ELAN

Azərbaycan Respublikasının Təhsil Nazirliyi 2016-cı ilin may ayının 24-25 də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransını keçirir.
Konfransın istiqamətləri:
– Təbiət elmləri (riyaziyyat, fizika, mexanika, kimya, biologiya, ekologiya, yer haqqında elmlər);
– Texnika elmləri (texniki qurğular və texnologiyalar, kompyüter elmləri, elektronika, avtomatlaşdırma, maşınqayırma, metallurgiya,  nəqliyyat);
– Sosial-humanitar elmlər və iqtisadiyyat (sosiologiya, politologiya, kulturologiya, hüquq, tarix, dilçilik, ədəbiyyatşünaslıq, psixologiya, pedaqogika, iqtisadiyyat);
Məruzə tezislərinin tərtib olunma qaydaları:
– Mətn Microsoft Word for Windows redaktorunda Times New Roman (Az.latın) şriftilə (hərflərin ölçüsü – 12, interval – 1,5) yığılir, A4 formatlı standart (210×297 mm) ağ kağızda çap olunur;
– Məruzənin mətni 3 səhifəyə qədər  olmalıdır;
– Mətnin əvvəlində məruzənin adı, onun altında doktorantın (tədqiqatçının)  soyadı, adı və atasının adı, onun altında isə  ali təhsil müıssisəsinin adı yazılır.
Məruzədə istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr bu qaydada göstərilir:
•       Ədəbiyyat siyahısı mətnin sonunda əlifba sırası ilə verilir.
•       İstinad olunan ədəbiyyat nəşr olunduğu dildə verilir.
•       Ədəbiyyatın siyahısı AAK-ın tələbləri əsasında göstərilir.
•       İstinad olunan ədəbiyyatın nömrəsi və səhifəsi mətnin içində göstərilir
(Məsələn,  2, cəh.222).
Məruzə tezisinin sonunda onun yazıldlğı dildən başqa iki dildə (Azərbaycan dilində yazılmış məruzələrə ingilis və rus dillərində, rus dilində yazılmış məruzələrə isə Azərbaycan və ingilis dillərində)  xülasə  və açar sözlər (hər üç dildə) verilır. Məruzələrə müvafiq sahə üzrə elmi dərəcəsi olan 1  mütəxəssisin və doktorantın elmi rəhbərinin rəyi və  müvafiq elmi müəssisənin kafedrasının (şöbəsinin)  iclas protokolundan çıxarış  əlavə olunur.
Konfransa təqdim edilən məruzədə  problemin aktuallığı və müəllif tərəfindən aparılmış tədqiqatın nəticələri əks olunmalı, alınmış nəticələrin istifadəsinə (tətbiqinə) dair təkliflər verilməlidir. Məruzələrin  seçimində üstünlük yaradıcılıq qabiliyyəti və əsaslandırılmış yeni ideyaları olan müəlliflərə veriləcəkdir.
Bu tələblərə uyğun gəlməyən məruzələr Təşkilat komitəsi tərəfindən qəbul edilməyə bilər. Bu halda məruzə və əlavə olunan sənədlər  geri qaytarılmır.
Məruzə tezisləri  tələb olunan sənədlərlə birlikdə  müvafiq ali təhsil müəssisələrinin  doktorantura şöbələrinə təqdim olunmalıdır.
Konfransın  təqvimi:

Tezislərinin son göndərilmə tarixi:      11 aprel 2016-cı il
Konfransın  keçirilmə tarixi və yeri:   24-25  may 2016-cı il Azərbaycan Dövlət Neft və Senaye Universiteti
Doktorantlar və gənc tədqiqatçılar yalnız tezizlərini aşağıdakı e-mail ünvanlara göndərməlidirlər (tezisin üstündə hansı bölməyə təqdim olunduğu qeyd olunmalıdır. Məs.: Tarix bolməsinə).
Bölmələrin e-mail ünvanları:
1. Riyaziyyat və fizika, kimya-biologiya və aqrar elmlər bölmələrinə təqdim olunan tezislər bolme-1-2@mail.ru
2. Energetika, neft-qaz  və geologiya, informatika və avtomatika, mexanika və maşınqayırma bölmələrinə təqdim olunan  tezislər bolme-3-4-5@mail.ru
3. İqtisadiyyat, fəlsəfə, sosiologiya və politologiya, tarix bölmələrinə təqdim olunan  tezislər bolme-6-7-8@mail.ru
4. Azərbaycan filologiyası, xarici filologiya bölmələrinə təqdim olunan tezislər bolme-9-10@mail.ru
5. Hüquq və beynəlxalq münasibətlər; coğrafiya və ekologiya bölmələrinə təqdim olunan  tezislər bolme-11-12@mail.ru
6. Pedaqogika və psixologiya bölmələrinə təqdim olunan tezislər bolme-13@mail.ru
7. Memarlıq-inşaat, musiqişunaslıq və mədəniyyətşunaslıq bölmələrinə təqdim olunan tezislər bolme-14-15@mail.ru
Məruzələrin nəşr olunması barədə qərar müvafiq bölmədəki çıxışdan sonra veriləcəkdir.
Konfransla bağlı əlaqə telefonu: 599-11-55 (5202)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

six + three =