Gəncə Dövlət Universitetində müəllimlər üçün “Praktik süni intellekt” mövzusunda təlim keçirilib
16 noyabr 2026-cı il tarixdə Gəncə Dövlət Universitetinin Müasir Təlim Mərkəzində Filologiya və Xarici dillər fakültəsi, eləcə də Riyaziyyat və İnformatika fakültəsinin müəllimləri üçün “Praktik süni İntellekt” mövzusunda təlim keçirilib.
Təlimdə uunvesitetin professor-müəllim heyəti, şöbə müdirləri və əməkdaşlar iştirak ediblər.
Universitetin Müasir təlim mərkəzinin müdiri İlqar Kubışov çıxış edərək bildirib ki, tədbirin məqsədi pedaqoji heyətin rəqəmsal bacarıqlarını gücləndirmək, AI texnologiyalarından təhsil prosesində məsuliyyətli və səmərəli istifadə etmək imkanlarını genişləndirmək və innovativ tədris yanaşmalarının tətbiqinə dəstək verməkdir.
Təlimdə süni intellektin təhsildə tətbiqi, müasir AI alətlərindən effektiv istifadə imkanları, prompt yazma qaydaları, ChatGPT və Gemini kimi platformaların tədris prosesində rolu, eləcə də AI əsaslı təlim resursları müzakirə edilib.
Təlimçi Əfqan Mehdixanov süni intellekt alətləri vasitəsilə dərs materiallarının hazırlanması, tələbələrin qiymətləndirilməsi, tədqiqat işlərinin dəstəklənməsi və tədrisin müasirləşdirilməsi sahəsində istifadə imkanlarını izah edib.
Təlim zamanı praktiki tapşırıqlar, qrup müzakirələri əsasında süni intellekt texnologiyalarından yararlanmaq bacarıqları nümayiş etdirilib.
Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti






