“Dövlət Qulluğuna Hazırlıq Proqramı”

E L A N
“Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kurslar
Gəncə Dövlət Universiteti tələbələri üçün əla fürsət !
Gəncə Dövlət Universiteti tələbələri üçün “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kursların qeydiyyatına start verir.
Əziz tələbələr, əgər siz dövlət qulluqçusu olmaq, gələcək karyeranızı dövlət strukturu orqanlarında qurmaq istəyirsinizsə Universitetimizin sizin üçün yaratdığı bu imkandan yararlana bilərsiniz.
3 ay müddətində davam edəcək kurslar, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq olunmuş istiqmətlər üzrə ; Qanunvericilk, İnformasiya texnologiyaları və Məntiqi düşünmə qabiliyyəti üzrə aparılacaq.
Kursun sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın beşinci təsnifata uyğun olan vakant vəzifələrinin tutulması üçün elan etdiyi müsabiqənin test imatahan mərhələsində asanlıqla iştirak edə biləcəksiniz.

Kurs Dövlət Qulluğu orqanlarında çalışan, professional təcrübəyə malik müəllimlər tərəfindən aparılacaq.
Diqqət!,
Dərslərə 1 mart 2017-ci il tarixdən start veriləcək.
Son qeydiyyat tarixi 24 fevral 2017-ci il saat 17:00.
Qeydiyat üçün Gəncə Dövlet Universiteti Tələbə Gənclər Təşkilatinin otağina müraciət edə bilərsiniz.
Yerlər məhdud olacaq. Qeydiyyata tələsin.

Əziz tələbələr Universitet rəhbərliyi sizə gələcək karyeranızda uğurlar azru edir !
Ünvan : Heydər Əliyev Prospekti 429.
Telefon : (050) 535-86-63
(055) 665 90 01

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

thirteen + eleven =