14-15-16 2016-cı il dekabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun “İnkişafın professiolan strategiyası” layihəsinin Gəncə Dövlət Universitetində həyata keçirilməsi planlaşdırılır.
Həyat uğurlarınızın, nailiyyətlərinizin davamlılığının, müvəffəqiyyətlər ardıcıllığının inkişafımızın təzahürü olmasından ötrü özünütəkmilləşdimək bacarığının mükəmməlliyi əsas şərtlərdəndir. Gələcək inkişafın strategiyasını, karyera planını, individual özünüinkişaf proqramını qurmaq istəyən gənclər layihədə iştirak etməyə dəvət olunurlar.
Layihənin məqsədi gənclərin fərdi inkişafa nail olmları üçün özünüinkişaf üsullarının öyrənilməsi, gələcək həyat planlarının gerçəkləşdirilməsi vasitələrinin – informal (özünü) təhsil, özünütərbiyə bacarıqlarının formalaşdırılmasıdır.
Layihə insan (fərdi) inkişafı, sosial (psixoloji, mənəvi, intellektual), fəal, tərbiyəvi, peşəkar inkişaf, təhsil və insanın inkişafı, gələcək həyat planlarının perspektiv quruculuğu, karyera inkişafı mövzularını əhatə edəcəkdir.
Maraqlanan gənclər professionalstrateq@gmail.com elektron ünvanına özləri haqqında məlumatla müraciət edə bilərlər.
