UNİVERSİTETDƏ ELMİ ŞURANIN NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Gəncə Dövlət Universitetində Elmi Şuranın növbəti iclası keçirilmişdir. İclası giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq şura üzvlərini gündəlikdə duran məsələlərlə tanış etmişdir. Sonra universitetin ümumi riyaziyyat kafedrasının müəllimi Sübhiyyə Zeynalovanı keçirilən seçkidə uğur qazanaraq dosent titulu alması münasibətilə təbrik etmiş və bu barədə dilomu ona təqdim etmişdir.

          Sonra Elmi Şurada gündəlikdə duran birinci məsələ- “Yaz (yay) imtahan sessiyasına hazırlığın vəziyyəti və qarşıda duran vəzifələr barədə” universitetin tədris məsələləri üzrə prorektoru Şahin Xurşudovun hesabatı dinlənilərək müzakirə edilmişdir.

          Gündəlikdə duran ikinci məsələ- “Doktorantura və dissertanturada mövcud vəziyyət.Elmi kadrların hazırlığının daha da yaxşılaşdırılması haqqında” universitetin elm və innovasiyalar üzrə prorektoru Pərvin Kərimzadənin hesabatı dinlənildikdən sonra müzakirələr aparılmışır. Hər iki hesabat şura üzvləri tərəfindən qənaətbəxş hesab edilmişdir.

          Sonra universitetin botanika, ekologiya və təbiəti mühafizə, kimya və anatomiya, fiziologiya və zoologiya kafedralarında boş olan dosent yerlərinə seçkilər keçirilmişdir.

          Elmi Şura cari məsələlərin müzakirəsi ilə öz işini başa çatdırmışdır.

Mətbuat və ictimaiyyətlə əaqələr xidməti.