Müəllif Arxivləri: Admin

On/Off video çarxı

Gəncə Dövlət Universiteti YAP Gənclər Birliyi Beynəlxalq Tələbə gününə həsr olunmuş On/Off video çarxı hazırlayıblar. Bu haqda  universitetin YAP Gənclər Birliyin sədri Elmir Bağırov məlumat verib. Onun dediyinə görə, videoçarxda Gəncə Dövlət Universitetində son illərdə görülən işlər tələbələr tərəfindən təqdim olunub Video Çarx AnarİslamGroup tərəfindən çəkilib. Həmin görüntüləri təqdim edirik:

Davamı

SERTİFİKATLARLA TƏLTİF OLUNMUŞLAR

14 noyabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətində Azərbaycan Təhsil Nazirliyi, AMEA-nın Nəsimi adına Dilçilik, Nizami adına Ədəbiyyat və akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutlarının birgə təşkilatçılığı ilə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunan “Türkoloji elmi-mədəni hərəkatda ortaq dəyərlər və yeni çağırışlar” mövzusunda Beynəlxalq elmi konfrans keçirilmişdir. Konfransda Türkoloji Qurultayın türk xalqlarının […]

Davamı

ƏMƏKDAŞIMIZ GƏNC TÜRKOLOQLARIN BEYNƏLXALQ ELMI KONFRANSINDA

21 noyabr 2016-cı il tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Əsas binasında Rəyasət Heyətinin, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş “Müasir türkoloji tədqiqatlar: problem və erspektivlər” mövzusunda Gənc Türkoloqların Beynəlxalq elmi konfransı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 90 […]

Davamı

DAMA YARIŞINA START VERİLDİ

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə mütəmadi şəkildə tələbələr arası müxtəlif idman yarışları keçirilir və qalib olan tələbələr rəhbərlik tərəfindən mükafatlandırılır. Noyabrın 23-də Gəncə şəhər Gənclər evində 3 turda təşkil olunacaq dama yarışının 4 fakültənin tələbələrinin iştirak etdiyi I turuna start verildi. Həftənin cümə günü keçiriləcək final mərhələsində 1-2-3 cü yerlər müəyyən olunacaq […]

Davamı

ALMAN QONAQLAR GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ

23 noyabr 2016-cı il tarixdə Almaniya səfirliyinin elm, təhsil və mədəniyyət üzrə şöbəsinin nümayəndəsi Cəmilə Ağababayeva və Höte İnstitutunun metodisti Eike Pockvandt Alman dili kafedrasının müəllim heyyəti və ölkəmizin Qərb və Şəki-Zaqatala zonalarında işləyən alman dilli müəllimləri üçün mühazirə və seminarların təşkili layihəsinə hazırlıq məqsədilə Gəncə Dövlət Universitetində olmuşlar. Xarici dillər fakültəsində Alman nümayəndələrinin Alman […]

Davamı

NÜMUNƏVİ DƏRS

23 noyabr 2016-cı il tarixdə Gəncə Dövlət Universitetinin İnformatika ixtisasının IY kurs tələbəsi Günay Əhmədovanın Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin YIII sinfində “Təqdimatda səs və video” mövzusunda açıq dərsi olmuşdur. Açıq dərsdə Riyaziyyat-İnformatika fakültəsinin dekanı dosent Oruc Hüseynov, İnformatika kafedrasının müdiri dosent Əkrəm Asdlanov, kafedranın dosenti fənn müəllimi və təcrübə rəhbəri […]

Davamı

“SƏN DƏ 1İNCİSƏN” ADLI TƏDBİR

Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisi Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi  və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə  Gəncə şəhərinin bir çox ali təhsil ocaqları, universitet və kolleclərində  təhsilə dəstək kompaniyası çərçivəsində “Sən də 1İncisən” adlı tələbələr üçün silsilə  görüşlər təşki etmişdir. Növbəti tədbir Gəncə Dövlət Universitetində keçirilmişdir. Tədbirdə Universitetin Humanitar məsələlər üzrə prorektoru, dosent […]

Davamı

“UĞURA GEDƏN İLK ADDIM”ADLI SEMİNAR KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşəbbüsü, Təcrübə və karyera şöbəsinin dəstəyi ilə Universitetin baza məktəblərindən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə “Uğura gedən ilk addım”adlı seminar  keçirilmişdir. Seminarda məktəbin rəhbərliyi, müəllim və təqribən 150 nəfər şagird heyyəti, universitetin təcrübəçi tələbələri,Təcrübə və karyera şöbəsinin müdiri dosent Mahir Məmmədov, təcrübə rəhbəri dosent Cabbar […]

Davamı

TƏDBİR ALQIŞLARLA QARŞILANDI

22 noyabr 2016-cı il tarixdə  Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsi yerləşdiyi  II tədris binasının iclas zalında Yeni Azərbaycan Partiyasının yaradılmasının il dönümünə həsr edilmiş təntənəli tədbir keçirmişdir. Tədbirə Universitetin rəhbərliyi, digər fakültələrdən  müəllim və tələbələr də dəvət olunmuşdur. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra fakültənin dekanı professor Muğan Quliyev çıxış edərək ilk […]

Davamı

TƏLƏBƏMİZ BEYNƏLXALQ SEMİNARA DƏVƏT OLUNMUŞDUR

Bu günlərdə Rusiyanın Bolqaqrad şəhərində “İkinci Dünya Müharibəsinin xatirəsi və dərsləri” mövzusunda Beynəlxalq seminar keçirilmişdir. Azərbaycan xalqı  da müharibədə minlərlə oğlanlarını itirmiş, faşizmə qarşı mübarizədə yaddaşlardan silinməyən qəhrəmanlıqlar göstərmişlər. Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, İsrafil Məmmədov, akademik Ziya Bünyadov, Fransada Müqavimət hərəkatının iştirakçısı və  Fransanın fəxri vətəndaşı Əhmədiyyə Şəbrayılov və onlarla azərbaycanlı xalqımızın adını ucaltmışlar. […]

Davamı