Risk qrupu uşaqların sosial-pedaqoji dəstəyi” fənni

Artıq bir neçə ildir Magistratura şöbəsinin I kurs “Sosial Pedaqogika” ixtisası tələbələrinə  “Risk qrupu uşaqların sosial-pedaqoji dəstəyi” fənni tədris edilir. Fənnin tədrisində məqsəd, risk altında olan uşağın yaşına uyğun olmayan, təhlükə və riskli həyat sürən uşaqlar kimi təyin olunduğunu, xüsusilə inkişaf etməkdə olan ölkələrdə risk altında olan uşaqların sayında artım olduğu müşahidə edildiyini, uşaqları riskli davranışlara sürükləyən səbəbləri: ailə, ətraf mühit və psixoloji faktorlar kimi təsnif edildiyini, risk qrupuna daxil olan uşaqların dərsdən yayınma, maddə istifadəsi, küçədə işləmək, oğurluq etmək, yalan danışmaq, özünə və ətraf mühitə zərər vurmaq, diqqətsizlik problemi yaşamaq, cinayət törətmək kimi riskli davranışlar göstərə biləcəyinin irəli sürüldüyünü tələbələrə təqdim etmək və öyrətmək, bu bilikləri tələbələrin mənimsəməsi məqsədilə nəzəri bilikləri və praktiki təcrübələri birləşdirməklə tələbələrdə oxşar və fərqli çəhətləri anlamaq, təhlil etmək və ümumiləşdirmək bacarıqlarını formalaşdırmaqdır. Həmçinin bu kursun məqsədi tələbələrə riskləri müəyyən etməklə, əlverişsiz şəraitdə olan uşaqlar üçün təhsil proqramı hazırlamağa imkan verməkdir. 

26 oktyabr 2022-ci il tarixdə pedaqogika üzrə fəlsəfə doktoru Lamiə Hacımuradova tərəfindən “Risk qrupu uşaqların sosial adaptasiyası və təhsilə inteqrasiyasının problemləri” mövzusunda keçirilən  növbəti mühazirə həmişəki kimi tələbələrin marağına səbəb oldu. Mühazirədə tələbələr məişət zorakılığına məruz qalmış uşaq və gənclərin psixo-sosial reabilitasiyası haqqında biliklər əldə edərək onların təhsilə inteqrasiyasının  təşkili və metodoloji aspektlərini öyrəndilər. Risk qrupu uşaqların sinif kollektivinə adaptasiyası haqqında maraqlı disskusiya edərək son dövrdə Ümumtəhsil müəssisələrində baş verən neqativ hallarla əlaqələndirərək maraqlı təkliflər verdilər.