Müəllif Arxivləri: Admin

REKTOR TƏLƏBƏLƏRLƏ GÖRÜŞDÜ

Ənənəvi olaraq Gəncə Dövlət Universitetinin rektoru professor Yusif Yusibov imtahan sessiyası ilə bağlı tələbələrlə dekan və müəllimlərin iştirakı olmadan görüş keçirir, onları dinləyir, deyilən obyektiv iradların az bir müddətdə aradan qaldırılması üçün operativ tədbirlər görülməsi üçün göstərişlər verir. 06-07 dekabr 2016-cı il tarixində rektor yenə də növbə ilə Universitetin bütün fakültələrini əhatə etməklə ayrı-ayrı kurslar […]

Davamı

QARŞILIQLI ƏLAQƏ MÖHKƏMLƏNDİRİLİR

Gəncə Dövlət Universitetinin Alman və İngilis dili müəllimliyi ixtisasında təhsil alan IV kurs tələbələri şəhərimizin 31 və 43 saylı tam orta məktəbində pedaqoji təcrübələrini davam etdirirlər. Bu günlərdə Universitetin Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov və pedaqoji təcrübə rəhbəri dosent Cabbar Qarayev hər iki məktəbdə olmuş, təcrübəçi tələbələrin fəaliyyəti ilə maraqlanmış, onlara təcrübə […]

Davamı

DOSTLUQ ƏNƏNƏSİ DAVAM ETDİRİLİR

23 oktyabr 2016-cı il tarixdə İstanbul Universitetinin rektoru professor Dr. Mahmut Ak və Mühəndislik fakültəsinin dekanı professor Dr.Mehmet Bilgin Gəncə Dövlət Universitetinin qonağı olmuşdur. Dəyirmi masa arxasında “iki dövlət bir millətin”  iki universitetinin rektoru qardaşlığı daha da möhkəmlətmək naminə təhsildə də birgə iş birliyi haqqında qərarlaşmışdılar. Bu işbirliyi Gəncə Dövlət Universiteti üçün ən mühüm uğurlardan […]

Davamı

II FƏNN OLİMPİADASI BAŞLANDI

03 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Əsas binasında  Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında II Fənn olimpiadasına start verildi. Layihənin əsas məqsədi tələbələr arasında xoşməramlı rəqabət yaratmaqla, onların öz ixtisaslarını daha yaxşı mənimsəmələrinə marağı daha da artırmaqdır. Olimpiada  hər həftə bir fakültənin tələbələrinin arasında keçiriləcəkdir. İlk addım Tarix-coğrafiya fakültəsinin payına düşüb. 50 […]

Davamı

ƏLİL TƏLƏBƏLƏRİN I FORUMU 

02 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin Baş binasının iclas zalında  3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə  Əlilliyi olan Tələbələr üçün Mərkəz və Gənclər üçün Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə “İnklüziv təhsilin müasir strukturu və onun əsas inkişaf yollarına dair” mövzusunda Əlil Tələbələrin I Forumunun açılışı olmuşdur. Tədbir iştirakçıları III mərtəbənin foyesindəkidə Ümummilli […]

Davamı

ALMAN AKADEMİK MÜBADİLƏ XİDMƏTİNİN TƏQAÜDÜNÜ QAZANDILAR

Azərbaycanda yüksək səviyyəli mütəxəssislərin hazırlanması ehtiyacını və bu  ehtiyacın Alman Akademik Mübadilə Xidmətinin (DAAD) və onun üzv universitetlərinin ödəmək imkanlarını nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Alman Akademik Mübadilə Xidməti arasında Azərbaycan tələbələrinin Almaniyada təhsili üzrə təqaüd proqramı ilə bağlı sazişə əsasən 6 ildir ki, Gəncə Dövlət Universitetində yay kursları imtahanları keçirilir. Bu vaxtdadək […]

Davamı

“İLİN TƏLƏBƏSİ” ADLI MÜSABİQƏ

Gəncə Dövlət Universitetinin Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı və Tələbə Həmkarlar Komitəsinin dəstəyi ilə “İlin tələbəsi” müsabiqəsinə start verilib. Müsabiqədə iştirak etmək istəyənlər nominasiyalara uyğun olaraq universitetə daxil olduğu gündən qazandığı nailiyyətləri elektron versiyada dekanlıqlarına təqdim etməlidirlər. Professor və müəlllimlərdən ibarət Münsiflər heyəti hər fakültədən 4 nominasiyaya uyğun 4 tələbə seçəcək və 32 namizəd […]

Davamı

İQTİSADÇILAR YARIŞDILAR

01 dekabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsinin təşəbbüsü və Tələbə Gənclər Təşkilatının dəstəyi ilə fakültənin ayrı-ayrı ixtisaslarını təmsil edən tələbələr arasında intellektual yarış keçirildi.7 ixtisas üzrə  5 nəfərdən ibarət olan komandalar öz dünyagörüşlərini və biliklərini  nümayiş etdirdilər. Yarışa başlamazdan əvvəl fakültənin dekanı dosent Şahin Xurşudov tələbələri salamlayaraq belə tədbirlərin onların […]

Davamı

ELAN

  Koreya Respublikasının Daequ Qyonqbuk (Daegu Gyeongbuk) Elm və Texnologiya İnstitutu Azərbaycanlı tələbələri ingilis dilli magistratura və doktorantura proqramlarına dəvət edir. Daequ Qyonqbuk (Daegu Gyeongbuk) Elm və Texnologiya İnstitutu Koreya hökuməti tərəfindən 2004-cü ildə təsis edilmiş, 338 tələbəsindən 31-i xarici ölkələrin, o cümlədən ABŞ, Kanada, Braziliya, Çin, Hindistan, Tailand, Pakistan, Vyetnam, İran, Nepal, Misir vətəndaşlarıdır. […]

Davamı

DAMA YARIŞI YEKUNLAŞDI

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə ayrı-ayrı  fakültələri təmsil edən  tələbələrin iştirak etdiyi dama oyunu üzrə keçirilən müsabiqə başa çatmışdır. 3 turda davam edən yarışlar  universitetin əsas binasında final görüşü ilə nəticələndi. I yerə Tarix-coğrafiya fakültəsinin tələbəsi Samir Həsənov, II yerə İqtisadiyyat və idarəetmə fakültəsinin tələbəsi Nurlan Musayev və III yerə […]

Davamı