GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ 2021/2022-Cİ TƏDRİS İLİNİN YAZ SEMESRİNİN İMTAHAN SESİYASI UĞURLA BAŞA ÇATIB

Gəncə Dövlət Universitetində 01 iyun 2022-ci il tarixdə təhsilin hər iki səviyyələsində əyani təhsil forması üzrə ixtisaslarda yaz imtahan sessiyası başlayıb və 05 iyul 2022-ci il tarixdə uğurla başa çatıb.

İmtahan sesiyası dövründə heç bir neqativ hal baş verməmiş, sesiya təlimata uyğun təşkil olunmuşdur.

İmtahanlara üzürlü səbəbdən gəlməyən, akademik borcu qalan və ya təhsil haqqını ödəmədiyinə görə imtahanlara buraxılmayan tələbələr üçün 13-20 iyul 2022-ci il tarixdə təkrar imtahanlar təşkil olunması nəzərdə tutulub.

Universitet üzrə Yekun Dövlət Attestasiyası 22 iyun -05 iyul 2022-ci il tarixdə təşkil olunub. Buraxılış kursda təhsil alan tələbələr attestasiyadan müvəffəqiyyətlə keçmişlər.

İMTAHAN MƏRKƏZİ