“Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilmişdir

10 may 2022-ci ildə, Magistratura şöbəsində Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin qurucusudur” adlı tədbir keçirilmişdir. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin büstü qarşısına çiçək dəstəsi qoymuş, xatirə şəkilləri çəkdirmişlər. Daha sonra Universitetin humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva giriş nitqi ilə çıxış edərək tədbiri açıq elan etmişdir. Tədbirdə Magistratura şöbəsinin müdiri Emin Yaqubov, Azərbaycan tarixi kafedrasının dosenti Cavid Bağırzadə, magistrantlar Fidan Məmmədova, Xəyalə Əliyeva, Leyla Allahverdiyeva, Atin Qasımov, Zeynəb Namazova məruzələrlə çıxış etmişlər. Tədbirdə Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilmişdir.