Magistrantların magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir

22 iyun – 05 iyul 2022-ci il tarixlərində Magistratura şöbəsində 2-ci kurs magistrantlarının magistrlik dissertasiyalarının müdafiəsi keçirilmişdir. Dissertasiyaların müdafiəsinin təşkili və keçirilməsi üçün Universitetdə  İxtisaslaşdırılmış Elmi şuralar yaradılmışdır. Magistratura şöbəsində 35 ixtisas üzrə təhsil alan tələbələr magistrlik dissertasiyalarını müvəffəqiyyətlə müdafiə etmişlər. Müdafiə prosesi səmərli və işgüzar şəraitdə keçmiş, magistrantlar apardıqları elmi-tədqiqat işlərinə və ixtisaslarına dair yüksək biliklər nümayiş etdirmişlər. Yekunda Elmi Şura üzvləri magistr dərəcəsi alan gənclərə öz tövsiyələrini vermiş və onlara gələcək fəaliyyətlərində uğurlar arzu etmişlər.

Magistratura şöbəsi adından 2022-ci ildə məzun olan bütün tələbələrimizi təbrik edirik!