Gəncə uşaq evi ziyarət edildi

13.05.2022-ci il tarixində Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin müəllim və magistrantları Gəncə uşaq evini ziyarət etmişlər. Valideyn himayəsindən kənarda qalmış və xüsusi diqqətə  ehtiyacı olan uşaqlar gələn qonaqları çox böyük həyəcan və sevinclə qarşıladılar. Heyət tərəfindən təşkil olunan intellektual və əyləncəli oyunlar uşaqların geniş marağına səbəb oldu. Daha sonra uşaqlara çoxlu  sayda hədiyyələr paylanıldı. May ayında doğum günü olan uşaqların ad günü qeyd edildi. Tədbirdə xatirə şəkilləri çəkildi.

Video