Zəfər günü-yaxud əsarətin sonu

27 sentyabr 2020-ci il səhər saatlarında məkirli düşmənlərimizin törətdiyi növbəti təxribat zəfər tariximizin başlanğıcı oldu. Heç kim düşünmürdü ki, payızda saralıb, solan təbiət bizə, qəlblərimizə baharı gətirəcək. Vətən torpaqlarımızın 30 illik əsarətdən qurtuluşu məhz həmin gün torpağa damlayan şəhidlərimiz qanı ilə başladı. Bu gün qürurla söyləyə bilirik ki, biz 2020-ci ildə mənfur düşmənin üzərində şərəflə qələbə qazanmış, zəfər çalmış millətin nümayəndəsiyik. Biz dinc əhaliyə, qeyri-hərbi infrastruktura zərbə endirməmiş, əlində məsum qanı olmayan ölkənin əsgərləri, vətəndaşlayırıq. Biz Gəncənin, Tər-Tərin, Bərdənin, Xocalının, Ağdabanın və digər faciələrimizin qisasını qiyamətə qoymayan igidlərin ölkəsində yaşayırıq. Bu Vətən – hər qarışında güllük-gülistanlıq yaratdığımız bu diyar, bizə babalarımızın əmanəti olan bu müqəddəs torpaq, uğrunda

“Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!”

deyərək addımladığımız bu ölkə bizimdir. Gəncə Dövlət Universitetinin Magistratura Şöbəsinin rəhbərliyi və müəllim heyəti adından Azərbaycan xalqını təbrik edir, müharibə iştirakçılarına can sağlığı, şəhidlərimizə Allahdan rəhmət diləyirik! Zəfər günümüz mübarək!