RİYAZİYYAT-İNFORMATİKA FAKÜLTƏSİNİN TƏDBİRİ
19 aprel 2016-cı il tarixdə bağlanmış müqaviləyə uyğun olaraq Gəncə Dövlət Universitetinin bir qrup müəllim və tələbələri, universitetin və Riyaziyyat-İnformatika fakültəsinin rəhbər işçiləri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbdə olmuşlar. Məktəbdəki səliqə-sahman, nizam-intizam, texniki təchizat xüsusilə diqqəti cəlb etmişdir. Əməkdaşlar əsasən informatika kabinetlərinə baş çəkmişlər. Dörd kabinetin hər birinə 15-20 kompyüter qoyulmuş […]
