MAGİSTR DİSSERTASİYASI VƏ ONUN YAZILIŞ QAYDALARI

Dissertasiyanın mətni kompüterdə (format Word) çap olunur. Çap A4 (210 x 297 mm) formatlı ağ kağızın bir üzündə, mətndə boş sahələri göstərilməklə: sol boş sahə – 30 mm, sağ – 10 mm, yuxarı – 20 mm və aşağı 25 mm, ümumi həcm əlavələrlə birlikdə 75 səhifədən çox olmamaq şərti ilə yerinə yetrilir. Sətrlər arası interval 1.5, şiriftlər Azərbaycan dilində «Times New Roman – 14», Rus və İngilis dilində də həmçinin «Times New Roman – 14» təyin edilir. Dissertasiyadakı bütün xətlər, hərflər, rəqəmlər və işarələr aydın və eyni qara çalarlıqda olmalıdır. Üz vərəqi dissetasiyanın birinci səhifəsidir və o, nömrələnmir.

Mündəricatda fəsil, paraqraf və bəndlərin başlıqlarının dissertasiyanın hansı səhifəsindən başlandığı göstərilir. Əgər dissertasiyada spesifik terminoloqiya, həmçinin geniş yayılmamış ixtisarlar, yeni simvollar, işarələr və s. istifadə edilmişsə, onların siyahısı «İxtisar siyahısı» başlığı altında ayrıja vərəqlə dissetasiyanın əvvəlində verilməlidir. Siyahı sütün şəklində yazılır, sütunun sol tərəfində (əlifba sırası ilə) ixtisarlar, sağ tərəfində isə onun dəqiq açılışı verilir.

Əgər dissertasiyada xüsusi terminlər, ixtisarlar, simvollar, işarələr üç dəfədən az təkrar edilirsə, onda siyahı tərtib edilmir. Fəsillərin başlıqları mətnə simmetrik şəkildə, qaraldılmış böyük hərflərlə, paraqrafların başlıqları isə absazdan başlayaraq sətri hərflərdə yazılmalıdır (birinci baş hərf istisna olmaqla). Başlqların yazılışında sözlər sətirdən sətirə keçirilməməli, başlığın sonunda nöqtə qoylmamalıdır. Əgər başlıq iki cümlədən ibarətdirsə, onları nöqtə qoymaqla biri-birindən ayırmaq lazımdır.

«MÜNDƏRİCAT», «GİRİŞ», «NƏTİCƏ VƏ TƏKLİFLƏR», «İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT», «ƏLAVƏLƏR» sözləri dissetasiyanın uyğun struktur hissəsinin başlığı kimi qəbul edilməlidir.

Fəsil və paraqraflar, eləcə də başlıq və mətnin arasındakı məsafə 2,5 interval olmalıdır. Başlığın altından xətt çəkmək olmaz. Hər fəsil yeni səhifədən başlanmalıdır.

Dissertasiyanın səhifələri ərəb rəqəmləri ilə nömrələnir. Səhifələr nömrələnərkən üz vərəqi də nəzərə alınır. Üz vərəqindən sonra gələn səhifədə «2» rəqəmi, sonrakı səhifələrdə isə ardıcıli nömrələr səhifənin yuxarı sağ küncündə çap olunur. Səhifələr (əlavələr, arayışlar, aktlar və sair daxil olmaqla) ardıcıli olaraq nömrələnir. İstifadə olunmuş ədəbiyyat siyahısına daxil olan bütün nəşrlər ərəb rəqəmləri ilə ardıcıli nömrələnməlidir.

Fəsillər rum rəqəmləri ilə ardıcıli nömrələnir (məsələn: I FƏSİL). Mündəricat, giriş və nəticəyə nömrə qoyulmur. Paraqrafların nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin və yarımfəslin nömrələrindən ibarətdir. Ayrıca səhifədə yerləşən illüstrasiyalar da (cədvəllər, dioqramlar, çertyoclar, sxemlər, qrafiklər) dissertasiyanın səhifələri kimi nömrələnir. Ölçüləri A4 formatından böyük olan cədvəllər, şəkillər, çertyoclar bir səhifə kimi qəbul edilir və dissertasiyanın sonunda nəticədən sonra onların mətndəki sıra ardıcıliığı ilə yerləşdirilir.

Dissertasiya işində sistemli rəqəmli materiallar bir qayda olaraq cədvəl quruluşunda tərtib edilir. Hər bir cədvəl müvafiq başlığa malikdir. «Cədvəl» sözü və başlıq böyük hərflə başlanmalıdır. Başlığın altından xətt çəkilməməlidir. Cədvəl, mətndə onun ilk xatırladılmasından sonra elə yerləşdirilir ki, dissertasiyanı döndərmədən və ya saat əqrəbi istiqamətində döndərdikdən sonra onu oxumaq mümkün olsun. Sətirlərin və sütunların sayı çox olan cədvəlləri hissələrə bölüb bir neçə səhifədə yerləşdirmək lazımdır. Əgər cədvəl iki və daha çox səhifədə yerləşirsə, «Cədvəl» sözü və onun nömrəsi cədvəlin birinci səhifəsinin sağ üst tərəfində bir dəfə göstərilir, qalan hissələrin müvafiq yerlərində «ardı» sözü yazılır. Əgər dissertasiyada bir neçə cədvəl varsa, onda «ardı» sözünün qarşısında cədvəlin nömrəsi yazılır. (məsələn: Cədvəl 1.2-nin ardı).

Fəsillər daxilində verilən cədvəllər ardıcıli olaraq ərəb rəqmələri ilə nömrələnir (əlavədə verilmiş cədvəllər istisna olmaqla). Cədvəlin nömrəsi bir-birindən nöqtə ilə ayrılan fəslin nömrəsindən ibarətdir. (məsələn: Cədvəl 1.2). Əgər dissertasiyada cəmi bir cədvəl varsa, onu nömrələmək və «Cədvəl» sözü yazmaq lazım deyilldir.

Cədvəlin adı və nömrəsi cədvəlin üstündə yerləşdirilir. Nömrə sağ künjdə çap edilir. Cədvəllərin sütun və sətirlərinin başlıqları, onların içərisindəki məlumatlar üçün şriftin ölçüsü 12, sətirlərarası məsafə 1 interval olmalıdır. Mətndə verilən düsturların sayı birdən artıq olduqda ərəb rəqmləri ilə ardıcıli nömrələnməlidir. Düsturun nömərsi bir-birindən nöqtə ilə ayrılmış fəslin və düsturun ardıcıli nömrələrindən ibarət olaraq onunla bir səviyyədə səhifənin sağ tərəfində mötərizənin içində yazılır (məsələn: /3.1/). Düsturda rast gəlinən simvolların qiyməti və ədədi əmsalların izahı, onların düsturdakı yerləşmə ardıcılilığını nəzərə alaraq, bilavasitə düsturun altında verilir. Hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməlidir. İzahatın birinci sətri «Burada» sözündən başlamalıdır.

Tənliklər və düstürlar mətndən boş sətirlər vasitəsilə ayrılır. Hər düstürun üstündə və altında bir-iki boş sətir olmalıdır. Əgər tənlik bir sətirə yerləşməyibsə, onun ardı bərabərlik (=) və ya plyus (+), minus (-), vurma (x), bolmə (:) işarələrindən sonra yeni sətirə keçirilə bilər.

Dissertasiyanın mətnində istifadə olunmuş böyük həcmli mənbələr ədəbiyyat siyahısında əlifba sırası ilə yazılmalı və nömrələnməlidir. İstinad olunmuş mənbənin ədəbiyyat siyahısındakı nömrəsi mətndəki istinaddan sonra kvadrat və ya adi mötərizədə göstərilir (məsələn: [115] və ya /115/).

Dissertasiyanın mətnində böyük həsmli kitabların müxtəlif səhifələrinə bir neçə dəfə istinad olunduğu halda ədəbiyyat siyahısında bu mənbə yalnız bir dəfə göstərilir, lakin mətndəki istinaddan sonra əsərin siyahıdakı nömrəsi, cild (çoxcildi əsərlər üçün) və müvafiq səhifələr göstərilir (məsələn: [37, 301-328], [183, j.2, 136] və mətnin diğər bir yerində [44, 176], [183, s.1, 74-89] və sair.).

Dissertasiya işində istifadə edilmiş mənbələr çap olunduqları dillərdə (əvvəljə: Azərbaycan, sonra türk, rus, ingilis, fransız, ərəb və s.) əlifba sırası ilə yazılır və ardıcıli nömrələnərək, siyahıda göstərilir. İstifadə edilmiş ədəbiyyat siyahısında son 5-10 ilin ədəbiyyatına üstünlük verilməlidir. İstinad olunan mənbələrin biblioqrafik təsviri onun növündən asılı olaraq verilməlidir.

Siyahıya daxil olan mənbələr haqqında məlumat aşağıdakı kimi göstərilir: Kitabların (monoqrafiya, dərsliklər və s.) biblioqrafik təsviri müəllifin və ya kitabın adı ilə tərtib edilir, müəlliflər dörd nəfərədək oduqda müəllifin və ya müəlliflərin soyadı və ya inisialları veirlir.

Müəllifi göstərilmiyən və dörddən artıq müəllifii kitablar (kollektiv monoqroafiya və dərsliklər) kitabın adı ilə verilir.

Mətnin altında sətiraltı istinadlar məqsədəuyğyn deyildir.

MAGİSTR DİSSERTASİYASI ÜZRƏ REFERATIN TƏRTİB EDİLMƏSİ

Magistrant müdafiə üçün 2 vərəq həcmində dissertasiya işinin bütün məzmun və kompozisiyada yığcam icmalını əks etdirən referat işləməlidir. Bu sənəd nəticə və təkliflərin nəşri, həmçinin müzakirə və müdafiə proseslərində başlanğıj məruzə materialı rolunu ifadə edir.

Referatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda müəllifin şəxsi tövhəsi göstərilməlidir.

Referatın mətni kompüterdə çap olunur və sətrlər arası interval 1,5 götürülür. Digər müvafiq yazılış mexanikası isə dissertasiyanın ümumi tərtibat qaydaları ilə uyğunluq təşkil etməlidir.

Referat dissertasiyanın yazıldığı dildə olmalıdır. Müstəsna hallarda kafedranın razılığı ilə magistrant referatı xarici dillərdən birində yaza bilər və müdafiə zamanı suallara həmin dildə cavab verə bilər.