TƏLƏBƏLƏRİMİZ SABAH QRUPLARINA QƏBUL İMTAHANINDA İŞTİRAK ETDİLƏR
Məlumdur ki, Respublikamızda SABAH qrupları 5 ixtisas qrupuna (təhsil, humanitar, iqtisadiyyat, texniki, təbiət) daxil olan 34 ixtisas üzrə 34 ali təhsil müəssisəsinin bakalavr səviyyəsinin I kursunu müvəffəqiyyətlə bitirmiş tələbələrdən müsabiqə yolu ilə seçim aparmaqla formalaşdırılmışdır. Müsabiqədə uğurlu nəticə göstərməklə SABAH qruplarına seçilmiş 755 tələbə 2014/2015-ci tədris ilini sentyabr ayından elmi-pedaqoji potensialı, tədris-laboratoriya və maddi-texniki bazası […]
