Millətin tərəqqisinin başlıca amili elmdir. Həmin millətin tarixini isə o millətin universitetlərində yetişən beyinlər yazır. Universitetlər düşünən, yaradıcı, milli və ümumbəşəri dəyərləri mənimsəyən fərdlərin yetişdirilməsində məsuliyyət daşıyır. 1938-ci ildə qurulmuş Gəncə Dövlət Universiteti həm fiziki imkanları, həm təlim-təhsil keyfiyyəti, həm də araşdırma təkmilləşdirmə infrastrukturu baxımından əhəmiyyətli bir nöqtəyə gəlmişdir. Gəncə Dövlət Universiteti olaraq qədim tarixə malik olan Nizami Gəncəvinin yurdu Gəncə şəhərinin adını daşımağın qürurunu duyuruq. Sizi bu qədim şəhərdə yerləşən 84 illik tarixə malik olan bir dövlət universitetində təhsil almaq imkanlarından yararlanmağa dəvət edirik.
Professor Yusif Yusibov
XƏBƏRLƏR
Tovuz döyüşləri ordumuzun qəhrəmanlıq səhifəsidir
Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinə bir döyüş də – Tovuz döyüşləri də qızıl hərflərlə yazıldı. Bu döyüşlərdə ordumuzun qələbəsindən artıq 6 il ötür. 2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alındı. Ordumuzun Böyük Qələbəyə doğru irəliləməsi 2016-cı il şanlı Aprel döyüşlərindən, 2018-ci il Naxçıvanda uğurlu Günnüt […]
Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa verdiyi önəm strateji tərəfdaşlığın inkişaf etdiyini göstərir
Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü bir sıra mühüm məqamlarla yadda qaldı. Bu səfər, ilk növbədə, bəzi Avropa institutlarında Azərbaycana qarşı qərəzli mövqelərin müşahidə olunduğu bir dövrə təsadüf etməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Səfər bir daha göstərdi ki, Azərbaycan əməkdaşlıq platformalarına hər zaman açıqdır. Lakin bu […]
Kimya və biologiya müəllimliyi ixtisası (tədrisi ingilis dilində) üzrə dərsləri saathesabı qaydada icra edəcək professor-müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqları yoxlanılıb
Gəncə Dövlət Universitetində Kimya və Biologiya ixtisası üzrə (tədrisi ingilis dilində) 2026/2027-ci tədris ilində tədris yükünü saathesabı qaydada icra edəcək professor-müəllim heyətinin ingilis dili üzrə bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə yaradılmış Müsabiqə Komissiyasının 03.07.2026-cı il tarixdə iclası keçirilib. Tədris işləri üzrə prorektor vəzifəsini müvəqqəti icra edən İsfəndiyar Alverdiyev çıxış edərək bildirib ki, ali təhsildə beynəlmiləlləşmə […]
Gəncə Dövlət Universitetinin mühafizə polisləri ilə görüş keçirilib
2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov universitetin Təhlükəsizlik Xidmətinin rəisi Xəqani Umudov və mühafizə polisləri ilə görüş keçirib. Rektor onları peşə bayramı münasibətilə təbrik edərək, məsuliyyətli işlərində uğurlar arzulayıb. Görüşdə Ulu Öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdən başlayaraq polis orqanlarının dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayaraq […]
GDU-nun əməkdaşları Sakarya Universitetində beynəlxalq elmi konfransda iştirak ediblər
24–28 iyun 2026-cı il tarixlərində Sakarya Universitetinin ev sahibliyi ilə 3 elmi konfrans -Təbiət Elmləri və Mühəndislikdə İnnovasiyalar üzrə 5-ci Beynəlxalq Konfrans, Humik Maddələr üzrə 6-cı Beynəlxalq Türk Konfransı və Türk Dünyası Kimya Elmləri və Texnologiyaları üzrə 7-ci Beynəlxalq Konfrans keçirilib. Təxminən 25 müxtəlif ölkədən 200-ə yaxın nüfuzlu elm insanını bir araya gətirən bu mötəbər […]
GDU-da Elmi Şuranın iclası keçirilib
Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilib. İclas öz işinə başlamazdan əvvəl Universitetin rektoru Yusif Yusibov Azərbaycan tarixi kafedrasının əməkdaşı Təranə Behbudovanın Vətən tarixi ixtisası üzrə dosent elmi adı, İnformatika və cəbr kafedrasının baş müəllimi Bəsti Cəfərovanın İnformasiya-ölçmə və idarəetmə sistemləri ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaları münasibətilə təbrik edib, Azərbaycan Respublikasının Prezidenti […]
“1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanının 200 illiyi”nə həsr olunmuş respublika elmi konfransı keçirilib
AMEA A.A. Bakıxanov adına Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “1826-cı il Cənubi Qafqaz Ümummüsəlman üsyanının 200 illiyi”nə həsr olunmuş respublika elmi konfransı keçirilib. Gəncə Dövlət Universitetində keçiriliən konfransda Tarix və Etnologiya İnstitutu və Gəncə Dövlət Universitetinin professor-müəllim heyəti iştirak edib. GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş sözü […]
Qüdrətli Azərbaycan Ordusu xalqımızın qürur mənbəyidir
Müasir dövlətçilik anlayışında güclü ordu yalnız hərbi qüdrətin göstəricisi deyil, həm də dövlətin müstəqilliyinin, milli təhlükəsizliyinin və suverenliyinin əsas təminatçısıdır. Azərbaycan da müstəqilliyini bərpa etdikdən sonra qarşısında duran ən mühüm vəzifələrdən biri kimi güclü milli ordunun formalaşdırılmasını müəyyənləşdirib. Bu gün 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun keçdiyi inkişaf yoluna nəzər saldıqda aydın […]
“Qərbi Azərbaycan: Tarix, həqiqətlər və faktlar”
Gəncə Dövlət Universitetində “Qərbi Azərbaycan: Tarix, həqiqətlər və faktlar” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva tədbiri giriş sözü ilə açaraq ermənilərin Azərbaycanlılara qarşı törətdiyi soyqırım, […]
Azərbaycan-Türkmənistan strateji tərəfdaşlığında yeni mərhələ başlayır
Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri Mərkəzi Asiya ölkələri ilə münasibətlərin yüksələn xətlə inkişafıdır. İyunun 22-də Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri bir daha Azərbaycanla Mərkəzi Asiya ölkələri, həmçinin Türk dünyası ilə əlaqələrin inkişafına işıq saldı. Qarşılıqlı səfərlərin dinamikliyi fonunda ortaq tarixdən strateji tərəfdaşlığa və regional güc mərkəzinə doğru inamla irəliləyən Azərbaycan-Türkmənistan münasibətlərinin gələcək […]
“İŞGÜZAR KOMMUNİKASİYADA VERBAL VƏ QEYRİ-VERBAL NİTQ” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ SEMİNAR KEÇİRİLİB
Gəncə Dövlət Universitetində Ümumi texniki fənlər və texnologiya kafedrası ilə Filologiya və Xarici dillər fakültəsinin birgə təşkilatçılığı ilə “İşgüzar kommunikasiyada verbal və qeyri-verbal nitq” mövzusunda elmi-nəzəri seminar keçirilib. Seminarda Filologiya və xarici dillər fakültəsinin dekanı Yadigar Əliyev, Magistratura şöbəsinin müdiri, dosent Emin Yaqubov, Fizika və texniki fənlər fakültəsinin dekanı, professor Muğan Quliyev, Təcrübə və karyera […]
Fənn olimpiadasının qalibləri mükafatlandırılıb
18 iyun 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin təşkilatçılığı ilə orta ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında Azərbaycan dili və Ədəbiyyat fənni üzrə keçirilən olimpiada qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva, Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin nümayəndələri, məktəb direktorları, fənn müəllimləri, şagirdlər və […]
ELANLAR
GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ 2026/2027-Cİ TƏDRİS İLİNDƏ TƏKRAR (ƏLAVƏ) ALİ TƏHSİL ALMAQ ÜÇÜN SƏNƏD QƏBULU ELAN EDİR
Gəncə Dövlət Universiteti (GDU) 2026/2027-ci tədris ilində təkrar (əlavə) ali təhsil almaq üçün sənəd qəbulu elan edir.
Təkrar (əlavə) ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsilə qəbul aparılması nəzərdə tutulan ixtisaslar aşağıdakı kimidir:
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı) (əyani)
- Tərcümə (ingilis) (əyani)
- Biologiya (əyani)
- Kimya (əyani)
- Ekologiya mühəndisliyi (əyani)
- Ekologiya (əyani)
- Kimya mühəndisliyi (əyani)
- Maşın mühəndisliyi (əyani)
- Kompüter elmləri (əyani)
- Dövlət və bələdiyyə idarəetməsi (əyani)
- Maliyyə (əyani)
- Menecment (əyani)
- Mühasibat (əyani)
- İqtisadiyyat (əyani, qiyabi)
- Biznesin idarə edilməsi (əyani, qiyabi)
- Marketinq (əyani,qiyabi)
- Turizm işinin təşkili (əyani, qiyabi)
- Turizm bələdçiliyi (əyani, qiyabi)
- Psixologiya(əyani)
- Tarix (əyani)
- Sosial iş (əyani, qiyabi)
- Məşqçilik (futbol, boks, yunan-Roma güləşi)(əyani)
- Məşqçilik (atetika, sərbəst güləş,)(əyani,qiyabi)
- Ümumi fiziki hazırlıq (əyani)
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla GDU arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır.
Əlavə ali təhsil almaq istəyənlər aşağıdakı sənədləri https://portal.edu.az/ elektron portala yükləyərək müraciət göndərməlidir:
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) əsli (pdf, jpg formatında),
- Xarici ölkələrin ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Elm və Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə əsli (pdf, jpg formatda);
Əlavə ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərin sənədləri işçi qrupu tərəfindən araşdırılır, sənədləri uyğun gələn şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlərə bir ixtisas fənnindən yazılı formada imtahan təşkil olunur. İmtahandan müvəffəq qiymət alan şəxslər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdiyi ixtisas üzrə tələbələr sırasına qəbul edilirlər. Təhsil – əyani və qiyabi təhsil formasında Azərbaycan dilindədir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Sənəd qəbulu prosesi 02 iyun 2026-cı il tarixdən başlayacaq.
REKTORLUQ
Gəncə Dövlət Universiteti 2026/2027-ci tədris ili üçün tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında saathesabı qaydada dərs demək üçün ingilis dili üzrə bilik və bacarıqları olan peşəkar və ixtisaslı kadrlar dəvət edir
Gəncə Dövlət Universitetində tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında 2026/2027-ci tədris ilində tədris olunacaq kimya və biologiya yönümlü fənlərdən dərs demək üçün ingilis dili üzrə bilik və bacarıqları olan mütəxəssislər dəvət olunur.
Tədrisi ingilis dilində olan Kimya və biologiya müəllimliyi ixtisasında tədris prosesində iştirak etmək istəyən namizədlərə qoyulan tələblər aşağıdakılardır:
- tədris edəcəyi fənnin profilinə uyğun olaraq Dövlət Proqramı çərçivəsində xaricdə təhsil almalı və ya digər xaricdə təhsil proqramları üzrə ingilis dilli kimya və biologiya proqramlardan məzun olmalıdır;
- beynəlxalq səviyyəli ingilis dili sertifikatlarına (TOEFL (80 və yuxarı), İELTS (6,5 və yuxarı) sahib olmalıdır;
- kimya və biologiya yönümlü fənlərin profilinə uyğun olaraq baza təhsili olmalı, bu sahədə elmi-tədqiqat işləri aparmalı və uyğun iş təcrübəsinə malik olmalıdır;
- kimya və biologiya yönümlü fənlərin profilinə uyğun olaraq yerli və xarici konfranslarda, təlimlərdə və s. iştirak etməlidir.
Qeyd edilən tələbləri ödəyən namizədlər arasından seçim zamanı ilkin olaraq universitet əməkdaşlarına üstünlük veriləcək.
Dərslər müqavilə əsasında icra olunacaq və əməyin ödənişi saathesabı qaydada həyata keçiriləcək.
Namizədlərə olan tələblər:
- Minimum magistratura təhsil səviyyəsinin məzunu;
- Müvafiq elmi ad və dərəcəsi olanlara üstünlük verilir;
- Tədrisin təşkili ilə bağlı bacarıqlar;
- Tədris texnologiyalarından (Müasir (innovativ) tədris texnologiyaları, İnteraktiv tədris metodları, Rəqəmsal tədris texnologiyaları və s.) istifadə bacarığı;
- Akademik səviyyədə müvafiq fənni bilmək;
- Vəzifənin etik davranış qaydalarına sadiqlik.
Tələb olunan sənədlər:
- Ərizə
- CV
- Bakalavr və magistr səviyyələri üzrə diplom və diploma əlavələrin surəti (notarial qaydada təsdiq olunmuş)
- Kadrların şəxsi uçotu vərəqi
- Şəxsiyyət vəsiqəsinin surəti – 2 ədəd
- Tərcümeyi-hal
- Yaşayış yerindən arayış
- Sığorta kartının surəti
- Rəngli şəkil 4×5 1 ədəd
- Beynəlxalq sertifikatlar
- Qovluq
Qeyd: Xaricdə təhsil almış namizədlər diplomlarının nostrifikasiya sənədlərini təqdim etməlidirlər.
Tələblərə cavab verən namizədlər 25 may 2026-cı il tarixədək sənədlərini Universitetin İnsan resursları şöbəsinə təqdim edə və CV-lərini info@gdu.edu.az e-mail ünvanına göndərə bilərlər.
Əlaqə telefonları: 022-266-70-33, 022-266-74-72
“Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans
22-23 may 2026-cı il tarixlərində Gəncə Dövlət Universitetində “Kimyanın müasir çağırışları” adlı I beynəlxalq konfrans təşkil ediləcək. Konfrans Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Yaşıl və dayanıqlı kimya
(Ekoloji təmiz proseslər, alternativ enerji, tullantısız texnologiyalar, ətraf mühitin mühafizəsi, aqrokimya, biokimya) ;
- Kimyəvi materialşünaslıq və nanotexnologiyalar
(Funksional materiallar, nanomateriallar, kompozitlər, yeni nəsil material sistemləri) ;
- Fundamental kimya: üzvi, qeyri-üzvi, fiziki kimya və analitik kimya
(Sintez, reaksiya mexanizmləri, spektroskopiya, nəzəri və eksperimental tədqiqatlar) ;
- Tətbiqi kimya və kimyəvi texnologiyalar
(Sənaye prosesləri, kataliz, neft-kimya, enerji sistemləri və innovativ texnologiyalar) .
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 31 mart 2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 31 mart 2026- cı il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 22 may 2026- cı il;
Konfransın təntənəli açılış mərasimi 22 may 2026- cı il;
Bölmə iclasları 22-23 may 2026-cı il;
Konfransın bağlanış mərasimi 23 may 2026-cı il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Məruzə və ya tezislərin həcmi 3000 işarədən az olmamalıdır, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88
THE MINISTRY OF SCIENCE AND EDUCATION OF THE REPUBLIC OF AZERBAIJAN
GANJA STATE UNIVERSITY PUBLIC LEGAL ENTITY
The 1st International Conference on “Modern Challenges of Chemistry”
May 22-23, 2026
Ganja State University, Ganja, Azerbaijan
The 1st International Conference on “Modern Challenges of Chemistry” will be held at
Ganja State University on May 22-23, 2026.
The conference will focus on the following research areas:
• Green and sustainable chemistry
(Environmentally friendly processes, alternative energy, waste-free technologies,
environmental protection, agrochemistry, biochemistry);
• Chemical materials science and nanotechnologies
(Functional materials, nanomaterial, composites, new generation material systems);
• Fundamental chemistry: organic, inorganic, physical chemistry and analytical
chemistry
(Synthesis, reaction mechanisms, spectroscopy, theoretical and experimental studies);
• Applied Chemistry and Chemical Technologies
(Industrial Processes, Catalysis, Petrochemistry, Energy Systems and Innovative
Technologies).
Working languages of the conference: Azerbaijani, Russian, and English.
Information on participation and articles should be sent electronically no later than March 31,
2026 to the following address: E-mail: elm@gdu.edu.az
Conference Calendar
Deadline for submission of the articles: March 31, 2026;
Distribution of the collection of printed articles: May 22, 2026;
Grand opening ceremony of the conference: May 22, 2026;
Panel sessions: May 22-23,2026;
Closing ceremony of the conference: May 23, 2026.
FORM 1. Rules for the formatting of the article:
- The volume of the report or abstract should not be less than 3000 characters, format A4,
size 12, font Times New Roman, 2.5 cm on each side, 1 interval, paragraph 1. The text
should be typed without line breaks. - Working languages of the conference: Azerbaijani, Russian, English.
- Abstract: Azerbaijani, Russian, English.
- Problem-based articles are accepted for the conference.
- Keywords should be indicated after the title of the article.
References to the literature should be in the following form: in square brackets, source
number, page. For example: [2] or [2, pp. 14-15]. - The article will not be published if it does not meet the formatting rules.
Structure of the materials: - Title of the article in capital letters – bold;
- Author’s surname, name, patronymic, academic degree – in bold;
- Name of organization and city – in regular font;
- Each author must have one article. The second article will not be published.
NOTE: Articles that do not meet the conference theme and requirements will not be
accepted, and no additional explanation will be given to the authors in this regard.
The author bears full responsibility for the article.
You can send your questions regarding organizational issues to this address:
• Ganja State University, Heydar Aliyev Avenue 429, AZ -2000, Ganja city,
Republic of Azerbaijan
E-mail: elm@gdu.edu.az ; Tel.: (+99422) 266 01 88
“Fizikanın müasir çağırışları ” adlı Respublika Elmi konfrans
21– 22 may 2026–cı il tarixlərində Gəncə Dövlət Universitetində “Fizikanın müasir çağırışları” adlı Respublika Elmi konfrans təşkil ediləcəkdir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Kondensə olunmuş maddə fizikası;
- Fizikanın tədrisi və tətbiqi;
- Materialşünaslıq və onun tətbiqi.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 aprel 2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 10 aprel 2026-cı il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 21 may 2026-cı il;
Konfransın təntənəli açılış mərasimi 21 may 2026-cı il;
Bölmə iclasları 21-22 may 2026-cı il;
Konfransın bağlanış mərasimi 22 may 2026-cı il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Məruzə və ya tezislərin həcmi 3000 işarədən az olmamalıdır, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88
GDU-da “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüzivuniversitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfrans keçiriləcək
16 aprel 2026-cı il tarixdə Bakı Slavyan Universitetində “İnklüziv təhsildən inklüziv cəmiyyətə: dayanıqlı və inklüzivuniversitet modeli” (İTİC2026) adlı IV beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın regional bölməsi Gəncə Dövlət Universiteti ilə birgə 23 aprel 2026-cı il tarixində Gəncə şəhərində baş tutacaq. Regional bölmə inklüziv təhsilin regional müstəvidə tətbiqi, ali təhsil müəssisələrinin bu prosesdə rolu və yerli təcrübələrinmüzakirəsi baxımından mühüm elmi platforma olacaq.
Konfransın əsas məqsədi inklüziv təhsilin nəzəri və praktika spektlərinin müzakirəsi, ali təhsil müəssisələrində inklüzivuniversitet modelinin formalaşdırılması və inkişafı yollarınınaraşdırılması, eləcə də inklüziv təhsilin dayanıqlı cəmiyyətin qurulmasında olan rolunun elmi əsaslarla təhlil edilməsidir.
Tədbir çərçivəsində yerli və beynəlxalq təcrübələrin paylaşılması, aktual elmi tədqiqatların təqdimatı və akademik əməkdaşlıqimkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Konfrans çərçivəsində aşağıda qeyd olunan əsas istiqamətlər üzrə müzakirələr aparılacaq:
* inklüziv təhsilin dayanıqlı cəmiyyətin formalaşmasında rolu;
* inklüziv təhsildə akademik heyətin rolu və peşəkar inkişafı;
* inklüziv şəhər mühiti və sosial siyasət məsələləri.
Konfransda ali və orta ixtisas təhsili müəssisələrinin professor-müəllim heyəti, tədqiqatçılar, doktorantlar və magistrantlar, inklüziv təhsil sahəsində çalışan mütəxəssislər, dövlət və qeyri-dövlət qurumlarının nümayəndələri, eləcə də yerli və beynəlxalqtəşkilatların təmsilçiləri iştirak edə bilərlər.
Konfransın işçi dilləri Azərbaycan, türk və ingilis dilləridir.
Məqalə və müəllif məlumatları 2 aprel 2026-cı il tarixinədək qeydiyyat linki vasitəsilə təqdim edilməlidir.
Keçirilmə yerləri:
16 aprel 2026 – Bakı Slavyan Universiteti, Bakı şəhəri
18 aprel 2026 – Gəncə Dövlət Universiteti, Gəncə şəhəri
Əlaqə: +994 50 860 08 58
Qeydiyyat və ətraflı məlumat: https://bsu-uni.edu.az/Elm/Seminar2
GDU-da “Elm və innovasiya ayı” çərçivəsində dəyirmi masa, seminar və müsabiqələrin keçirilməsi planlaşdırılır
Azərbaycan Respublikasının Prezidentinin “Elm günü”nün təsis edilməsi haqqında 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə hər il martın 27-si Azərbaycan Respublikasında “Elm günü” kimi qeyd edilir. Sərəncamın imzalandığı gündən bu günə martın 27-si ölkədə elmi ictimaiyyətin bayramı kimi qeyd edilir, elmin inkişafı, təbliği və innovasiyaların dəstəklənməsi ön plana çəkilir.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibovun əmri ilə cari ilin mart ayı universitetdə “Elm və innovasiya ayı” olaraq elan edilib və xüsusi olaraq hazırlanmış Fəaliyyət Planı təsdiq edilib.
Fəaliyyət Planına uyğun olaraq mart ayı ərzində dəyirmi masaların, seminarların, görüşlərin, müsabiqələrin keçirilməsi planlaşdırılır. Bütün fəaliyyətlərin icrasına dair məlumatların əlçatanlığının təmin edilməsi məqsədilə mütəmadi olaraq xəbərlər paylaşılacaqdır.










