Müəllif Arxivləri: Admin

BİOLOGİYA-KİMYA FAKÜLTƏSİNİN SINAQ DƏRSİNDƏN XƏBƏRLƏR

18 dekabr 2014-cü il tarixdə Biologiya-kimya fakültəsinin kimya müəllimliyi ixtisasının IV kurs tələbəsi Xudiyeva Nuranə Rauf qızının Mir Cəlal adına 39 saylı orta məktəbdə 9-cu sinfində kimya fənnindən “Qələvi metallar” mövzusunda açıq dərsi keçirilmişdir. Açıq dərsdə tədris işləri üzrə prorektor, dosent Fəxrəddin Məmmədov, təcrübə və işlə təminata kömək  şöbəsinin müdiri, dosent Mahir Məmmədov, fakültənin dekanı, […]

Davamı

Xarici Dillər fakültəsinin İngilis dili ixtisası 4-cü kurs tələbəsinin sınaq dərsi

17.12.2014-cü il tarixində Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbin 9-cu sinifdə Xarici Dillər fakültəsinin İngilis dili ixtisası 4-cü kurs tələbəsi Gülnara Hüseynquliyevanın “The story” mövzusunda sınaq dərsi keçirilmişdir. Sınaq dərsində GDU-nun Tədris işləri üzrə prorektoru dos. F.Məmmədov, məktəbin direktor müavini V.Həsənov, təcrübə və işlə təminata kömək şöbəsinin müdiri Dos. M.Məmmədov, fakültə dekanı […]

Davamı

“Milli qəhrəmanları tanıyaq və tanıdaq ” lahiyəsi çərçivəsində növbəti görüş keçirildi

Dekabrın 15 – də Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə “Milli qəhrəmanları tanıyaq və tanıdaq ” lahiyəsi çərçivəsində növbəti görüş keçirildi. Bu görüşdə də 10 Milli qəhrəman haqqında məlumat verildi və onlara həsr olunmuş video çarx nümayiş etdirildi . Görüşdə Qarabağ döyüşlərində iştirakçısı, Qərb bölgəsi üzrə Vətənpərvərlər klubunun sədri Elçin Axundov da iştirak […]

Davamı

Anım günü

Gəncədə  Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin  başçısı Elmar Vəliyev, şəhər ictimaiyyətinin nümayəndələri, kollektivlər və şəhər sakinləri iştirak ediblər. Anım günündə rektor professor Yusif Yusibov başda olmaqla Ulu Öndərə dərin sevgisini yaşadan Gəncə Dövlət Universitetinin əməkdaşları da rəhbərin əzəmətli heykəlini ziyarət etmiş və tər çiçəklər qoymuşlar.

Davamı

“İlin tələbəsi-2014” müsabiqəsi

Əziz Gəncə Dövlət Universiteti tələbələri!!!!! Yeni Azərbaycan Partiyası Gəncə şəh. Təşkilatı Gənclər Birliyi,GDU YAP Gənclər Birliyi təşkilatçılığı və GDU Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə “ilin tələbəsi-2014” müsabiqəsinə Start verilir. Müsabiqədə iştirak etmək istəyən (yalnızca 2,3 və 4kurs) tələbələri 2 ədəd 3*4 fotoşəkil və nominasiyalara uyğun universitetə daxil olduğu gündən qazandığı nailiyətləri GDU YAP GB […]

Davamı

ULU ÖNDƏRİN ANIM GÜNÜNƏ HƏSR EDİLMİŞ KONFRANS

10 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin iclas zalında Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Qəlblərdə yaşayan insan” mövzusunda konfrans keçirildi. Ulu Öndərin əziz xatirəsi sükutla yad edildikdən sonra Universitetin rektoru professor Yusif Yusibov konfransı giriş sözü ilə açaraq bildirdi ki,həqiqətən belə bir dahi şəxsiyyət haqqında söz demək həm asan, həm də […]

Davamı

“Payız-2014”-Qərb Regional Gənclər Debat Forumu”

Gəncə Regional Debat Mərkəzi “Odlar yurdu” və  Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə 7-8 dekabr 2014-cü il tarixdə Azərbaycan Texnologiya Universitetində “Payız-2014”-Oərb Regional Gənclər Debat Forumu” baş tutmuşdur. Forumda Gəncə Dövlət Universiteti, Azərbaycan Texnologiya Universiteti,  Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə Tibb kolleci, Gəncə humanitar kolleci və Gəncə musiqi kollecindən ümumi turnirdə 16 komanda iştirak etmişdir. […]

Davamı

Dahi rəhbərə həsr edilmiş konfrans

Gəncə Dövlət Universitetinin Tələbə Gənclər Təşkilatınn  Ümummili lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlərdən biri də uğurla başa çatdı.Dekabr ayının  9-da Ulu Öndərin  xatirəsinə həsr olunmuş konfrans keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlanan konfransda ilk öncə .Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş silsilə tədbirlər haqqında dinləyicilərə ətraflı məlumat verildi. Daha sonra Gəncə Dövlət […]

Davamı

Açıq dərslər keçirilmişdir

9 dekabr 2014-cü il tarixdə Gəncə Dövlət Universitetinin müxtəlif ixtisaslarda təhsil alan və pedaqoji təcrübə keçən IV kurs tələbələrinin sınaq dərsləri olmuşdur. Mehdizadə adına 4 saylı tam orta məktəbdə kimya-biologiya müəllimliyi ixtisasının tələbəsi Almuradova Gülnar Qənimət qızının 9-cu “b” sinfində biologiya fənnindən “Qan. Orqanizmin daxili mühitinin təkamülü” mövzusunda, C. Cabbarlı adına tam orta məktəbin 9-cu […]

Davamı

Yeni layihə: “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq”

Dekabrın 8 – də Gəncə Dövlət UniversitetininTələbə Gənclər Təşkilatı yeni bir layihəyə start verdi : “Milli qəhrəmanlarımızı tanıyaq və tanıdaq”. Layihənin həyata keçirilməsində məqsəd Milli qəhrəmanlar haqqında gənclərə məlumat vermək, onların qəhrəmanlıqlarının məqsəd və məzmununu gənclərə çatdırmaq, gənclərin isə  milli ruhda böyümələrinə, vətəni, xalqı, bu müqəddəs torpağı sevmək, qorumaq əzmində yetişmələrinə  nail olmaqdır. Gənclərimiz lazım […]

Davamı