“Eşitmə məhdudiyyəti olan uşaqların inkulüziv təhsilinin xüsusiyyətləri” mövzusunda açıq dərs keçirilmişdir

21 aprel 2022-ci il tarixində “Ümumi pedaqogika” kafedrasının baş müəllimi, p.f.d Lamiyə Hacımuradova Magistratura şöbəsinin I kurs Sosial pedaqogika ilə Pedaqogika nəzəriyyəsi və tarixi ixtisaslarında açıq dərsi təşkil olunmuşdur. Açıq dərs “Eşitmə məhdudiyyəti olan uşaqların inkulüziv təhsilinin xüsusiyyətləri” mövzusunda keçirilmişdir. Açıq dərsin təşkili zamanı müasir təlim texnologiyalarından istifadə edilmişdir. Mövzu ətrafında müəllim və magistrantlar arasında fikir mübadiləsi aparılmışdır.