MƏZUN GÜNÜ

26.05.2022-ci il tarixində Gəncə Dövlər Universitetində “Məzun günü” ilə bağlı tədbir keçirildi. Magistratura şöbəsinin buraxılış kurs məzunları və qonaq kimi dəvət olunmuş valideynlər də təntənəli tədbirdə böyük həvəslə iştirak etdilər. İlk öncə  Universitetimizin rektoru prof. Y.Yusibov çıxış edərək məzunları ürəkdən təbrik etdi, gələcək həyatlarında uğurlar arzuladı. Universitet rəhbərliyi tərəfindən təhsil müddətində qazandığı uğurlara, fəal ictimai fəaliyyətinə və nümunəvi davranışına görə seçilən bir neçə məzun magistrimiz fəxri fərman və valideynlərə təşəkkür məktubu ilə təltif edildi.  

Xıdırov Mustafa Nofəl oğlu

Səlmanova Səbinə Ceyhun qızı

Abbasova Aytac Mübariz qızı                                                                     

Əsgərzadə Nicat Vahid oğlu

Elyazova Sevil Rauf qızı

Əziz Məzunlar! Bu gün sizin həyatınızın ən gözəl və önəmli günlərindən biridir. Bu gün siz Universiteti bitirib müstəqil həyat yollarına qədəm qoyursunuz. Artıq sizi öyrədən, sizə yol göstərən müəllimləriniz – o gözəl  insanlar olmayacaq yanınızda. Ancaq onların öyrətdiyi biliklər, verdikləri nəsihətlər, həmişə sizin köməyinizə gələcək, yolunuza işıq salacaq. Biz əminik ki, həmişə doğma Universitetimizin adını yüksək tutaraq öz uğur hekayənizlə onu daha da ucaldacaqsız.

SIZLƏRƏ GƏLƏCƏK HƏYATINIZDA VƏ PEŞƏ KARYERANIZDA BOL-BOL UĞURLAR ARZU EDIRIK!