Yaz imtahan sessiyası başlanmışdır

01 iyun 2022-ci ildə Magistratura şöbəsinin 2-ci kursunda təhsil alan tələbələrin yaz imtahan sessiyası başlanmışdır. İmtahan sessiyası başlanmazdan əvvəl  otaqlar mövcud tələblərə, o cümlədən sanitar-gigiyenik normalara uyğun qaydada hazırlıq vəziyyətinə gətirilmişdir.

Universitet üzrə verilmiş əmrə əsasən imtahanlar yazılı formada keçirilir. Bütün tələbələrə əvvəlcədən fənlər üzrə imtahan sualları və mühazirə mətnləri elektron formada təqdim edilmişdir.

İmtahandan əvvəl şöbənin rəhbərliyi tərəfindən tələbələrə imtahanların keçirilməsi qaydaları haqqında bir daha məlumat verilmişdir. İmtahanların gedişi Universitet tərəfindən təyin edilmiş nəzarətçilər və digər məsul şəxslər tərəfindən izlənilir.