Ramazan bayramınız mübarək

Gəncə Dövlət Universitetinin Magistratura şöbəsinin rəhbərliyi, müəllim və magistrantları adından bütün müsəlmanları müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirik. Tutduğunuz oruclar, etdiyiniz dualar uca Allah tərəfindən qəbul edilsin! Süfrəniz ruzili, bərəkətli olsun!

Ramazan bayramı

Ramazan ayı bayram ayıdır. Bu bayramı azǝrbaycanlılar 1000 illǝr ǝvvǝl keçirmişlǝr. Ayların ǝn ǝziz ayı Ramazan ayı hesab edilir.

Müqǝddǝs Ramazan ayı müsǝlmanlara hicrinin ikinci (622-ci il) ili tǝyin edilmişdir. Ramazan ayı insanlara Allahı sevmǝk prinsiplǝrini öyrǝdir, onlara öz iradǝ qüvvǝlǝrini, dözümlüyünü yoxlamaq imkanı verir, insanları gözüaçıq, tǝmiz vicdanlı olmağa yönǝldir vǝ oruc tutmaqla ifadǝ olunur.

Orucluq vaxtı günün işıqlı vaxtı yemǝk, içmǝk, siqaret çǝkmǝk, vǝ s. olmaz. Bunlardan yalnız uşaqlar, xǝstǝlǝr, boylu qadınlar, cǝbhǝdǝ vuruşanlar, yolçular (sǝyyahlar) azad olunurlar. Orucluq Ramazan ayında tǝzǝ ay çıxandan başlanır vǝ 29-30 sutka davam edir. Quranda yazılır: “Yeyin, için ta qara sapın ağ sapdan seçilǝnǝcǝn, sonra qaranlıq düşǝnǝcǝn oruc tutun” (2:187).

Orucluq hǝlǝ islamdan da ǝvvǝl mövcüd idi. Hǝlǝ qǝdim ǝrǝblǝr öz allahları naminǝ oruc tuturdular. Bu haqda Quranda deyilir: “Sizlǝrǝ oruc tutmaq göstǝrişi verildiyi kimi, bizdǝn ǝvvǝlkilǝrǝ dǝ hǝmin göstǝriş verilmişdir”.

Orucluq pǝhrizi qurtarmaq – id ǝl-fitr bayramı ilǝ başa çatır. Hǝmin gün bütün imkanlı müsǝlmanlar kasıblara yardım etmǝlidirlǝr. Fitrǝ edǝrkǝn bütün ailǝ üzvlǝri nǝzǝrǝ alınır. 1993-cü ildǝn Orucluq bayramı dövlǝt sǝviyyǝsindǝ qeyd olunur.

Bu il Ramazan bayramı may ayının 2-ə təsadüf edir. Bayramınız mübarək olsun.