Avropa Komissiyasının “ERASMUS +” layihəsinə əsasən Gəncə Dövlət Universiteti və İtaliyanın Pavia Universiteti ilə təhsil və elmin bütün sahələrini əhatə edən ikitərəfli əməkdaşlıq müqaviləsi imzalandı. Müqaviləyə əsasən bakalavriat və magistratura səviyyəsinin tələbələri, dissertant və doktorantlar qısa müddətdə hər iki universitetdə təcrübə qazana bilərlər.
Layihə üzrə bütün xərclər müqavilədə müəyyən olunmuş qaydaya əsasən həyata keçirilir.
Əziz tələbələr qeydiyyata tələsin. Sənəd qəbulu oktyabr ayından başlamış və artıq bitmək üzrədir.
Maraqlanan gənclər http://www.unipv.eu/site/en/home/international- relations/erasmus–overseas/incoming-students.html internet linkindən məlumat əldə edə bilərlər.

