“Fizikanın müasir çağırışları ” adlı Respublika Elmi konfrans
21– 22 may 2026–cı il tarixlərində Gəncə Dövlət Universitetində “Fizikanın müasir çağırışları” adlı Respublika Elmi konfrans təşkil ediləcəkdir.
Konfransın işi aşağıdakı elmi istiqamətlərə həsr olunacaq:
- Kondensə olunmuş maddə fizikası;
- Fizikanın tədrisi və tətbiqi;
- Materialşünaslıq və onun tətbiqi.
Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
İştirakla bağlı məlumat və məqalə elektron formada 10 aprel 2026-cı ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: elm@gdu.edu.az
Konfransın təqvimi
Məqalələrin göndərilməsi üçün son tarix 10 aprel 2026-cı il;
Çap olunmuş məqalələr məcmuəsinin paylanması 21 may 2026-cı il;
Konfransın təntənəli açılış mərasimi 21 may 2026-cı il;
Bölmə iclasları 21-22 may 2026-cı il;
Konfransın bağlanış mərasimi 22 may 2026-cı il.
FORMA 1. Məqalənin tərtibi qaydaları
- Məruzə və ya tezislərin həcmi 3000 işarədən az olmamalıdır, format A4, ölçü 12, şrift Times New Roman, hər tərəfdən 2,5 sm., 1 interval, abzas 1. Mətn sətirdən sətirə keçirilmədən yığılmalıdır.
- Konfransın işçi dilləri: Azərbaycan, rus, ingilis.
- Xülasə: Azərbaycan, rus, ingilis dili.
- Konfransa problem xarakterli məqalələr qəbul olunur.
- Açar sözlər məqalənin adından sonra göstərilməlidir.
Ədəbiyyata istinadlar aşağıdakı şəkildə olmalıdır: kvadrat mötərizədə, mənbənin nömrəsi, səhifə. Məs: [2] və ya [2, səh.14-15].
- Məqalə tərtib qaydalarına cavab verməsə çap olunmayacaq.
Materialların strukturu:
- Məqalənin adı böyük hərflərlə-qalın şriftlə;
- Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi- qalın şriftlə;
- Təşkilat və şəhərin adı-adi şriftlə;
- Hər bir müəllifin adına bir məqalə olmalıdır. İkinci məqalə çap olunmayacaq.
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə izahat verilməyəcək.
Məqaləyə görə bütün məsuliyyəti müəllif daşıyır.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: AZ -2000, Heydər Əliyev prospekti 429, Gəncə Dövlət Universiteti, Gəncə şəhəri, Azərbaycan Respublikası.
E-mail: elm@gdu.edu.az, (+99422) 266 01 88

