“Gəncə abidələri” mövzusunda ustad dərsi keçirilmişdir

Gəncə Dövlət Universitetinin Fizika və texniki fənlər fakültəsinin Təsviri incəsənət kafedrasının müdiri professor Mərdan Məmmədov Gəncə şəhər  28 nömrəli tam orta məktəbdə “Gəncə abidələri” mövzusunda ustad dərsi keçmişdir.

Dərsdə Gəncə Dövlət Universitetinin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar  Qarayev, Təsviri incəsənət kafedrasının professor-müəllim heyəti, 28 nömrəli tam orta məktəbin direktor müavini Ceyhun Məmmədov, həmin məktəbin müəllimləri və şagirdləri iştirak etmişlər.

Universitetin Təcrübə və karyera şöbəsinin müdiri Cabbar Qarayev 8 Noyabr-Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, qazilərə, Müzəffər Ordumuza və Ali Baş Komandan İlham Əliyevə minnətdarlıq etmişlər.

     Professor Mərdan Məmmədov çıxışında Qarabağda 30 illik işğal dövründə tarixi mədəniyyət nümunələrinə, milli incəsənətimizə, tarixi abidələrimizə, dekorativ tətbiqi sənət nümunələrinə qarşı aparılan vandalizmdən danışmışdır.

  Bununla yanaşı müəllifi olduğu üç hissədən ibarət “Gəncə abidələri” adlı kitab haqqında da  məlumat vermişdir. Gəncə şəhərinin tarixi, memarlıq, heykəltaraşlıq və müasir abidələri haqqında danışılmışdır.

Dərsin sonunda şagirdləri maraqlandıran suallar ətraflı cavablandırılmışdır.

Mətbuat və ictimaiyyətlə əlaqələr xidməti