Tədris işləri üzrə prorektor, dosent Məmmədov Fəxrəddin Həsən oğlu

GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ
Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent Məmmədov Fəxrəddin Həsən oğlu

1950-ci ildə anadan olub. 1967-1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasını almışdır.

1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib.

1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır.

1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb.

2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib.

8 aprel 2014-cü ildən Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.

“Fərdi EHM və riyazi modellərin mühəndis məsələlərin həllinə tətbiqi”, “Adi diferensial tənliklər və mühəndis məsələlərinin riyazi modelləri”, “Kompüter riyaziyyatı” adlı dərs vəsaiti, 40 metodiki göstəriş və məqalənin müəllifidir.