRANSADA

Gəncə Dövlət Universiteti ilə Fransanın Mülhuz şəhərinin Yuxarı Alzas Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 05-08 dekabr 2016-cı il tarixdə Gəncə  Dövlət Universitetinin bir qrup əməkdaşı – rektorun baş müşaviri dosent Asıf Cavadov, Xarici dillər fakültəsinin dekanı dosent Əjdər Əsgərov, Fransız dili kafedrasının müdiri Məhərrəm Orucov Yuxarı Alzas  Universitetində təşkil olunmuş “Qafqazın timsalında Multikulturalizm, mədəniyyətlərarası […]

Davamı

“İLİN TƏLƏBƏSİ” MÜSABİQƏSİNİN BİRİNCİ MƏRHƏLƏSİ YEKUNLAŞDI

13 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyinin təşkilatçılığı və Universitet Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “İlin tələbəsi” müsabiqəsinin birinci mərhələsinə başlanıldı. Bu mərhələyə bütün fakültələri təmsil edən 36 nəfər tələbə qatılmışdır. Mərhələnin açılışında Universitetin Elm və innovasiyalar üzrə prorektoru dosent   Pərvin  Kərimzadə, Humanitar məsələlər üzrə prorektor dosent Gülsüm  Fətəliyeva, YAP […]

Davamı

TƏŞƏBBÜS DAVAM ETDİRİLİR

Gəncə  Dövlət Universitetinin rektoru, professor Yusif Yusibovun tapşırığı, Təcrübə və karyera şöbəsinin, eyni zamanda  Qrammatika və ingilis dilinin tədrisi kafedrasının müdiri dosent Mehdi Rəhimovun təşəbbüsü ilə həmin kafedranın müəllimi Kəmalə Əliyevanın 13 dekabr 2016-cı il tarixdə 44 №-li ingilis dili təmayüllü məktəb-lisey kompleksin 84 sinfində  müasir tədris metodlarına istinad etməklə  “İnsanlar və təbiət” mövzusunda növbəti […]

Davamı

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNİN FƏXRİ DOKTORLARI

Xanım Vaira Vike-Freyberqa-Latviya Respublikasının sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Azərbaycan və Latviya Respublikası arasında elm və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Gəncə Dövlət Universitetinin Elmi Şurasının 26 sentyabr 2012-ci il tarixli qərarı ilə (protokol № 06) Universitetin Fəxri Doktoru adı verilmişdir.   XANIM OTUNBAYEVA ROZA İSAQ QIZI Qırğız siyasətçisi və diplomatı, sabiq Qırğızıstan […]

Davamı

TƏLƏBƏLƏR ULU ÖNDƏRİ YAD ETMİŞLƏR

12 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasının iclas zalında Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda dəyirmi masa keçirilmişdir. Bir dəqiqəlik sükut ilə Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi yad edildikdən sonra rektorun baş müşaviri dosent Asif Cavadov giriş sözündə Ulu öndər haqqında tələbələrə ətraflı məlumat vermişdir. Pedaqoji […]

Davamı

“AZƏRBAYCANIMIZI SEVƏK” ADLI MİLLİ BİLİK MÜSABİQƏSİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  təşəbbüsü ilə gənclər sahəsində “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” qəbul edilib. Bu strategiyaya əsasən, Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən bilik müsabiqələrinin, olimpiadaların keçirilməsi də nəzərdə tutulmuşdur. Dünya Azərbaycanlı Gənclərinin Beynəlxalq Həmrəyliyi ictimai birliyi dövlət proqramının icrasına öz töhvəsini vermək məqsədi ilə “Azərbaycanımızı sevək”  milli […]

Davamı

KOLLEKTİV ANIM GÜNÜNDƏ İŞTİRAK ETMİŞDİR

12 dekabr 2016-cı il tarixdə Gəncə şəhərində Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan, xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin “Anım günü” olmuşdur. Rəhbərin əzəmətli heykəli önünə toplaşmış minlərlə sakinlərin arasında Gəncə Dövlət Universitetinin də kollektivi öz vicdani borcunu yerinə yetirmişlər.  Rektorp rofessor Yusif Yusibov […]

Davamı

FƏXRİ DOKTOR DİPLOMU TƏQDİM EDİLDİ

11 dekabr 2016-cı il tarixdə Qədim Gəncə şəhərinin Heydər Əliyev Mərkəzinin  əzəmətli  binasında “Nizami və dünya ədəbiyyatı” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfransa başlamazdan əvvəl Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, nümayəndə heyəti və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri qoymuş,  Nizami Gəncəvinin 875 […]

Davamı

II FƏNN OLİMPİADASI DAVAM ETDİRİLİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının “Gəncə Dövlət Universiteti tələbələrinin II fənn olimpiadası” layihəsi uğurla davam etdirilməkdədir. Növbəti dəfə universitetin əsas binasında Biologiya-kimya fakültəsinin 60 tələbəsi olimpiadada iştirak etdi. Olimpiadaya başlamazdan  əvvəl Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Fəxrəddin Məmmədov, Botanika kafedrasının müdiri professor Vaqif Novruzov və Biologiya-kimya fakültəsinin dekanı dosent İsfəndiyar Alverdiyev […]

Davamı